Türkiyə-Azərbaycan Universitetinə əlavə 150 tələbə qəbulu planlaşdırılır
Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb. Mektebgushesi.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün Milli Məclis komitələrinin birgə iclasında deyib. O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə […]
Metodiki xidmətdə çalışan işçilərin sayının 2250 nəfərə çatması müəyyən edilib
“Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna qədər müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması hədəfi müəyyən edilmişdir”. Mektebgushesi.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclis komitələrinin birgə iclasında deyib. O bildirib ki, təhsildə müasir metodiki xidmətin təşkili, bu işlərin icrası ilə bağlı növbəti ildə 750 nəfər […]
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 6-da Balakən şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 27 noyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – […]
Avstraliya hökuməti uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etdi
Avstraliya hökuməti ölkədə 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib. Mektebgushesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi, həmçinin texnoloji şirkətlərdən və sosial şəbəkələrin administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yarada bilməməsi üçün tədbirlər görməyi tələb edib: […]
Azərbaycan universitetləri “Times Higher Education” reytinqində TOP 500-də yer alıb
Noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki,ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb. UNEC, AzMiU, NDU, SDU, ATU, […]
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb
Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. Universitetdən bildirilib ki, THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda […]
Bu gün Ümumdünya Fəlsəfə Günüdür
Hər il noyabr ayının üçüncü cümə axşamı Ümumdünya Fəlsəfə Günü kimi qeyd edilir. Mektebgushesi.az xəbər verir ki, builki Ümumdünya Fəlsəfə Günü sosial boşluqların aradan qaldırılmasına həsr edilib. 2002-ci ildə təsis edilmiş bu əlamətdar günün qeyd olunmasında məqsəd bəşər təfəkkürünün inkişafı, hər bir mədəniyyət və fərd üçün fəlsəfənin əhəmiyyətini vurğulamaqdır. Fəlsəfə cəmiyyətləri dəyişdirə bilən elm […]
Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə start verir
Dövlət İmtahan Mərkəzi (DİM) könüllülər layihəsinə start verir. DİM-dən bildirilib ki, layihənin məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasında təkan verməkdir. Layihənin müddəti 3 aydır. Layihədə iştirak etmək üçün 16 – 25 yaşlı, ali və ya orta ixtisas təhsili olan və ya […]
Alimlər qasırğaların gücünün artmasının səbəbini açıqlayıb
ABŞ-nin Mərkəzi İqlim İnstitutunun alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi son altı ildə qasırğa küləklərinin gücünü artırıb. Oxu.Az xəbər verir ki, bununla bağlı araşdırma “Environmental Research: Climate” (ERC) elmi jurnalında dərc olunub. Mütəxəssislər 2019-2024-cü illərdə Atlantik okeanında baş vermiş tufanları təhlil ediblər. Araşdırmalar göstərib ki, bu dövrdə fəlakətlər zamanı küləyin orta sürəti 29 km/saat (saniyədə 8 […]
Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB – VİDEO
Uşaqlar arasında təhlükəli virus yayılıb. Xezerxeber.az-ın məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir. İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır. […]
Alimlər intellekti ilə insanın yerini tutmağa hazırlaşan canlının adını açıqladı
“Bəşəriyyətin tərəqqiyə başı qarışdığı vaxt, dəniz dərinliklərində Yerin gələcək hökmdarları roluna potensial namizəd yetişir. İnsanlar yox olacağı təqdirdə planetimizdə yeni ağıllı sivilizasiyanı… səkkizayaqlılar (oktapodlar) yarada bilər”. Oxu.Az-ın “The European”a istinadla verdiyi məlumata görə, belə cəsarətli proqnozla Oksford Universitetinin nüfuzlu alimi, zooloq Tim Koulson çıxış edib. Onun sözlərinə görə, son tədqiqatlar göstərir ki, təkamül bu başıayaqlı […]
COP29 gündəliyi: “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb olunması”
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Mektebgushesi.azxəbər verir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Konfransın on birinci gününün proqramını təqdim edirik: Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə tədbirlər: 09:00 – […]
Ceyhun Məmmədov: “Elmi dərəcələrə görə verilən vəsait artırılmasına ehtiyac var”
Universitetlərdə müəllimlərin maaşların və elmi dərəcələrə görə verilən vəsaitin artırılması təklif olunub. Mektebgushesi.az xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov çıxış edib. Deputat deyib ki, fəlsəfə […]
ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib
Noyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU) ilə birgə “Davamlı Kənd Təsərrüfatı üçün İnnovativ Strategiyalar: Təmiz Suya Çatımlılıq və Bərpa Olunan Enerji Həllərinin İnteqrasiyası” mövzusunda simpozium keçirilib. Simpoziumda Azərbaycan […]
Təhsil müəssisələrində təhsilin təşkili Qaydalarında dəyişiklik edilib
“İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nda dəyişiklik edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsi (Eşitmə, görmə qabiliyyəti tam məhdud olan, görmə qabiliyyəti 40 […]