Mektebgushesi

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş aprelin 26-da paytaxtdakı 32 nömrəli tam orta məktəbdə baş tutacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və […]

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Pərvin Quliyeva, BŞTİ-nin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və I sinfə qəbul prosesində prioritet tətbiq ediləcək, o […]

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu qaydaları

1-ci sinfə qəbul: Onlar komissiyadan keçəcək… 1 may tarixindən ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi başlayacaq. Maraqlıdır, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir? Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a bildirilib ki, sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə […]

I sinfə qəbulun tarixləri qrafiki açıqlanıb

  2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən etibarən başlayır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a məlumat verilib. Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq: 01 may 2024-cü il saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı; 03 […]

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsinin 6 şagirdi “Sabahın alimləri” XIII respublika müsabiqəsində uğur qazanıblar. Regional idarədən Mektebgushesi.az-a bildirilib ki, Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi müsabiqənin final mərhələsində 4 layihə ilə iştirak edərək, 3 layihə üzrə qalib elan edilib. Təhsil Kompleksinin 6 şagirdi müsabiqədə gümüş medala layiq görülüb. Onlar […]

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Aprelin 20-də IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzində keçirilən müsabiqədə olimpiadanın respublika turunu keçən 100-ə yaxın şagird iştirak edib. Bu barədə Mektebgushesi.az-a BDU-dan məlumat verib. Olimpiadanın təşkilatçıları BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai […]

Məktəblilər ölkəmizi Avropada təmsil edəcək

Yeddi paytaxt məktəblisi İqtisadiyyat müsabiqəsinin məktəb turunda uğurlu nəticə göstərib. Müsabiqənin məktəb turunda IX-XII sinif şagirdləri Azərbaycan, rus və ingilis dillərində onlayn imtahan veriblər. BŞTİ-dən Mektebgushesi.az-a bildirilib ki, 310 nömrəli tam orta məktəbin şagirdi İsfəndiyar Xəlilzadə, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nəzrin Süleymanova, 90 nömrəli tam orta məktəbin şagirdi Əli Zülfüqarov, 72 nömrəli məktəb-liseyin şagirdi […]

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü – Fotolent

Aprelin 18-də  “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin ikinci günü davam edir. Final mərhələsində riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri üzrə 113  elmi-tədqiqat layihəsi iştirak hüququ qazanıb. Qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb

Paytaxt məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb. STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olublar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara […]

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

    10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən altısı kənd məktəblərində təhsil alanlardır. “Qafqazinfo” xəbər verir ki, onlar öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər. “Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır” Sevil Gülməliyeva, Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi  Maksimal bal toplayan […]

Naxçıvandan 4 məktəbli ən yüksək nəticə göstərib

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Mektebgushesi.az-a bildirilib ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan […]

Doqquz paytaxt məktəblisi maksimum nəticə göstərib -FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. Belə ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli […]

Paytaxt üzrə 222 məktəbdə STEAM layihəsi tətbiq edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 222 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. Layihənin əhatə etdiyi məktəblərdə 4 283 sinif üzrə 117 547  şagird tədrisə cəlb edilib. İl ərzində STEAM layihəsi tətbiq olunan təhsil müəssisələrinin sayının artırılması nəzərdə tutulur. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir […]

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265 portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi ) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş […]

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

  May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi […]