Uppsala Universitetində Azərbaycan müasir dünyada mövzusunda seminar keçirilib
İsveçin nüfuzlu Uppsala Universitetinin nəzdindəki Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda “Sivilizasiyaların kəsişməsində: Azərbaycan müasir dünyada” mövzusunda seminar keçirilib. AZƏRTAC xəbər verir ki, Uppsala Universitetində payız tədris semestrini tədqiqatçı kimi keçirən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin müəllimi Şəfəq Mehrəliyeva ali təhsil müəssisəsinin magistrant tələbələri və müəllim heyəti qarşısında azərbaycançılığın əsasları və bunun dövlətin xarici siyasətinin […]
“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Hazırlıq” mərhələsinə start verilib
11 noyabr tarixindən etibarən “BilBacar” müsabiqəsinin “Hazırlıq” mərhələsinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, bu mərhələdə qeydiyyatdan keçmiş şagirdlər şəxsi hesablarına daxil olaraq “Hazırlıq” bölməsindəki sualları cavablandıra bilərlər. “Hazırlıq” bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir və tapşırıqlar 1 ay müddətində aktiv olacaq. Bildirilib ki, şagirdlərin bu bölmədə qazandıqları […]
Həsən Həsənli Rusiya Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclası keçirilib. Elm və təhsil nazirinin müavini Həsən Həsənli də iclasda iştirak edib. Çıxış edən Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov beynəlxalq layihələrin müzakirəsinə həsr olunmuş iclasın gündəliyində […]
Ömrünü “Molla Nəsrədin” ədəbi məktəbinə həsr edən alim
Və yaxud “idrak və irşad işığına” çevrilənlər Mollanəsrəddinçilər xalqımızın parlaq zəkalarından, ədəbi-mədəni fikir tariximizin qüdrətli simalarından olduqları üçün ölməzlik statusunu aldılar. Ona görə onları “üzü gələcəyə gedən sənətkarlar” da adlandırırılar. Bu gün də, sabah da sevilə-sevilə oxunan, düşündürən, gücü, təsiri hiss olunan bu zəka sahibləri özlərindən sonra da var kimidir. Çünki, onlar millətini müstəqil vətənin […]
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir
Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər. Müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək. Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin xəbər verib. Onun sözlərinə görə, məsələ, həmçinin, Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq. “Miqrantların uşaqlarının […]
Rusiyada Elm və Ali Təhsil Naziri: Əsas layihə Rusiya-Azərbaycan birgə universitetinin açılmasıdır
COP29 genişmiqyaslı tədbirdir. Burada bizim ilk günümüzdür, biz öz stendimizlə təmsil olunuruq və hər şeyi çox bəyənirik. Üstəlik, bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı münasibətlərimizi nəzərə alaraq, beynəlxalq layihələri müzakirə etmək üçün burada ekspertlərarası iclas keçirməyi qərara aldıq. Mektebgushesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov Bakıda […]
BANM-də doktoranturaya qəbul olanlarla görüş keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov doktorantura səviyyəsinə qəbul olan tələbələrlə görüşüb. BANM-dən bildirilib ki, görüşdə kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə Elmar Əsgərzadə, Arzu Abdullayeva, Rəvan Kərimli, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisası üzrə Aydın Nəsirzadə, eləcə də neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alan […]
ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Özbəkistana səfər çərçivəsində növbəti ali təhsil müəssisəsində olublar. ADNSU-dan bildirilib ki, Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev Özbəkistanda Daşkənd Kimya Texnologiya Universitetinin rəhbər şəxsləri ilə görüşüblər. Universitetin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zebo Babaxanova, təhsil müəssisələri ilə iş üzrə prorektor Anvar Şernayev və digər […]
Böyük maarifpərvər şəxsiyyət – Zülfüqar Əhmədzadə
Millətin görkəmli şəxsiyyətləri, istedadlı oğulları onun ən qiymətli sərvətidir. Azərbaycan xalqı öz tarixi ərzində az sayda dahi şəxsiyyətlər yetişdirmişdir. Onlardan biri də dövrünün görkəmli şairi, tərcüməçi, publisist və jurnalisti Zülfüqar Məşədi Əhməd oğlu Əhmədzadədir. 14 iyun 1898-ci ildə Lənkəran qəzasının Butəsər (indiki Pensər) kəndində anadan olmuşdur. Zülfüqar Əhmədzadənin babaları Məşədi Əhmədin atası Məmməd, Məmməd […]
Filip Makmaster: “Bu gün biz Bakıda olmaqla uşaqların problemlərini həll etmiş sayılırıq”
“Artıq 10 ildir ki, biz uşaqların haqları, onların daha firavan gələcəyi uğrunda mübarizə aparırıq və bu gün biz Bakıda olmaqla problemin bir hissəsini həll etmiş sayılırıq”. Bu fikirləri Baku TV-yə müsahibəsində “Sustaina Claus” kimi tanınan məşhur hüquq müdafiəçisi Filip Makmaster deyib. “Biz problemimizə diqqət ayıran, uşaqların haqqı uğrunda müdafiəyə hazır olan dövlətin ev sahibliyi etdiyi […]
Emin Əmrullayev: “Dayanıqlı inkişafa əsaslanan universitet modelləri müzakirə ediləcək”
“Bizim bir neçə təşəbbüsümüz var. Əsas təşəbbüs iqtisadi əməkdaşlığın inkişafı və UNESCO ilə birlikdə 2029-cu ildə keçiriləcək PISA qiymətləndirilməsində ətraf mühit bacarıqlarının elm bacarıqları ilə yanaşı ölçülməsi təklifimizdir. İnanıram ki, bu təklif dünyanın müxtəlif ölkələrində hazırda yaşıl təhsil, ətraf mühit təhsili ilə bağlı aparılan işi ilk dəfə olaraq ölçəcək”. Bunu Oxu.Az-a açıqlamasında elm və təhsil naziri Emin […]
Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru AMEA-da olub
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüşüb. Akademiyadan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli COP29-da dünyamızın gələcəyi üçün vacib qərarlar qəbul ediləcəyini, o cümlədən elm sahəsində bir sıra müzakirələr aparılacağını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin imkanlarından […]
BMU-da kibertəhlükəsizlik mövzusunda təlimlər
Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün 3 günlük silsilə təlimlər keçirilib. Kibertəhlükəsizlik mövzusuna həsr edilmiş təlimlər universitetdə bu ilin may ayında istifadəyə verilən “Kapital Bank otağı”nda təşkil olunub. Təlimin ilk günü bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və […]
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayıb. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan bu mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. Mektebgushesi.az xəbər verir ki, sessiya çərçivəsində […]
Emin Əmrullayev: Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir
COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir. Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq: “PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf […]