Mektebgushesi

Milli ideyaların yaranması istiqamətində UNEC-də növbəti ictimai müzakirə: “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan”

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də “Gələcək özümü gələcək?” başlıqlı ikinci ictimai müzakirə keçirilib. Bu dəfəki müzakirə “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim […]

Paytaxt məktəbinin məzunundan şahmat üzrə növbəti çempionluq

  Bakı şəhəri 249 nömrəli tam orta məktəbin məzunu Aydın Süleymanlı kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında qalib olub. Çempionatın final mərhələsi Aydının 1.5:0.5 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu A.Süleymanlının ilk qələbəsi deyil. O, hələ məktəb illərində bir çox beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa […]

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndiricigörüşlər keçirilir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən görüşlərdəmüəllimlər, şagirdlər və valideynlər iştirak edirlər.Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıqsəviyyəsini artırmaqdan ibarətdir.Belə ki, görüşlərdə yeniyetmə və gənclər təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının vəsağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların vətənpərvərlik və milli-mənəvi […]

Müəllimlikdən kağızburma sənətinə: “Proqram maraqsız gəlirdi” – FOTO

  “Çox adam elə bilir ki, kvillinq çətin işdir və bunun üçün xüsusi səbir lazımdır. Amma inanın ki, tam əksinədir, insanın bütün əsəblərini sakitləşdirir. Gərgin olanda oturursan, başlayırsan işləməyə və bir anlıq hər şeyi unudursan. İnsanın ruhu dincəlir”. Bunu Oxu.Az-a müsahibəsində səkkiz ildir ki, kağızburma (kvillinq) sənəti ilə məşğul olan Lalə Qədirova deyib. Müsahibəni təqdim edirik: – Lalə […]

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

  Fəaliyyət sahəsinə dünyada İsveç haqqında məlumatların yayılması, mədəniyyət, təhsil, elm sahələrində beynəlxalq əlaqələrin təşkili daxil olan İsveç İnstitutu hər il əcnəbi tələbələrin İsveç universitetlərində magistr təhsili alması üçün təqaüd ayırır. 2024-2025-ci tədris ilində Afrika, Asiya, Şərqi Avropa və Latın Amerikasının 35 ölkəsindən çox sayda gənc təqaüd alıb. Bu il təqaüdçülər üçün ayrılan büdcənin məbləği […]

Məktəb və bağçalarda yaz tətili başlayır

  Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Mektebgushesi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın […]

Ağdamda yeni məktəbin təməli qoyuldu – FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

AzTU-da gənc alimlər üçün seminar keçirilib

  Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, AzTU-da keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov seminarın […]

Nadir İsrafilov – Tariximiz və adət-ənənələrimizin təbliği…

Hansı işlər görülməlidir? Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Dünyanın […]

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunmuş təhsil müəssisələri ilə bağlı müvafiq qərarlar verilib. BŞTİ-dən bildirilib ki, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam […]

İşğaldan azad olunan rayonlarda yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri hədiyyə verilib

Dövlət İmtahan Mərkəzi tərəfindən işğaldan azad olunmuş Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları […]

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

  İmtahan 25 mart 2024-cü il tarixində təşkil olunub. İmtahanda 5 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının 2 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

İmtahan saat 11:00-da başlanır və 3 saat 30 dəqiqə davam edəcək. Dövlət İmtahan Mərkəzi tərəfindən 28 aprel 2024-cü il tarixində ali təhsil müəssisələrinin  magistraturalarına  qəbul imtahanı (II cəhd) keçiriləcək. İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da […]

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb. Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 9 min 784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3 min 420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar […]

ADPU-nun müəllimi Vytautas Magnus Universitetində dərslərdə iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiyafakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova Erasmus+mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetindəkeçirilən beynəlxalq həftədə iştirak edir.22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimiBəsti Əsədova Genetika, İnsan və heyvan morfofiziologiyası üzrə 8 saat dərs tədrisedəcək, fakültə ilə tanış olacaq.Qeyd edək ki, 5 noyabr 2022-ci il […]