Mektebgushesi

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

  Aprelin 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir. Ünvan: Xətai rayonu, Məhsəti küçəsi […]

Nazir müavini Qəbələ və İsmayıllı rayonlarındakı peşə təhsili mərkəzlərində olub

  Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarındakı peşə təhsili mərkəzlərində olub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisi, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxana ilə tanış olub. […]

Qarabağda texniki peşə məktəbləri: “Öncə insanlar məskunlaşsın, sonra…”

“Yaxşı olar ki, əvvəlcə orada insanlar məskunlaşsın. İnsanların məsunlaşmadığı bir yerdə texniki peşə məktəblərinin qurulması və onların fəaliyyətinin tənzimlənməsi bir qədər problemlər yaradacaq”. Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli işğaldan azad olunan ərazilərdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb olunması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert bu fikirlərin mətbuata […]

Qarabağ Universitetinin Nizamnaməsi təsdiqləndi

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Dual təhsil proqramında iştirak edən tələbələrdən 50 faizi iş təklifi alıb

  Dual təhsil proqramı işəgötürənlərə ehtiyaclarına uyğun kadr yetişdirmək imkanı yaradır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, ötən tədris ilində proqramda iştirak edən tələbələrdən 50 faizi təcrübə keçdikləri müəssisələrdən iş təklifi alıblar. Qeyd edək ki, iş yerində istehsalat təlimi və təcrübəsi müddətində baş verə biləcək risklərin qarşısının alınması məqsədilə proqramda təhsil alan bütün tələbələr […]

Peşə məktəbləri və liseyləri ilə bağlı yeni QƏRAR

  Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir. Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 […]

Peşə təhsilində qadınlar: onlar əsasən hansı ixtisasları seçirlər?

Peşə təhsili müəssisələrinə qəbul olan qadınların sayı artıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-2022-ci tədris ilində peşə təhsil müəssisələrinə qəbul olan 16 min 590 nəfərdən 4 min 911 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə isə tələbə adı qazanan 20 min 563 nəfərdən 6 min 931-i qadındır. Peşə təhsili müəssisələrinə üz […]

Peşə təhsilinə dair regional konfrans – işəgötürənlərin təklifləri dinlənib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Lənkəran iqtisadi rayonunda və qonşu Salyan və Neftçala rayonlarında peşə təhsilinə olan ehtiyaclara və dövlət-özəl sektor əməkdaşlığına dair regional konfrans keçirilib. Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, konfransın əsas məqsədi “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr […]

Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənib

  “Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib. Mektebgushesi.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Qayda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2237 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Peşə təhsili […]

Qəbələdə peşə təhsilinə dair regional konfrans keçirilib – FOTOLAR

Dekabrın 20-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans” keçirilib. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ, İsmayıllı, Oğuz və Şəki Peşə Təhsil mərkəzlərinin rəhbər şəxsləri, regionda fəaliyyət göstərən peşə təhsil mərkəzlərinin tərəfdaş olduğu işəgötürən müəssisələr, Qəbələ və regionun digər bölgələrindən 110-dək sahibkar […]

Azərbaycanda peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Azərbaycanda 4178 şagird peşə təmayüllü təhsil alır. Mektebgushesi.az  xəbər verir ki, bu barədə “Peşə təmayüllü siniflər” layihəsinin hesabat görüşündə məlumat verilib. Bildirilib ki, peşə təmayüllü siniflər 2023-2024-cü tədris ilindən ölkə üzrə 196 məktəbdə 232 sinif olmaqla 4178 şagirdi əhatə edir. Qeyd edilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na […]

Emin Əmrullayev: “Azərbaycanda peşə təhsilində köklü problemlər var”

Azərbaycanda peşə təhsilindəki köklü problemlərin həlli istiqamətində işlər görülür. Mektebgushesi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı bildirib. “Bu gün Azərbaycanda peşə təhsilinin köklü problemləri var, bunun da həlli istiqamətində bir sıra işlər görülür. Əvvəl peşə təhsili bir […]

Ceyhun Kərəmov: Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə çatdırılması planlaşdırılır

  Peşə təmayüllü siniflər ümumtəhsil məktəblərində 4 ildən çoxdur ki, fəaliyyət göstərir. Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov noyabrın 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu gün 200-dən çox məktəbdə peşə təmayüllü siniflər var. “Həmin məktəblərdə 4 mindən çox tələbə var. Növbəti illərdə peşə təmayüllü məktəblərin sayının 600-ə […]

Peşə təhsili alan qadınların sayı açıqlanıb

2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir. Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, bu göstəricidə artım olsa da, hədəflənən rəqəmdən azdır. C.Kərəmov qeyd edib ki, […]

Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur”

“Yaxın gələcəkdə peşə təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur”. Mektebgushesi.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, məktəb və işəgötürən arasında əməkdaşlıq olmalıdır: “Peşə təhsilində özəl sektorun iştirakı üçün imkanlar yaradılmalıdır. Yaxın zamanda Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi üçün təkliflə çıxış edəcəyik. […]