Mektebgushesi

“Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!”

     Samux rayonunda keçirilən “Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!” layihəsi uğurla başa çatdı.Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı realllaşdır 2023” fərdi qrant müsabiqəsinin qalibi olmuş gənc Lalə Hacıyevanın “Gənc Xanımların Sosial Biznes Modellərinin Yaradılmasına Dəstək!” layihəsi 2024-cü ildə Samux rayonunda keçirilən son qrant layihəsi olmuşdur. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ,  Gəncə-Daşkəsən […]

COP29 çərçivəsində aerokosmik sənayenin davamlılığına dair məruzə dinlənilib

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) sosial fəal, aerokosmik tədqiqatçı Yusif Kərimli “Aerokosmik sənaye davamlıdırmı?” mövzusunda məruzə ilə çıxış edib. Mektebgushesi.az  xəbər verir ki, Yusif Kərimli çıxışında əsas aerokosmik problemlərin həllindən danışıb. Məruzəçi həmin problemlərin həll yolları və xüsusilə müasir gənclərin aerokosmik və şəhər hava mobilliyinin dayanıqlı inkişafına […]

Monqolustan Prezidenti Milli Azərbaycan Tarixi Muzeyində olub

COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux Milli Azərbaycan Tarixi Muzeyində olub. Bu barədə  muzeydən məlumat verilib. Muzeyin direktoru akademik Nailə Vəlixanlı qonaqları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüş zamanı Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət aparılıb. Monqolustan Prezidenti muzeyin eksponatlarını nəzərdən keçirərək Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış […]

Dövlət Iqtisad Universitetinin tələbəsi zəhərlənərək öldü

Azərbaycanda tələbə vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Iqtisad Universiteti məlumat yayıb. Bildirilib ki, universitetin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi Balabacı Manafova dəm qazından zəhərlənərək vəfat edib.  

Dünyanın ən yaxşı universitetlərinin nəticələri noyabrın 18-də elan ediləcək

Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək. […]

Həsən Həsənli: Təhsil iqlim dəyişikliyinə qarşı mübarizənin ən güclü yollarından biridir

“Təhsil iqlim dəyişikliyinə qarşı mübarizənin ən güclü yollarından biridir. Son illərdə, təhsil sistemimizə iqlim və ətraf mühit mövzularının inteqrasiyasına xüsusu diqqət ayırırıq”. Mektebgushesi.az xəbər verir ki, bunu bu gün Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən “Adaptasiya və Ambisiya kimi Təhsil: Ətraf Mühit Təhsilinə […]

Qan Turalı yazır… “Qreta, məktəbə qayıt və ağzını yum!”

  İqlim sahəsindəki fəallıq eynilə LGBT, heyvan hüquqları, ya da vegetarianlıq sahəsində olduğu kimi öz məqsədlərindən uzaqlaşıb, bir növ fanatizm, radikalizm vasitəsinə çevrilib. Bu fəallar bir çox hallarda problemə diqqət çəkmək əvəzinə onu həllolunmazlıq çərçivəsinə salmaqla məşğuldurlar. Misal üçün, bu tipli LGBT üzvləri az qala hamını öz üzvləri olmağa çağırır, hetereseksualları öz cinsi oriyentasiyasından utanmağa […]

ADAU kollektivi Cənubi Koreyanın “Ağıllı kənd təsərrüfatı” təcrübəsi barədə məlumatlandırılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Koreya Respublikasında əldə etdiyi qabaqcıl “Ağıllı kənd təsərrüfatı” təcrübələrini universitetin professor-müəllim heyəti, tələbələr və inzibati heyəti ilə bölüşüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim zamanı Fariz Ələkbərov ağıllı kənd təsərrüfatı, dəqiq əkinçilik, IOT sensor texnologiyalarının əkinçilik sahəsində tətbiqi və smart istixanaların idarə edilməsi barədə yeni bilik […]

COP29 çərçivəsində Rusiya ilə Azərbaycan arasında karbon poliqonu yaradılmasına dair Memorandum imzalanıb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Rusiya ilə Azərbaycan arasında Kür-Araz ovalığında “güzgü” karbon sınağı poliqonunun yaradılmasına dair Memorandum imzalanıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Elmlər Akademiyasının Aqroekologiya üzrə Federal Elmi Mərkəzi və Rusiya Federasiyasının Meşə Təsərrüfatı Agentliyi arasında Rusiya Elm Nazirliyi […]

BMU Sankt-Peterburqdakı universitetlərlə əməkdaşlıq imkanlarını müzakirə edib

  Azərbaycan universitetlərindən Rusiyaya ezam edilmiş nümayəndə heyəti akademik əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Sankt-Peterburq şəhərində səfərdə olub. Səfər çərçivəsində Sankt-Peterburqdakı universitetlərdə təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün bir sıra vacib görüşlər keçirilib. Bu barədə  Bakı Mühəndislik Universitetindən (BMU) məlumat verilib. Bildirilib ki, BMU-nu təmsil edən Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil […]

“Molla Nəsrədin”çilər haqqında yeni tədqiqat 

Mollanəsrəddinçilər mətbuat və ədəbiyyat tariximizdə həmişəyaşar sənət və sənətkarlıq məktəbi yaratdılar. Ona görə də bu məktəbə dünən də, bu gün də, sabah da ehtiyacımız var. Qarşımda “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırılmasında və elmi ictimayyətin diqqətinə çatdırılmasında mühüm xidmətləri olan “elmi-publisistik təfəkkürə, üslub tərzinə malik istedadlı, ləyaqətli düşüncə sahibi”, filologiya elmləri doktoru, professor, pedaqoq Allahverdi Məmmədlinin […]

BDU komandasının “SuperCapBack” layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

  Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası noyabrın 13-dən 15-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EV Charge Show” – Dünya Elektromobil Şarj Cihazı İstehsalçılarının Qlobal Görüşü çərçivəsində “E-mobillik innovasiya və startap yarışması”nın finalına vəsiqə qazanıb. Bu barədə  BDU-dan məlumat verilib. Bildirilib ki, 2022-ci ildən etibarən Türkiyədə keçirilən bu konfransın məqsədi elektromobillərdə istifadə olunan batareya […]

COP29 çərçivəsində Azərbaycanda olan amerikalı jurnalist Ədəbiyyat Muzeyini ziyarət edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qeydiyyatdan keçənlər sırasında dünyanın əksər ölkələrini təmsil edən mətbuat nümayəndələri də yer alıb. Media nümayəndələri arasında qonaq olduqları ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olmaq istəyənlər də var. Onlardan biri – ABŞ-dan olan jurnalist Lyuk Hardi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı […]

Uppsala Universitetində Azərbaycan müasir dünyada mövzusunda seminar keçirilib

İsveçin nüfuzlu Uppsala Universitetinin nəzdindəki Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda “Sivilizasiyaların kəsişməsində: Azərbaycan müasir dünyada” mövzusunda seminar keçirilib. AZƏRTAC xəbər verir ki, Uppsala Universitetində payız tədris semestrini tədqiqatçı kimi keçirən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin müəllimi Şəfəq Mehrəliyeva ali təhsil müəssisəsinin magistrant tələbələri və müəllim heyəti qarşısında azərbaycançılığın əsasları və bunun dövlətin xarici siyasətinin […]

“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Hazırlıq” mərhələsinə start verilib

11 noyabr tarixindən etibarən “BilBacar” müsabiqəsinin “Hazırlıq” mərhələsinə başlanılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az -a bildirilib ki, bu mərhələdə qeydiyyatdan keçmiş şagirdlər şəxsi hesablarına daxil olaraq “Hazırlıq” bölməsindəki sualları cavablandıra bilərlər. “Hazırlıq” bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir və tapşırıqlar 1 ay müddətində aktiv olacaq. Bildirilib ki, şagirdlərin bu bölmədə qazandıqları […]