Mektebgushesi

“Müəllimlərimizi Tanıyaq” – Elvira Qarayeva

Qarayeva Elvira Vahid qızı 17 may 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Qaradağ rayonu 180 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbdə 9-cu sinfi bitirib orta təhsilini 106 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Azərbaycan Neft Sanaye Universitetinin Kompüter riyaziyyat ixtisasına daxil olub. 2009-cu […]

Mingəçevirli məktəbli Avropa çempionu olub

5-14 sentyabr tarixlərində Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, Mingəçevir şəhər M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin III sinif şagirdi Əhmədli Mehriban Elmar qızı 8 yaş kateqoriyasında rəqiblərinə qalib gələrək 7.5 xalla qızıl medal qazanıb. Qeyd edək ki, 47 ölkə, 928 şahmatçının iştirak etdiyi turnirdə 8, […]

Bu gündən şagird yerdəyişməsinə başlanılıb

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Proses https://sy.edu.az/login elektron sistemi üzərindən həyata keçiriləcək. Qeyd edək ki, XI siniflər üzrə şagirdlərin yerdəyişməsi isə aparılmayacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinin tarixləri şəxsi səhifələrə göndərilib

  Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizəsi qəbul edilmiş namizədlərin şəxsi səhifələrinə müsabiqənin keçiriləcəyi tarix və imtahan mərkəzi barədə məlumatlar göndərilib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, növbəti tədris ili üçün keçiriləcək müsabiqədə 59 min 171 namizədin elektron ərizəsi qəbul edilib. Onlardan 18 nəfəri ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə […]

BŞTİ müdiri məktəb idarəetməsi mövzusunda çıxış edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ilə məktəbin səmərəli idarə edilməsi mövzusunda fikir mübadiləsi aparılacaq. “Bələdçi”nin qeyd edilən buraxılışını 5 aprel saat 20:00-da Təhsil İdarəçiləri Assosiasiyasının “Facebook” səhifəsindən izləyə bilərsiniz. Xatırladaq ki, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi “T-Network”un tədqiqat və inkişaf […]

Dünyanın ən varlı qadını orta məktəb müəllimi ilə evləndi

Dünyanın ən varlı adamı olan Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott ABŞ-ın Sietl şəhərində yerləşən özəl məktəbdə təbii elmlərin tədrisi ilə məşğul olan Den Cuettl adlı müəllimə ərə gedib. Bu barədə “Wall Street Journal” nəşri xəbər verib. “Ömrümün çox hissəsini müəllim kimi çalışmışam. Gözəl bir təsadüf nəticəsində tanıdığım ən səxavətli və xeyirxah insanlardan biri […]

Mingəçevirli müəllim 60 ölkənin pulunu toplayıb – VİDEO

Mingəçevirli müəllim maraqlı pul kolleksiyası yığıb. Baku TV xəbər verir ki, 60-a yaxın ölkənin həm kağız, həm də metal pullarını toplayan Almaz Məmmədova 30 ildir ki, öz pul kolleksiyasını hazırlayıb. O, xüsusi qablaşdırma edərək pulların üzərinə ölkələrin adlarını yazıb. Tarix müəllimi olan A.Məmmədova Azərbaycanın kağız pulları ilə yanaşı, 28 il öncə ölkədə aluminiumdan istehsal edilən […]

Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün sifarişlər verib

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün satınalmalar edib. Mektebgushesi.az xəbər verir ki, Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, Nazirlik elan etdiyi iki açıq tenderə yekun vurub. Nazirlik ümumi dəyəri 432,5 min manat həcmində metodik vəsait və “Rəqəmsal bacarıqlar” layihəsi üçün iş dəftərləri sifariş verib. Belə ki, nazirlik 2020-2021-ci tədris ilinə […]

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb

Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər var. ABŞ və Almaniya astrobioloqları apardıqları uzun araşdırmalardan sonra bu nəticəyə gəliblər. “RİA Novosti”nin məlumatına görə, tədqiqatın nəticələri “Astrobiology jurnalı”nda dərc edilib. Alimlər 4500 ekzoplanetin istilik, rütubət və ətraf mühitin digər amilləri haqqında məlumatları toplayıblar. Bunlardan Yer kürəsindən daha yaşlı, böyük, isti və nəm olan 24 planeti seçiblər. […]

Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu – VİDEO

Tarix müəllimi Böyük Britaniyada “Kim milyonçu olmaq istəyər” verilişinin son 14 ildə ilk qalibi olub. 57 yaşlı Donald Fier 20 dəqiqəyə bir milyon funt sterlinq (2 175 148 AZN) qazanıb. Bu barədə “Daily Mail” xəbər yayıb. Bildirilir ki, sonuncu suala kimi onun köməklərinin (coker) üçü də qalıb. O, 15 sualdan 13-nün cavabını variantlara baxmadan tapıb. Maraqlıdır ki, […]

Barselonada dərslərin parklarda və muzeylərdə keçirilməsi təklif edildi

İspaniyada Barselona şəhər meri Ada Kolau muzeylər, parklar və digər ictimai yerlərlə dərs keçiləcək əraziləri genişləndirməyi təklif edib. “El Mundo”nun xəbərinə görə, şəhər yeni tədris ilində məktəbləri 74 bələdiyyə obyekti və 159 açıq yer ilə təmin etməyə hazırdır. Bir sinifdə şagird sayının azaldılması ilə əlaqədar olaraq, bu, bütün şagirdləri dərslərin keçirilməsi üçün yerlə təmin edəcək. Təhsil mütəxəssisləri […]

Özbəkstan prezidenti Şövkət Mirziyoyevdən məktəblərlə bağlı ilginc qərar

Özbəkstan prezidenti Şövkət Mirziyoyevin qərarı ilə ölkənin bütün rayonlarının icra başçıları il boyu həftədə 3 dəfə məktəblərdə dərs aparmalıdırlar. Bu qərar belə əsaslandırılıb ki, məktəb xalqın gələcəyini müəyyənləşdirən məkandır, xalqın taleyi burada həll edilir, rəhbər işçilər gərək daim məktəblərdə olsunlar, təhsilin problemlərini öz gözləri ilə görüb, yerindəcə həllinə nail olsunlar, hamılıqla təhsilə dəstək versinlər. Vaxtı […]

Ağsuda şagirdlər açıq havada imtahan verib

Ağsu şəhər 2 saylı tam orta məktəbin yay tapşırığı alan şagirdlərinin qiymətləndirilməsi prosesi təşkil edilib. Mektebgushesi.az xəbər verir ki, imtahan karantin rejiminin tələblərinə uyğun olaraq açıq havada keçirilib. Qeyd edək ki, Azərbaycanda mart ayının 3-dən etibarən pandemiya səbəbindən ümumtəhsil müəssisələrində tədris dayandırılıb.

Dövlət İmtahan Mərkəzi sosial şəbəkə istifadəçilərinə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib. Mektebgushesi.az xəbər verir ki, müraciətdə “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan DİM-in adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradıldığı bildirilir: “Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə […]

Yer kürəsində ən yüksək temperatur qeydə alınıb

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CBS telekanalı məlumat yayıb. Bildirilib ki, 54,4 dərəcəyə çatan rekord temperatur bazar günü müşahidə edilib: “Məlumat təsdiqlənərsə, bu rəqəm 1913-cü ildən bəri ABŞ üçün, eləcə də dünyada indiyə qədər qeydə alınan ən yüksək temperatur olacaq“.  Alimlər bu hadisəni Yer atmosferində istixana qazlarının artması ilə izah edirlər. Mektebgushesi.az