Mektebgushesi

Metodistlərin işə qəbulu üzrə qeydiyyata start verilib

Noyabrın 18-dən 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifəsinə işə qəbul müsahibəsinə qeydiyyat başlayıb. Elektron sənəd qəbulu mərhələsi 18-29 noyabr tarixlərini əhatə edəcək. Müsahibə zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Həmçinin namizədlərin effektiv kommunikasiya qurma bacarığı, münaqişələrin həlli, innovativlik, metodik dəstək, rəhbərlik və pedaqoji səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcək. […]

Azərbaycanda əhalinin sayı 10214441 nəfərə çatıb

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin sayı 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10214441 nəfərə çatıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.

“İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” mövzusunda nazirlərin yüksək səviyyəli birgə iclası olub

Noyabrın 18-də COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü” mövzusunda yüksək səviyyəli birgə iclas keçirilib. Tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib. Birgə […]

“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksək səviyyəli panel keçirilib 

Noyabrın 18-də COP29 çərçivəsində “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, panel sesssiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub. Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki,  bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük […]

Elm və təhsil naziri Andreas Şleyxerlə görüşüb

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT–nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29–cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb. Görüşdə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin COP29 çərçivəsində Azərbaycanın Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı […]

UNICEF uşaqların COP29-un mərkəzinə qoyulması təşəbbüsünü yüksək qiymətləndirir

UNICEF uşaqların COP29 müzakirələrinin mərkəzinə qoyulması təşəbbüsünü yüksək qiymətləndirir. Mektebgushesi.az xəbər verir ki, bunu UNICEF-in Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi üzrə regional müşaviri Mariya Osbek noyabrın 18-də Bakıda COP29 çərçivəsində keçirilən “Yaşıl gələcək naminə insan kapitalının artırılması” mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, yaşıl gələcək üçün insan kapitalının artırılması təşəbbüsü investisiyaların indidən qoyulması prosesinin əsasını […]

BDU-nun tələbə və müəllimləri “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulublar

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura səviyyələrində 23 mindən çox tələbəsi və 3 mindən çox müəllimi “Blackboard” platforması vasitəsilə tədris prosesinə qoşulub. Bu barədə BDU-dan məlumat verilib. Xatırladaq ki, Azərbaycanda COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar təhsil pilləsi üzrə tədris və təlim-tərbiyə prosesi noyabrın […]

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi  

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Təsviri sənət və dizayn” dərnəyi üzvlərinin “Tumurcuq” rəsm sərgisi və animasiya nümayişi təşkil edilib. Sərgidə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycanın xalq […]

19 yaşlı tələbə qəfil vəfat etdi 

Qubada tələbə qəfil dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Psixoloji sıxıntının insanın həyatına və işinə təsiri araşdırılıb

  Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Utreçt (İşə Bağlılıq Şkalasının (Utrecht Work Engagement Scale) Azərbaycan dilinə adaptasiyası: onun psixoloji sıxıntı və həyat-iş məmnunluğuna təsirinin araşdırılması” məqaləsi “Index Copernicus”, “EBSCO”, “Google Scholar”, “Crossref”, “SSRN”, “Dimensions” və digər nüfuzlu elmi bazalarda indekslənən “Technium Social Sciences” jurnalında dərc olunub. Bu barədə  institutdan məlumat verilib. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, uzman klinik-psixoloq Narınc […]

Azərbaycanın yeni universitetləri üçün 27 milyon ayrılıb

Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Mektebgushesi.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Universitetdə növbəti tədris ilindən etibarən 2500-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır. Həmçinin Azərbaycan-Türkiyə Universitetinin fəaliyyətinin növbəti ildə də təmin edilməsi məqsədilə 10 milyon […]

“Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Növbəti il üzrə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat vəsait ayrılacaq. Mektebgushesi.az xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub. Büdcə zərfində qeyd olunub ki, həmin məbləğ məktəbdə təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, fövqəladə hal baş verdikdə uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək və “Məktəblinin dostu” layihəsinin 2025-ci ildən […]

Azərbaycanda dövlət sifarişi ilə ali təhsil xərcləri artırılacaq

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, bu, 2024-cü […]

Nazir: “Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək”

“Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək”. Mektebgushesi.az xəbər verir ki, bunu COP29 çərçivəsində iqlimədayanıqlı gələcək üçün insan inkişafına investisiya üzrə yüksəksəviyyəli görüşdə çıxışı zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu ərazilərdə təhsil və innovasiyalar üçün əlverişli şərait yaradılır: “Məqsədimiz dayanıqlı icmalar formalaşdırmaq və bölgədə təhsil vasitəsilə inkişafa […]

Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşüb

Oksford Universitetinin (Saïd Business School) dəstəyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “İqlimin İdarəolunması Məktəbi” öz işinə başlayıb. APA xəbər verir ki, proqram çərçivəsində şəhərimizə təşrif buyuran beynəlxalq ekspertlər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüblər. Görüşdə SDU-nun rektoru Rüfət Əzizov da iştirak edib. Zakir Fərəcov qonaqları salamlaraq Sumqayıtın dinamik inkişafı və şəhərdə həyata keçirilən […]