Qarakənd faciəsindən 33 il ötür
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 33-cü ildönümüdür. Mektebgushesi.az xatırladır ki, 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi […]
COP29 – “Yer üçün ünsiyyət – uşaq ekoloqun perspektivi”
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Mektebgushesi.az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Konfransın onuncu gününün proqramını təqdim edirik: Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə tədbirlər: 09:00 – 10:30. […]
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib. Mektebgushesi.az xəbər verir ki,. universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məmmədova Məhsəti İsa qızı dünyasını dəyişib. Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!
Bu gün Ağdam Şəhəri Günüdür
Ağdamın işğaldan azad edilməsindən 4 il ötür. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə […]
UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və QS Beynəlxalq Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib. Rektor Ədalət Muradov görüşdə UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsas strateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə həyata keçirilən yeniliklərdən və əldə […]
COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə həyata keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” layihəsi keçirilib. Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib. Bildirilib ki, 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər […]
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə,görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər. Görüş zamanı “TikTok” şirkəti ilə elm […]
AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Rəyasət Heyətində müşavirə keçirilib. AMEA-dan bildirilib ki, müşavirədə AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb. Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli akademiyanın yubileyi ilə bağlı çapı nəzərdə tutulan monoqrafiyalar haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, “Simalar” kitabı artıq son redaktə mərhələsindədir. AMEA rəhbəri, […]
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru Luis Benveniste ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, Luis […]
Azərbaycanın 7 universiteti “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub
İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk […]
SDU ilə Oksford Universiteti COP29 çərçivəsində panel müzakirəsi keçirib
COP29 çərçivəsində Sumqayıt Dövlət Universiteti və Oksford Universiteti (Saïd Business School) “İqlim fəaliyyətində gənclərin liderliyi: Təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” başlıqlı panel müzakirəsi təşkil edib. Bu barədə universitetdən məlumat verilib. Panel müzakirəsində iqlim fəaliyyətlərinin həyata keçirilməsində gənclərin və universitetlərin rolu, təhsil üzrə milli və beynəlxalq iqlim strategiyaları, təhsil və tədqiqatlarda iqlim dəyişikliklərinin idarə edilməsi […]
Daha bir region üzrə Çağrı Mərkəzi vətəndaşların sorğularını cavablandıracaq
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Vətəndaşlar 146 – 0 – 12 nömrəsi ilə əlaqə yaratmaqla Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab […]
ADPU-nun Quba filailında elmi seminar: “İqlim dəyişkənlikləri – səbəbləri, nəticələri və mübarizə tədbirləri”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında dosent Güləddin Həmzəyevin təqdimatında “İqlim dəyişkənlikləri – səbəbləri, nəticələri və mübarizə tədbirləri” mövzusunda elmi seminar keçirilib. Seminarda filial rəhbərliyi, professor-müəllim heyəti və struktur rəhbərləri iştirak ediblər. Seminarı giriş sözü ilə açan filialın Dəqiq və təbiət elmləri kafedrasının müdiri səlahiyyətlərinin icraçısı, riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov mövzunun aktuallığı […]
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb. Ötən il yalnız 2 yerli ali təhsil müəssisəsinin təmsil olunduğu […]
Tanınmış tarixçi Azərbaycan bayrağının mahiyyəti haqda deyilməmiş fikirləri açıqladı
“1923-cü ildə M.Ə.Rəsulzadənin İstanbulda çap olunan “Azərbaycan Cümhuriyyəti” əsərinin üz qabığında istiqlal və azadlığımızın simvolu olan Bayrağımızın təsvirinin verilməsi təsadüfi deyildi. O, həmin kitabında yazırdı ki…” Dövlət rəmzləri xalqın istək və arzularını, düşüncələrini, necə dövlət qurmaq istədiyini, onun başqa dövlətlərdən fərqli cəhətlərini qısa, lakonik şəkildə əks etdirir. Bu baxımdan onların düzgün izahı, insanlara çatdırılması siyasi, […]