Mektebgushesi

Elm və təhsil naziri İtaliyanın təhsil naziri ilə görüşüb

  Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Giuseppe Valditara ilə görüşüb. “Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Azərbaycan müəllimi

PISA-nın yaradıcısı: Azərbaycan təhsildəki çətinlikləri yaxşı anlayan bir ölkədir – VİDEO

  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın yaradıcısı Andreas Şleyxer ötən gün ANEWS beynəlxalq televiziya kanalına müsahibə verib. “Azərbaycan müəllimi” xəbər verir ki, müsahibəsində Şleyxer iqlim savadlılığının artırılması istiqamətində ölkələrin atmalı olduğu addımlardan, şagirdlərin ekoloji savadlılığının ölçülməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüsdən danışıb. O bildirib ki, indiyə qədər […]

“Coğrafiyanın simulyativ tədrisi” layihəsinin icrasına başlanılıb

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “Coğrafiyanın simulyativ tədrisi” layihəsinin icrasına başlanılıb. “Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində VIII sinifdən 25 şagird seçilərək, onlar üçün 4 ay müddətində həftədə 2 dəfə olmaqla 32 saatlıq dərslər təşkil ediləcək. Dərslərdə PhET platformasındakı interaktiv simulyasiyalardan istifadə ediləcək […]

Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə görüşüb. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair […]

COP29-da “İqlim dəyişikliyi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

  Noyabrın 18-də Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə Oksford Universiteti “Saïd Business School” və “Burjeel” Holdinqin təşkilatçılığı ilə COP29 çərçivəsində “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçirilib. “Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə qlobal arenada gəncləri iqlim dəyişikliyinə qarşı hərəkətə keçməyə və cəmiyyətdə transformasiya yaratmağa ruhlandırmaq məqsədi daşıyıb. Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə keçirilən müsabiqəyə 58 […]

Elnur Nəsibov: Tələbə yataqxanalarının təmirinə özəl sərmayə cəlb edilməlidir

  Ali məktəblərin yataqxanalarının təmirinə özəl sektorun cəlbi üçün “Tələbə yataqxanalarının texniki maliyyə əsaslandırılması” sənədinin hazırlanmasına başlanılıb. Bunu “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib. Onun sözlərinə görə, özəl sektoru bu işə cəlb etmək üçün yeni sənədin hazırlanmasına ehtiyac var: “Bu işin həcmi çox böyükdür. Dövlət bunun öhdəsindən tək gələ bilməz. […]

Eksternat imtahanları nədir və kim iştirak edə bilər? – İmtahanlar başlayır

  Bu gün ölkənin əksər regionlarında eksternat imtahanlarına qeydiyyat başlayıb. “Azərbaycan müəllimi” eksternat imtahanları ilə bağlı maraq doğuran sualların cavablarını təqdim edir? – Eksternat imtahanı nədir və kim iştirak edə bilər? – Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı […]

“Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə aparılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Təhsil və təqaüdlərin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında rolu” mövzusunda müzakirə keçirilib. Mektebgushesi.az  xəbər verir ki, müzakirədə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu vurğulayıb. O, Fondun tərəfdaşları sırasında “NEQSOL Holding”, STP […]

ürkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçiriləcək

  Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçiriləcək. Bu barədə  Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından (TADEF) məlumat verilib. Bildirilib ki, toplantı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, TADEF və ABİD-in birgə təşkilatçılığı ilə baş tutacaq. İclas iki gün davam edəcək. Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda […]

Təhsilin yaşıllaşdırılması və gələcəyin planlaşdırılması mövzusunda müzakirələr aparılıb

Noyabrın 18-də COP29 çərçivəsində “Təhsilin yaşıllaşdırılması və gələcəyin planlaşdırılması” mövzusunda tədbir keçirilib. ISESCO və Kembric Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib. AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələri təmsil edən spikerlər iqlim dəyişmələrinin təhsil sisteminə təsirlərindən, eləcə də təhsilin yaşıllaşdırılması mövzusunda mövcud təcrübələrdən danışıblar. Nazir müavini Həsən Həsənli […]

DİM-in aparat rəhbəri COP29 çərçivəsində keçirilən tədbirdə iştirak edib

18 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində İnsan inkişafı, Uşaq və gənclər, Sağlamlıq və Təhsil tematik Günü ilə əlaqədar mühüm tədbirlər keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirlərdə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov da iştirak edib. Tədbir çərçivəsində “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlığı” və “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında yüksək səviyyəli panel […]

UNICEF nümayəndəsi: Son iki ildə 400 milyon uşaq məktəbə getməyib

Havanın çirklənməsi, meşə yanğınları, qalıq yanacaqların istifadəsi uşaqlara zərər verir və bu zərər geri dönməzdir. Mektebgushesi.az xəbər verir ki, bunu UNICEF-in Baş katibinin köməkçisi və icraçı direktorun tərəfdaşlıq üzrə müavini Kitty van der Heijden COP29 çərçivəsində keçirilən “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa”da deyib. O, Pakistanda, Afrikada və digər bölgələrdə uşaqların öldüyünü […]

Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb və fotosərgi açılıb. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Maliki, tanınmış elm və mədəniyyət […]

Dünyanın ən yaxşı universitetlərinin reytinq nəticələri elan edilib

Noyabrın 18-də COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Mektebgushesi.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “QS Quacquarelli Symonds” təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Açılış nitqi ilə çıxış edən elm və […]

Arifmetikanın Öyrənilməsi Modelləri

Tədqiqatçılar hesabın koqnitiv əsasları haqqında, körpələrin ədəd hissi ilə başlayan və cəbrin arifmetik əsasları ilə yekunlaşan geniş araşdırmalar apardılar. #İdrak nəzəriyyəsi nöqteyi-nəzərindən xüsusilə maraqlı olan uşaqların #arifmetik söz problemləri haqqında düşünmə bacarıqlarıdır. Tədqiqatçılar ümumiyyətlə problemin çətinliyini, uşaqların həlli strategiyalarında keçidləri və səhvləri izah etməyə çalışırlar. Məsələn, uşaqlar aşağıdakı iki problemdən birincisini ikincidən daha asan tapırlar: […]