Mektebgushesi

Dehlidə havanın çirkliliyinə görə məktəblər bağlandı

Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər qeyri-müəyyən müddətə bağlanıb. Mektebgushesi.az  xarici KİV-ə istinadla xəbər verir ki, paytaxtın bütün ibtidai məktəblərində təhsil distant qaydada təşkil olunacaq. Bildirilib ki, aşağı keyfiyyətli yanacaq, kənd təsərrüfatı ərazilərinin və tullantıların yandırılması, havaların soyuması Dehlinin havasında qatı tüstü yaradıb. 30 milyon insanın yaşadığı meqapolis qış mövsümündə ekologiyasına görə hər […]

DİM-in əməkdaşları Koreyada rəsmi səfərdədir – FOTO

13 – 14 noyabr 2024-cü il tarixlərində Koreya Respublikasının İnçon şəhərində İnformasiya və Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Asiya-Sakit Okean Təlim Mərkəzi (APCICT) tərəfindən “İllik Rəqəmsal Liderlər Proqramı” təşkil olunub. Rəqəmsal transformasiya prosesində süni intellekt və məlumat idarəçiliyinin roluna dair keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva və İmtahanın texnoloji təminatı sektorunun müdiri Sevda […]

Təhsil İnkişaf  Fondu əməkdaşlıqlarını genişləndirir

Təhsil uğurlu gələcəyin, savadlı cəmiyyətin və daha gözəl dünyanın əsasıdır. Buna görə də cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu vaxtaşırı təhsilə dəstək layihələri ilə gündəmə gəlir. Bu layihələrdən biri “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən “Onu oxut” ianə aksiyasıdır. Aksiya çərçivəsində sosial həssas qruplardan olan yüksək bal toplamış tələbələrə təqaüd verilir. 2023-2024-cü […]

Rektor: Tədbirdə qəbul olunacaq qərarlar dünyada iqlim dəyişikliklərinə mühüm töhfə verəcək

Bu gün ölkəmizdə möhtəşəm COB29 tədbiri keçirilir. Dünyanın gözü Azərbaycandadır. Azərbaycan yüksək təşkilatçılıq səviyyəsinə və təmsil olunma səviyyəsinə görə öz sözünü dedi. Bu tədbir haqqında illərcə danışılacaq. Tədbirdə qəbul olunacaq qərarlar dünyada iqlim dəyişikliklərinə mühüm töhfə verəcək. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. Rektor qeyd edib ki, […]

Dünya əhalisinin sayı artıb – 7%-i ali təhsillidir

Dünya əhalisinin sayı artıb. Mektebgushesi.az xəbər verir ki, artım nəticəsində dünya əhalisinin sayı 8.04 milyard olub, insanların əksəriyyəti Asiya materikində yaşayır. Belə ki, Asiyada yaşayan insanlar dünya əhalisinin 60 faizini təşkil edir. Şimali Amerikada yerləşən əhalinin sayı isə minimum təşkil edir, belə ki, burada dünya əhalisinin, sadəcə 5 faizi yaşayır. Dünya əhalisinin 11%-i Avropada, 9%-i Cənubi […]

ADPU-nun Şəki filialında  “Yaşıl dünya – sağlam gələcək!” adlı sərgi-müsabiqə keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera Mərkəzinin dəstəyi, Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya – sağlam gələcək!” adlı sərgi-müsabiqə keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, müsabiqə çərçivəsində filial tələbələrinin ekologiya və ətraf mühitin mühafizəsinə həsr etdikləri əl işlərindən (rəsm, toxuma, qurma və s.) ibarət əsərlərin sərgisi təşkil […]

ADNSU-da Anqolanın vitse-prezidenti ilə görüş keçirilib

Noyabrın 14-də Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi görüşdə elm və təhsil sahəsində ikitərəfli […]

“Məktəbəqədər təhsildə liderlik” proqramına seçimin test və müsahibə mərhələləri keçirilib

Noyabr ayının ilk ongünlüyü ərzində  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramına seçimin test imtahanı mərhələsi keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, proqrama müraciət edən şəxslərin seçimi prosesində məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim və metodistlərinin diaqnostik qiymətləndirilməsindən topladıqları […]

COP tarixində ilk dəfə “Rəqəmsallaşma Günü” keçiriləcək

Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələr aparılır. Mektebgushesi.az xəbər verir ki, COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib. Bu gündən isə […]

Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb

Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında birgə […]

ADU-da COP29-da iştirak edən Çin nümayəndə heyəti ilə görüş olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Çin nümayəndə heyətinin bir qrupu ilə görüşüb. ADU-dan bildirilib ki, Çin nümayəndə heyətinin tərkibində Hucou şəhərinin bələdiyyə sədrinin müavini Şi Yitinq, şəhər bələdiyyəsinin baş katibinin müavini Lu Siaoha, Bələdiyyə Komitəsinin Ekoloji Sivilizasiya İdarəsinin […]

Emin Əmrullayev Rusiyanın maarif naziri ilə görüşüb

Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının maarif naziri Sergey Kravtsov ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a bildirilib ki, görüş zamanı elm və təhsil sahəsində hər iki ölkənin qarşılıqlı maraqlarını əhatə edən məsələlər müzakirə edilib. Daha sonra qonaqlar Bakı […]

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin qrafiki açıqlanıb

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) noyabr ayının 14-dən 22-dək saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar qeyd olunan tarix və saatlarda 146 Çağrı Mərkəzi ilə əlaqə yaratmaqla sorğu və şikayətlərinə cavab ala bilərlər.

BMU tələbələri bərpa olunan enerji və təcrübə proqramları ilə bağlı məlumatlandırılıb

  Bakı Mühəndislik Universiteti (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Envision Energy” şirkətinin əməkdaşları tərəfindən tələbələr üçün təlimlər təşkil olunub. Bərpa olunan enerji sektorunda çalışacaq kadrların yetişdirilməsinə töhfə vermək məqsədi daşıyan təlimlərə ayrı-ayrı qruplarda ümumilikdə 60-dan çox tələbə qatılıb. Müxtəlif təqdimatlarda saytın quraşdırılması və istismara verilməsi mühəndisi, keyfiyyət və təhlükəsizlik idarəetmə mühəndisi, sənədlərə […]

İnnovativ elm və təhsil mühitində elektron demoqrafiya sisteminin qurulması problemləri tədqiq edilib

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Təhmasib Fətəliyev və Nərgiz Verdiyevanın həmmüəllifi olduqları məruzə Ukraynada keçirilən “Elm, təhsil və texnika üzrə informasiya texnologiyaları” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda dinlənilib. Bu barədə  institutdan məlumat verilib. “İnnovativ elm və təhsil mühitində elektron demoqrafiya sisteminin qurulması problemlərinin tədqiqi” (Research of the Problems of Building an E-Demography […]