Mektebgushesi

Böyük Britaniyada azərbaycanlı qız ingilis uşaqlara necə dərs keçir? – FOTO

“Tutaq ki, şagirdin biri hiperaktivdir və dərsə qulaq asmır, dinləmir. Müəllim anlamalıdır ki, bu uşaq “tərbiyəsiz” deyil, sadəcə, özündən asılı deyil və bunun diaqnozu var. Həqiqi müəllim o şəxsdir ki, bu fərqlilikləri başa düşür və onlara pozitiv yanaşır”. “Kaspi” qəzetinin müsahibi xüsusi təhsil ehtiyacı olan uşaqları dəstəkləməyi hədəfləyən pedaqoq, Böyük Britaniyada Edinburq Universitetinin magistrantı, “George Heriot’s School”da […]

Sığınacaqda təmənnasız dərs deyən müəllim: “Uşaqlar üçün yeni itki olmaq istəmirəm” – FOTO

  “Uşaqlıqda həmişə deyirdim ki, heç vaxt müəllim olmaram. Sonradan başa düşdüm ki, mənim həyatda sevdiyim iş elə öz biliyimi və təcrübəmi kiminləsə paylaşmaqdır. Çox böyük zövq alıram”. Bunu Oxu.Az-a müsahibəsində uşaq sığınacağında təmənnasız şəkildə ingilis dilini tədris edən müəllim Arzu Quliyeva deyib. Onunla müsahibəni təqdim edirik: – Arzu xanım, özünüzü oxucularımıza necə təqdim edərsiniz? – Mən 1994-cü […]

“Yüksəliş” qalibi: Finalçı olmaq üçün sadəcə 2 balım çatmırdı

“Yüksəliş” müsabiqəsi peşəkar insanlardan ibarət şəbəkənin yaranmasına və həmin insanlarla dost olmağıma imkan yaratdı. Belə ki, qaliblərlə çox yaxşı ünsiyyətimiz var, tez-tez görüşürük, müzakirələr aparırıq, bir-birimizin idarəetmə təcrübəsi ilə tanış oluruq. Müsabiqə çərçivəsində reallaşan Mentorluq proqramı liderlik bacarıqlarımın inkişafına xüsusi töhfə verir. Uzun illərin idarəetmə təcrübəsinə malik insanların təcrübəsindən daha çox faydalanacağımıza inanıram. Belə şəxslərlə […]

Rüstəm Cəfərov: “Orta məktəblərdə bədən tərbiyəsinə maraq çox yüksəkdir”

Uşaqların fərd olaraq düzgün və sağlam inkişaf etməsi, daha sonra isə uğurlu bir idmançı kimi yetişməsi üçün məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətli şəkildə tədris olunması çox vacibdir. Bu, uşaqların orqanizminə müsbət təsir göstərir, onların nizam-intizamlı insan kimi böyüməsinə kömək edir. Bəs Azərbaycan məktəblərində fiziki tərbiyə fənni necə tədris olunur? Bu mövzuda Bakı şəhəri Xəzər rayonu […]

Türkiyənin təhsil naziri: “Azərbaycanda Türkiyə peşə təhsilinin təcrübəsini tətbiq edən məktəblər açılacaq”

Türkiyə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir, günü-gündən genişlənir. Bu inkişaf siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrlə yanaşı, elm və təhsildə də özünü göstərir. Ankara və Bakı bu istiqamətdə sıx əməkdaşlığa nail olub. Bunun üçün iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Türkiyənin təhsil naziri, professor Yusuf Tekin “Report”un Ankara bürosuna müsahibəsində Azərbaycanla […]

Günel Səfərova: “Məktəblərdə zorakılıq halı yalnız Azərbaycana məxsus deyil, bütün dünyada baş verir”

Son günlər ölkənin bir neçə məktəbində ardıcıl olaraq zorakılıq hadisələri baş verib. Belə ki, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı məktəbli F.Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. […]

Təhsil müəssisələrində milli qürur günü qeyd olunub

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib. Belə ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı “20 Yanvar- Azadlığa gedən yolun zirvəsi”, “Vətən sevgisindən şəhidlik zirvəsinə”, “Azadlığın zirvə günü”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi […]

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADPU-nun Şəki filialında təlim keçirib

    9-10 yanvar tarixlərində ADPU-nun Şəki filialında “İbtidai sinif müəllimliyi” ixtisasının təhsil proqramının akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Ali təhsil müəssisəsinin  proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” adlı təlim keçirilib. Agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən  həyata keçirilən təlimdə filialın struktur rəhbərləri, eləcə də proqram akkreditasiyası üzrə Təşkilat […]

İsveçdə pedaqogika ilə məşğul olan azərbaycanlı: Burada bir müəllim azı iki fəndən diplom almalıdır

  Dekabr ayında Bakı şəhərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən XVI müəllimlər qurultayında Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə böyük dəyər verdiyini, təhsilin dinamik inkişafına daim həssaslıqla yanaşdığını və ona misilsiz qayğı göstərdiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində bir daha vurğuladı. Bu peşəyə böyük məsuliyyətlə yanaşan və işini ürəkdən sevən, İsveç pedaqogikasında müvəffəqiyyətlər […]

Elşən Qafarov: Məktəbəqədər təhsil müəssisələri 2011-ci ildən rayon icra hakimiyyətlərinə verildikdən sonra bu şəbəkə inkişaf etmədi

Özəl bölmələrə üstünlük verilməsinin səbəbi nədir? Mektebgushesi.az xəbər verir ki, bu suala təhsil eksperti Elşən Qafarov 24 media.az-a müsahibəsində cavab verib . O, valideynlərin məktəbəqədər hazırlıqlar və ya bağçalar arasında seçim edərkən özəl bölmələrə üstünlük verilməsinin səbəblərindən danışıb. -Valideynlər övladlarını bağçalara, məktəbəqədər hazırlıqlara qoyarkən dövlət və özəl sektorlar arasında seçim edirlər. Bir çox valideynlər özəl […]

Karate üzrə dünya çempionu olan, Pedaqoji Univeristetdə təhsilin sirlərini öyrənən gənc qız  

Qəhrəmanımız Fatimə Rəfad qızı Cəbrayılova 17 aprel 2005-ci ildə İsmayıllı rayonunda anadan olub. 2022-ci ildə Bakı şəhəri 252 saylı məktəb-liseyin xüsusi sinfindən əla qiymətlərlə məzun olub. Elə həmin il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Məktəbəqədər təhsil” ixtisasına qəbul olunub. Hazırda II tədris ilinin tələbəsidir. 18 yaşlı Fatimə, eyni zamanda karate […]

UNEC tələbələri Hesablama Palatasının təlimlərini yüksək nətisə ilə tamamladılar

Azərbaycan Respublikasının Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasındakı üçtərəfli əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Dövlət sektorunda audit” təlim proqramı layihəsi uğurla tamamlanıb. Bu məqsədlə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Hesablama Palatasında fəaliyyətə cəlb olunan UNEC-in Maliyyə və Mühasibat fakültəsinin məzunları və onların valideynlərinin iştirakı ilə universitetdə […]

Xankəndi Dövlət Pedoqoji İnstitutunda müəllim işləmiş şəxs: Xankəndiyə qayıdacağım günü gözləyirəm – VİDEO

  Uzun illər təhsil ocaqları da ermənilərin işğalından əziyyət çəkib. Onlardan biri də Qarabağda yeganə ali məktəb olan Xankəndi Dövlət Pedaqoji İnstitutu olub. Ermənilər Qarabağda özlərinə yer etikdən sonra azərbaycanlıları bu təhsil ocağından kənarlaşdırıblar. İnstitutun adı isə saxtalaşdırılaraq dəyişdirilib. Artıq Xankəndi azaddır. Sakinləri kimi bu ali təhsil ocağı da doğma yurduna, Xankəndiyə qayıdacağı günü gözləyir. […]

Gənc startapçı: “AzMİU-nun Biznes İnkubasiya Mərkəzi mənə dəstək oldu”

  “Məqsədimiz qlobal bazara çıxış əldə etməkdir. Bunun üçün Kanada və İtaliyanın tanınmış qalereyaları ilə danışıqlar aparırıq”. Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi, gənc startapçı, “Nus Gallery”nin təsisçisi Nigar Novruzzadədir. Nigarın sözlərinə görə, “Nus Gallery”də incəsənət və kommersiyanın vəhdəti yaradılıb. – Nigar, əvvəlcə oxucularımız üçün “Nus Gallery” haqqında məlumat verməyinizi xahiş edirik. […]

“Gənclik həyatda zaman vahidi deyil, düşüncə tərzidir” – EKSPERT

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Nadir müəllim, sizdə illərin təcrübəsi var. Sizcə, gənclərin yetişməsində yaşlı nəslin hansı rolu var? – Gənclərin yetişməsində və formalaşmasında yaşlı nəslin üzərinə də heç də az məsuliyyət düşmür. Antik filosof Aristotelin bir sözü var: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki, bu yolda hər hansı bir məsuliyyətsizlik […]