Mektebgushesi

DİM imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırır

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi imtahan […]

Xüsusi güzəşt kartlarının müəllimlərə veriləcəyi vaxt açıqlandı

Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: “Təhsil kart”ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, – deyə qurum rəhbəri […]

Qiyabi oxuyanlara da təhsil tələbə krediti veriləcəkmi?

“Hazırda qiyabi təhsil forması üzrə oxuyanların xüsusi çəkisi az, eyni zamanda onların əmək fəaliyyəti ilə məşğul olmaq imkanları mövcud olduğuna görə bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur”. Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib. O bildirib […]

Təhsil tələbə krediti alanların çoxu qadındır

“Üç il ərzində kredit götürmüş tələbələrin 39 faizi kişi, 61 faiz qadın olub”. Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib. O bildirib ki, ölkə üzrə ən ucqar bölgələrdən olan şəxslər belə təhsil tələbə kreditindən yararlanıb.

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1 000 manata yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Qeyd olunub ki, 2024-cü təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 527 manat təşkil edib.

Azərbaycan Tibb Universitetinin elmi jurnalı saxtalaşdırılıb

“Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir. Məktəb Guşəsi xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin təsisçisi olduğu və beynəlxalq “Scopus” bazasına daxil olan jurnalın baş redaktoru, ATU-nun Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov “Təbib” qəzetinə məktub ünvanlayıb Məktubda 2001-ci ildən “Azərbaycan Əczaçılıq jurnalı” (2007-ci ildən “Azərbaycan Əczaçılıq və […]

Bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində hansı amil nəzərə alınacaq?

“Bağçalara uşaqların qeydiyyatı prosesi tam elektron formada həyata keçirilir. Bu, valideyn məmnuniyyətinə təsir edən prosesdir və növbəti il bağça müdirlərinin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan olacaq”. Məktəb Guşəsi xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. O, bu baxımdan bağça müdirlərinin […]

380 mindən çox şagird üçün monitorinq keçirilib

Təqvim ili ərzində paytaxt məktəblərində təhsil alan 387 700 şagird üçün müxtəlif fənlər üzrə monitorinqlər keçirilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Belə ki, 78 513 nəfər VIII və IX sinif şagirdi üçün buraxılış fənləri, 97 299 IV və VI sinif şagirdi üçün tədris dili və riyaziyyat fənləri, 169 123  nəfər IV, V,  VI,  VII […]

14 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

2024-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 14 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Belə ki, 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, […]

Bakıda təhsilverənlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib

  Mektebgushesi.az xəbər verir ki, 2024-cü təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 993 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 527 manat təşkil edib.  

MDU İqtisadiyyat və İdarəetmə fakültəsi ilə Düzce Universitetinin İşletme fakültəsi arasında online iclas

  19 dekabr 2024-cü il tarixində saat 11:00-də Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi və Düzce Universiteti İşletme fakültəsinin rəhbərliyi və əməkdaşların iştirakı ilə online iclas keçirildi. İlkin tanışlıq məqsədi daşıyan görüşdə, Düzce Universitetinin İşletme fakültəsinin dekanı prof. Enver Bozdemir və dekan müavini dos. Nevin Özer, MDU-nun Elmi işlər üzrə prorektor əvəzi prof. Veysəl […]

Bakı məktəblərində İşə qəbul üzrə 2533 vakansiya təqdim olunub

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib. Bunlardan: –       1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; –       1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; Həmçinin təqvim ili […]

İranda yeniyetmələrin intihar nisbəti dünya üzrə orta göstəricidən iki dəfə çoxdur

İranda yeniyetmələr arasında intihar nisbəti dünya üzrə orta göstəricidən iki dəfə yüksəkdir. Mektebgushesi.az  “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə təhsil fəalı Mehdi Nəzərizadə məlumat verib. “Dünyada orta intihar səviyyəsi təxminən hər 100 min nəfərə 4, İranda isə hər 100 min nəfərə 7 nəfərdir” , – o bildirib.

ADAU-da “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib

Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə (ADAU) “Region Universitetlərinin I İnnovasiya və Sahibkarlıq Forumu” keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin önündə yerləşən abidəsi önünə tər güllər düzüblər. Sonra Mərkəzin foyesində tələbələrin hazırladığı startaplar qonaqlara nümayiş olunub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda […]