Mektebgushesi

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3 393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 […]

Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

  Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər. Mektebgushesi.az xəbər verir ki, tam (11 illik) orta […]

UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclərin inkişafına və innovativ fəaliyyətinə dəstək vermək məqsədilə yeni tələbə təşkilatı yaradılıb. Yeni yaradılmış UNEC İnnovativ Gənclər Təşkilatı tələbələrin innovasiya sahəsindəki fəaliyyətlərinin artırlmasına, onların elm, təhsil, texnologiya, dizayn, sahibkarlıq və digər sahələrdə ideyalarının həyata keçirilməsinə dəstək olacaq. Eyni zamanda gənclərin sosial fəaliyyətlərinin müzakirəsi, müxtəlif innovativ layihələrin hazırlanması ilə bağlı tədbirlər və təlimlər […]

BDU könüllüləri”nin təşkilatçılığı ilə gələcək hüquqşünaslar üçün təlimlər keçirilir

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə tələbələr üçün silsilə təlimlər keçirilir. 2024-cü ilin mart ayından start götürən təlimlər mülki hüquq, mülki proses, ailə hüququ, əmək hüququ, beynəlxalq hüquq, inzibati hüquq, sosial təminat hüququ, insan hüquqları kimi fərqli hüquq sahələrini əhatə edir. İndiyədək təlimlərdə 850-dən artıq tələbə iştirak edib. Təlimlər Avropa İnsan Hüquqları […]

LDU-da “Plastik Yaşıl Dünya naminə” mövzusunda Dəyirmi masa

  Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP 29-la bağlı silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbirlərdən biri Vətəndaş cəmiyyəti, elm və təhsil sektorlarının birgə əməkdaşlığı ilə ərsəyə gələn “Plastik Yaşıl Dünya naminə” mövzusunda Dəyirmi masa […]

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib. MektebgushESİ.az xəbər verir ki, dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib. Səfirliyinin məlumatına əsasən, Gürcüstan tərəfinə 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb. Bu dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi […]

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşdi

Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib. Mektebgushesi.az -ın əldə etdiyi məlumata görə, həmin heyətin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin növlərindən asılı olaraq […]

Rusiyada daha bir “Mi-8” məktəblilər tərəfindən yandırıldı

Rusiyada iki məktəbli hərbi “Mi-8” helikopterini yandırıb. Oxu.Az-ın məlumatına görə, bu barədə “Baza” “Telegram” kanalı mənbələrə istinadən xəbər verib. Bildirilir ki, Omskda sentyabrın 21-i axşam iki gənc aviabazanın ərazisinə daxil olub, daha sonra helikopterə yanğın törədən maddə olan butulka atıb və qaçıblar. Daha sonra onlar saxlanılıblar. Hücumçular 16 yaşlı Roman və Anton olub. Onların sözlərinə […]

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

  Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə oktyabr 24-25-də Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Nazirlikdən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin aşkara çıxarılmasıdır. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə […]

Fələstində sentyabr ayında 10 məktəbə zərbələr endirilib

İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə azı 10 dəfə zərbə endirib, 86 nəfər ölüb. Mektebgushesi.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında qeyd edilib. “Təkcə sentyabr ayında 10 məktəbə zərbələr endirilib, nəticədə 86 nəfər həlak olub”, – sənəddə bildirilib. Məlumata görə, son üç gündə İsrail ən azı üç […]

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil […]

DİM-in nümayəndə heyəti ABŞ-da IAEA-nın 49-cu illik konfransında iştirak edir

ABŞ-ın Pensilvaniya ştatında yerləşən Filadelfiya şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 49-cu illik konfransı keçirilir. “Süni intellekt təhsilin qiymətləndirilməsinin təkmilləşməsinə necə kömək edə bilər?” mövzusunda təşkil olunan konfransda Dövlət İmtahan Mərkəzinin (DİM) Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsinin müdiri Tural Mustafayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov, Dövlət dili və xarici dillər […]

Elm və Təhsil Nazirliyinin işçilərinin sayı artırıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb. Mektebgushesi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidindən 210-a qaldırılıb.

ADNSU-da yeni tədris ilinin ilk Elmi Şurası keçirilib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2024/2025-ci tədris ilinin ilk iclası keçirilib. Ənənəvi olaraq rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun nəzdində fəaliyyət göstrən Bakı Neft-Energetika Kollecinin direktoru, universitetin dosenti Ata Babayevi və ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin dekanı, dosent Fərid Ağayevi yubiley yaşları münsabiəti ilə təbrik edib, ona möhkəm cansağlığı, […]

ADPU-da məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları  üçün peşəkar inkişaf marafonu təşkil edilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları Pedaqoji Universitetdə iki günlük peşəkar inkişaf marafonunda iştirak ediblər. Marafonda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva tərəfindən “Təhsilin idarə olunması: XXI əsrdə dəyişikliyə rəhbərlik və liderlik” mövzusunda seminarda […]