Mektebgushesi

DİM imtahanlarda sertifikat əldə edən şəxslərə müraciət edib

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş test imtahanlarında uğur qazanmış şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər. DİM-dən  bildirilib ki, sertifikat qazananlar aşağıdakı kateqoriyadan olan şəxslərdir: – Avqustun 25-də avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən test […]

Təqaüdlə təhsil alan tələbələrin sayı açıqlanıb

Hər il ali təhsil müəssisələrində plan yerlərinin sayı artır. Bu da özlüyündə dövlət hesabına təhsil alan tələbələrin sayının artmasına gətirib, çıxarır. Dövlət Statistika Komitəsindən  verilən məlumata əsasən 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin əyani şöbələrində 182121 nəfər tələbə təhsil alır. “Onlardan 100719 nəfəri təqaüd alır. Əyani şöbələrdə tələbələrin ümumi sayına nisbətən 55,3 faiz tələbə təqaüdlə təhsil alır. Bundan əlavə 2023/2024-cü tədris […]

Mübahisə zamanı bıçaqlanan tələbənin vəziyyəti açıqlanıb

Mübahisə zamanı xəncərlənən tələbə Elmar Nəsirovun vəziyyəti açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-un sorğusuna cavab olaraq məlumat verilib. “2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) 17.09.2024-cü il tarixdə saat 19:35-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ambulator olaraq müraciət edib və həkim-neyrocərrah tərəfindən müayinə olunub. Hər iki bud […]

PMS imtahanına qeydiyyat elan edilib

  Namizədlər 18 sentyabr saat 17:00-dan 10 oktyabr saat 12:00-dək DİM-in internet səhifəsində göstərilən linkə (//exidmet.dim.gov.az/ELIMT/pms2test) daxil olub qeydiyyatdan keçə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanın II mərhələsi – qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər: 1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının […]

Razi Nurullayev: Bu cür videonun çəkilməsi və müəllimin hərəkəti onun özü üçün pis nəticələndi

İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosu müzakirələrə səbəb olub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb. Leyla […]

Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub

Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub. Mektebgushesi.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. “Kəpənək” məktəbəqədər təhsil müəssisəsinin direktoru Yuliya Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya bağça barədə məlumat verib. Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin əsas missiyası uşaqların həm akademik, həm də […]

Yüksək ballı BMU tələbəsi: “Kimya mühəndisi kimi Vətənimə fayda vermək istəyirəm”

  “İxtisas seçimi ilə yanaşı, universitet seçimi də hayatımızda mühüm rol oynayır. Bakı Mühəndislik Universiteti təhsildə öz sözünü demiş, öncül universitetlərdən biridir. Düşünürəm ki, bu universitetdə arzu etdiyim səviyyədə təhsil alaraq, gələcəyin yaxşı kimya mühəndisi kimi yetişə biləcəyəm”. Bu fikirləri Bakı Mühəndislik Universitetinə (BMU) cari tədris ilində “Kimya mühəndisliyi” ixtisasına yüksək balla (663.2) qəbul olan […]

İmişlidə şagirdləri təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Mil – Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması […]

Xüsusi məktəblərdə şagirdlərin maksimum sayı müəyyən olunub

Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı müəyyən olunub. Mektebgushesi.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin […]

I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il […]

Bakalavr təhsili dörd ildən üç ilə endiriləcək?

“2024-2025-ci tədris ilində təhsildə ciddi inkişaf dinamikası gözlənilir. Yəni müəyyən dəyişikliklər ola bilər”. Bu sözləri demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. O bildirib ki, təhsil sistemində bu il daha yaxşı nəticələr gözlənilir. “Dəyişikliklərdən biri də universitetlərin elmi araşdırması və istinadlarla bağlı keyfiyyət göstəricilərinin ölçülməsidir. Bu göstəricilərlə bağlı işlərin aparılması məsələsi gündəmə gələcək. Reytinqlərdə iştirak […]

Azərbaycan Dillər Universitetində struktur dəyişikliyi olub

Azərbaycan Dillər Universitetində (ADU) struktur dəyişikliyi olub.  Azərbaycan Dillər Universitetində  struktur dəyişiklikləri ilə bağlı olaraq Təhsil 1 və Təhsil 2 fakültələrinin bazasında 3 yeni fakültələr (İngilis və alman dilləri, İngilis və fransız dilləri və Təhsil fakültəsi yaradılıb. Sözügedən fakültələrin dekanları vəzifəsinə seçkilər keçiriləcək: “Fakültə dekanı haqqında əsasnamənin tələblərinə uyğun olaraq Təhsil 1 fakültəsinin dekanı, professor […]

KOB-ların təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. Mektebgushesi.az xəbər verir ki, bu barədə […]

Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!

  Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir! Vəzifə öhdəlikləri: İnstitutun fəaliyyətini tənzimləyən müxtəlif növ qərarlar, əmr və sərəncamlar, əsasnamə, prosedur, qayda və təlimatlar hazırlamaq və ya onlara hüquqi rəy vermək; İnstitutu dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil etmək, onlardan daxil olan sorğuları cavablandırmaq və müvafiq sənəd və arayışlar hazırlamaq; Müxtəlif […]