Xaçmazda sinif yoldaşını bıçaqlayan şəxs saxlanıldı: Məktəb rəhbərliyinə tapşırıq verildi
“Xaçmaz şəhərində 9 saylı tam orta məktəbdə 10-cu sinif şagirdi K.Orucov sinif yoldaşı A.Nəsrullayevi bıçaqlayıb”. Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə 1 oktyabr 2024-cü il tarixində saat 16 radələrində baş verib: “Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. […]
Koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb – RƏSMİ
“Hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir”. Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır. “Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən […]
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi vəfat edib -FOTO
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, akademiyanın orta ixtisas təhsili pilləsinin müəllim-konsertmeysteri Vahid Məmmədov vəfat edib. Vahid Məmmədovun futbol oynayarkən səhhəti pisləşib, ilkin ehtimala görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.
AMEA prezidentinə yeni müşavirlər təyin olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinə yeni müşavirlər təyin olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Fizika-riyaziyyat və texnika elmləri və Yer elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclası zamanı bildirib. Belə ki, akademik Telman Əliyev […]
BANM tələbələri kibertəhlükəsizlik yarışında qalib oldu
Bakı Ali Neft Məktəbinin komandası ‘‘CTF – Capture the Flag’’ kibertəhlükəsizlik müsabiqəsində I yeri tutub. Bu barədə BANM-dan Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən ICSD (Beynəlxalq Kibertəhlükəsizlik Günləri) tədbiri çərçivəsində təşkil olunmuş müsabiqədə II yerin də qalibi BANM komandasıdır. Birinci yer – “Boşver” komandası, BANM tələbələri – […]
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub
10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Mektebgushesi.az xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazəçısı Anar, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, Xalq yazıçısı Elçin və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak ediblər. Xalq yazıçısı Anar açılış mərasimində çıxış edərək sərginin işinə uğurlar […]
İnnovativ Təhsil Mərkəzinin açılış mərasimi olub
Bakıda İnnovativ Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, İnnovativ Təhsil Mərkəzinin açılış mərasimində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mardanov , Təhsil Eksperti Nadir İsrafilov , AVMA İB icraçı direktoru Shahin Receb , Mektebgushesi.az saytının rəhbəri Məzahir Məmmədli , BDU-nin filoloqu Fikrət Şiriyev, Masallı rayon Şıxlar kənd 2 saylı məktəbin […]
ARTİ dəyrimi masa keçirib
30 sentyabrda ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsi tərəfindən Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 nömrəli məktəbdə “Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda dəyirmi masa keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbir iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. ARTİ-nin direktor müavini Aydın Əhmədov iştirakçıları salamlayaraq tədbiri açıq elan […]
Dünya şöhrətli alim Məsud Əfəndiyev Fields İnstitutunda keçirilən konfransda dəvətli məruzəçi qismində çıxış edib
Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada professor Sivabal Sivagonathanana həsr olunmuş “Hesablamada sərhədlər və Riyazi Tibb” (Frontiers in Computational and Mathematical Medicine) adlı nüfuzlu beynəlxalq elmi konfransda iştirak edib. Fields İnstitutunun dəvəti ilə məruzəçi qismində konfransa qatılan dünyaşöhrətli alim burada məruzə ilə […]
Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. Musiqi rəhbəri vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 11 oktyabr tarixinədək elektron qaydada qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir. Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra […]
Elm və Təhsil Naziri Macarıstanın rəsmiləri ilə görüşüb
Oktyabrın 1-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamas Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Csaba Gyuricza ilə görüşüb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı 2 ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və […]
Pedaqoji ixtisasların plan yerlərinin 34 faizi ADPU-nun payına düşür
Ölkə üzrə pedaqoji ixtisasların plan yerlərinin 34 faizi ADPU-nun payına düşür (filiallarla birlikdə). Mektebgushesi.az xəbər verir ki, bu haqda Pedaqoji Universitetin Elmi Şurasının yeni tədris ili üçün ilk iclasında məlumat verilib.
Paytaxt üzrə 23438 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub – FOTO
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 438 uşaq qeydiyyatdan keçib. Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, […]
Seymur Verdizadə: Hamı 5 oktyabr Müəllimlər Günündən danışır – Danışa bilməyənlər sosial şəbəkələrdə yazır
Azərbaycanda ən təmənnasız jurnalistlərdən biri mənəm. Buna baxmayaraq, bu il Milli Mətbuat Günü ərəfəsində üç dəbədəbəli ziyafətdə iştirak etdim. Üstəlik, qatıldığım müsabiqədən qalib ayrıldığım üçün Təhsilin İnkişafı Fondu tərəfindən mükafatlandırıldım. Elə həmkarlarım var ki, başları bir həftə yeyib-içməkdən açılmadı…Jurnalistlərin peşə bayramı hər il yüksək səviyyədə qeyd olunur. Ayrı-ayrı dövlət qurumları, idarə və müəssisələr, özəl təşkilatlar, tanınmış […]
“Gender bərabərsizliyinin aradan qaldırılmasında İslamın pozitiv rolu” mövzusunda təlim
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT Əhali fondunun “Gender bərabərliyi”nə dair layihəsinin təlimçisi, sosioloq Cavid İmamoğlunun təqdimatında “Gender bərabərsizliyinin aradan qaldırılmasında İslamın pozitiv rolu” mövzusunda təlim təşkil olunub. Təlim Aİİ tələbələrinin iştirakı ilə baş tutub. Cavid İmamoğlu sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, cəmiyyətdə gender zəminində formalaşmış ayrı-seçkiliyi müzakirə edib. O, həmçinin gender bərabərliyinin […]