Mektebgushesi

Ağdamda yeni məktəbin təməli qoyuldu – FOTO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

AzTU-da gənc alimlər üçün seminar keçirilib

  Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisiplinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, AzTU-da keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Yüksək Təhsil İnstitutunun direktoru Anar Eminov seminarın […]

Nadir İsrafilov – Tariximiz və adət-ənənələrimizin təbliği…

Hansı işlər görülməlidir? Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Dünyanın […]

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunmuş təhsil müəssisələri ilə bağlı müvafiq qərarlar verilib. BŞTİ-dən bildirilib ki, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam […]

İşğaldan azad olunan rayonlarda yerləşən məktəblərin kitabxanalarına DİM-in müxtəlif nəşrləri hədiyyə verilib

Dövlət İmtahan Mərkəzi tərəfindən işğaldan azad olunmuş Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi, Laçın şəhəri 2 nömrəli tam orta məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbinin kitabxanalarına “Abituriyent “ jurnalı redaksiyasının nəşr etdirdiyi yeni təhsil proqramları […]

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib

  İmtahan 25 mart 2024-cü il tarixində təşkil olunub. İmtahanda 5 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti GRE General Test imtahanının 2 may 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək

İmtahan saat 11:00-da başlanır və 3 saat 30 dəqiqə davam edəcək. Dövlət İmtahan Mərkəzi tərəfindən 28 aprel 2024-cü il tarixində ali təhsil müəssisələrinin  magistraturalarına  qəbul imtahanı (II cəhd) keçiriləcək. İmtahan respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da […]

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsi iştirakçılarının səbirsizliklə gözlədiyi onlayn mərhələnin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb. Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən 9 min 784 nəfərdən 4278 nəfəri onlayn mərhələnin növbəti turunda iştirak etməyə haqq qazanıb. İmtahanı uğurla başa vuran iştirakçılardan 3 min 420 nəfəri kişi, 858 nəfəri isə qadındır. Namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar […]

ADPU-nun müəllimi Vytautas Magnus Universitetində dərslərdə iştirak edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiyafakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova Erasmus+mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetindəkeçirilən beynəlxalq həftədə iştirak edir.22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimiBəsti Əsədova Genetika, İnsan və heyvan morfofiziologiyası üzrə 8 saat dərs tədrisedəcək, fakültə ilə tanış olacaq.Qeyd edək ki, 5 noyabr 2022-ci il […]

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 26-da paytaxtdakı 32 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və […]

“Nokia” AzTU-da yeni laboratoriya açıb

Azərbaycan Texniki Universiteti (AzTU) növbəti dəfə ilkə imza atıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə “Nokia” şirkəti AzTU-da laboratoriya açıb. AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində fəaliyyətə başlayan yeni xPON laboratoriyası “Nokia” tərəfindən tam təchiz olunub. Qeyd edək ki, xPON texnologiyası daha aşağı maliyyə sərf etməklə 5G stansiyaları üçün transmissiya təmin etmək imkanı verir. Açılış […]

Azərbaycan dili üzrə ekspert qismində iştirak etmək istəyənlər üçün vebinar keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun ölçülməsini təmin etmək məqsədilə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli işlənib hazırlanıb. Proqram hazırlanarkən dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədində (CEFR) irəli sürülmüş müddəalar əsas götürülüb. Bu proqrama istinad etməklə namizədlərin real dil […]

Bərdə Peşə Liseyində təhsil müəssisəsinin rəhbərləri üçün infotur təşkil edilib

Bərdə Peşə Liseyində rayonda fəaliyyət göstərən 61 ümumi təhsil müəssisəsinin rəhbərləri üçün infotur təşkil edilib. Bu barədə Mektebgushesi.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, liseyin maddi-texniki bazası ilə tanış olan qonaqlara liseydə tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib, həmçinin peşə təhsilinin perspektivləri və qarşıya qoyulan hədəflərdən danışılıb.

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxs yaradılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir: Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi; Kənd Təsərrüfatı […]

Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn […]