Mektebgushesi

Adanada kişi müəllimi döydü

Türkiyənin Adana şəhərində bir şəxs dördüncü dəfə sürücülük imtahanına girən həyat yoldaşını dönərkən dönmə siqnalı vermədiyi üçün imtahandan keçirməyən müəllimi döyüb. Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. İddiaya görə, ev xanımı Esma V. dönərkən siqnal vermədiyi üçün dördüncü dəfə girdiyi sürücülük imtahanını keçə bilməyib. İmtahan avtomobilinin arxasında onu izləyən Esma V.-nin həyat […]

GDU -da diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? – VİDEO

Gəncə Dövlət Universitetində (GDU) diplom almaq üçün tələbələrdən rüşvət tələb olunduğu iddia edilir. Mektebgushesi.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Tələbə iddia edir ki, Qüdrət adlı müəllim diplomları təqdim etmək üçün 10 manat məbləğində pul istəyib. Səbəb olaraq isə, rüsum ödənilməsini göstərib. Hətta tələbə iddia edir ki, praktika üçün 250 manat […]

Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş

Tərtərdə faciəli şəkildə ölən 21 yaşlı Arzu Niftalıyeva tələbə imiş. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub. O, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə təhsil alırmış. Qeyd edək ki, A.Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. Mingəçevir Şəhər […]

Kanadada professor adını alan ilk azərbaycanlını uğura aparan cümlə

Gənc vaxtı eşitdiyi “heç azərbaycanlıların fizika ilə məşğul olduğunu görməmişdim” cümləsi karyera yolunda ən böyük silahı olub. Məhz bu cümlədən aldığı güclə millətlər içində özünü sübut edib, hətta yaşadığı ölkədə fizika sahəsində ilk azərbaycanlı professor adını alıb. “Kaspi” qəzetinin Kanadada professor adını alan ilk azərbaycanlı Arzu Sərdarlı ilə müsahibəsini təqdim edirik. Goranboy rayonunda anadan olub və […]

Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb

Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. Mektebgushesi.az xəbər verir ki,  yeni siniflər rayonun Xırmandalı kənd 2 nömrəli tam orta məktəbində, Əsgərabad kənd tam orta məktəbində və Biləsuvar şəhəri 2 nömrəli tam orta məktəbində təşkil olunub. Bildirək ki, bu vaxta qədər rayonun digər 4 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib […]

Minlərlə sakini olan qəsəbənin uşaq bağçası yoxdur

Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsinin sakinləri deyirlər ki, əvvəl 50 ailədən ibarət olan qəsəbənin indi minlərlə sakini var. Ancaq bircə dənə də olsun uşaq bağçası yoxdur. Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirir ki, bir məhəllədə təxminən 50 uşaq var. Uşaqları bağçaya Suraxanı, Əmircan, yaxud Bülbüləyə aparmaqdan ötrü yol xərci tələb olunur. Buna isə bir çox ailələrin […]

Naxçıvan Dövlət Universiteti Kahramanmaraş Sütçü İmam və Pamukkale universitetləri ilə əməkdaşlığa başlayıb

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresi çərçivəsində NDU ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla bağlı keçirilən görüşdə NDU-nun rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, mövcud fakültələri, kollecləri və Beynəlxalq məktəbi barədə məlumat […]

Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı aparılır

Tam (11 illik) orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı aparılır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, əlavə yerləşdirmə ilə qəbul olan abituriyentlər oktyabrın 3-ü saat 18:00-dək “portal.edu.az” platformasında müvafiq xidməti seçərək qeydiyyatdan keçə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olanlar sırasından xaric ediləcəklər.

Qəhrəmanlar unudulmur – ADPU-nun Quba filialında tədbir  

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Quba Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GKİM) Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Qəhrəmanlar unudulmur” mövzusunda anım tədbiri keçirilib. Əvvəlcə filialın şəhid kapitan Aqil Məlikov, şəhid Miqdad Abduləlimov və şəhid Nuran Mirzəyev adına auditoriyalarında şəhid ailə üzvləri – […]

ADU -nun məzunu “Beynəlxalq diplomatiya” yarışda birinci yerin qalibi olub

Azərbaycan Dillər Universitetinin məzunu Vüsal Hümbətzadə Asiya ölkələrinin “Beynəlxalq diplomatiya” üzrə keçirilən beynəlxalq bilik müsabiqəsində Azərbaycanı təmsil edən yeganə tələbə olub və beynəlxalq yarışda birinci yerin qalibi olub. Bu barədə,  Mektebgushesi.az  -a Pakistan Müasir Dillər Universitetinin mətbuat xidmətindən məlumat verilib. İndiyənədək heç bir tələbəmiz “Beynəlxalq diplomatiya” sahəsində Asiya ölkələri üzrə keçirilən beynəlxalq yarışda birinci yerə […]

Müəllimlər üçün esse müsabiqəsinə start verilib

“Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun təşkilati dəstəyi və təşəbbüsü ilə “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinə start verilir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının […]

ADPU-da  “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş görüş keçirilib          

Pedaqoji Universitetin (ADPU) Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə “Gənc nəslin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 və  bərpa olunan enerji mənbələri haqda maarifləndirilməsi, Azərbaycanın bu prosesdə oynadığı rol və cəmiyyətin gözləntiləri” mövzusunda görüş keçirilib. Tədbirdə  İctimai Şuranın üzvləri, ADPU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. Giriş nitqi […]

Çində ilk dəfə azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfrans keçirilir

Pekində “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilir. AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını […]

LDU-da COP 29-la bağlı növbəti tədbir iqlim dəyişikliklərinə həsr olunub

  Lənkəran Dövlət Universitetində LDU və Azərbaycan  Dövlət İqtisad Universiteti  Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə “COP 29:  İqlim dəyişikliyi və reogional iqtisadiyyata yeni yanaşma” mövzusunda Dəyirmi masa təşkil edilib. Dəyirmi masanı LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev açaraq tədbirin mahiyyəti, müzakirə olunacaq məsələlər, COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. […]