Mektebgushesi

“Məktəbəqədər təhsildə liderlik” proqramına qəbul elan olunur

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) ilə birgə “Məktəbəqədər təhsildə liderlik” proqramına sənəd qəbulu elan edir. Proqram müasir çağırışlara cavab verən məktəbəqədər təhsil müəssisələri (MTM) idarəçilərinin və liderlərinin hazırlanmasını hədəfləyir. Proqramda iştirak ödənişsizdir. Proqramda iştirak üçün tələblər: Pedaqoji sahədə ali təhsil; Dövlət və ya […]

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

Oktyabrın 4-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın əsas mövzuları iqlim dəyişmələrinin elmi və praktik aspektlərinə həsr olunub. Konfransda iqlim fəaliyyəti sahəsində böyük irəliləyişlər əldə etmək üçün empirik məlumatların, süni intellekt və qabaqcıl analitik vasitələrin əhəmiyyəti, iqlim […]

Qarabağ Universitetinin rektoru tələbələrlə silsilə görüşlər keçirib

Qarabağ Universitetinin rektoru Şahin Bayramov İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Humanitar və sosial elmlər, Mühəndislik fakültələrinin və “SABAH” qruplarının tələbələri ilə silsilə görüşlər keçirib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərin keçirilməsində məqsəd tələbələrə ali məktəbin elmi və pedaqoji istiqamətdə qarşısında duran prioritet məsələlər barədə məlumat vermək, həmçinin onları bu prosesə daha yaxından cəlb etməkdən ibarətdir. Rektor […]

Agentlik: Orta məktəblərdə 151 minə yaxın müəllim fəaliyyət göstərir

2023/2024-cü tədris ilinin məlumatına görə, ümumtəhsil müəssisələrində 150 min 800 müəllim fəaliyyət göstərir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, onlardan 37 min 182 nəfəri ibtidai sinif müəllimidir. “2022-2023-cü illərdə sertifikatlaşdırılma prosesindən 32 minə yaxın müəllim uğurla keçib. Cari ildə təşkil olunan sertifikatlaşdırılma prosesinin müsahibə mərhələsi davam edir. Ümumilikdə 20 […]

ADPU-da görüş – 40 il sonra yenidən doğma universitetdə

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1984-cü il məzunları ilə görüş keçirilib. Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova, Fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov və Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov məzunları qarşılayıblar. K.Əsgərova onları 40 il sonra məzunu olduqları universitetdə görməkdən şad olduğunu bildirərək, məzunlara […]

MEK-in elektron kitabxanasına yeni nəşrlər daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitabxanasına yeni nəşrlər daxil olub. Bu barədə kitabxanadan məlumat verilib. Riyaziyyat, informatika, fizika, ədəbiyyat, linqvistika və başqa elm sahələrini əhatə edən nəşrlər sırasında “Elmi-tədqiqat üsulları”, “Kompüter modelləşdirilməsi (dərs vəsaiti)”, “Kondensə olunmuş hallar fizikası”, “Adi diferensial tənliklərdən məsələ və misallar (dərs vəsaiti)”, “Bitki akarologiyası”, “Azərbaycan təsəvvüf ədəbiyyatı”, […]

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən tədbirdə startapların əhəmiyyətindən danışılıb

Oktyabrın 4-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları tələbələrin startaplarından ibarət sərgi ilə tanış olublar. Tələbələr qonaqlara daha dayanıqlı gələcək üçün öz icadlarından danışıblar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov startaplara dövlət dəstəyini yüksək qiymətləndirib. O startapların əhəmiyyətini vurğulayıb. Elm və Təhsil […]

Avropalı alimlər Azərbaycanın ekoloji siyasəti barədə məlumatlandırılıblar

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Avropa gənc alimləri arasında Azərbaycan ekologiyası ilə bağlı təbliğat işinin qurulması” layihəsi çərçivəsində Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində seminar təşkil edib. Bu barədə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məlumat verib. O bildirib ki, iştirakçılara dövlətimizin ekoloji siyasəti […]

Məktəblilər arasında “BilBacar” müsabiqəsi başlayır

Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “BilBacar” müsabiqəsinə başlanılır. Nazirlikdən bildirilib ki, müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqə çərçivəsində şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi və rəqəmsal platformada imtahan vermə bacarıqlarının formalaşdırılması nəzərdə […]

BMU-da “PAŞA Bank Kuboku VI” proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) ölkədə informasiya texnologiyaları sektorunun inkişafına dəstək verilməsi, bu istiqamət üzrə təhsil alan gənclərin, eləcə də fəaliyyət göstərən kadrların potensialının üzə çıxarılması və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil olunan “PAŞA Bank Kuboku VI” (“PASHA Bank Cup VI”) proqramlaşdırma müsabiqəsinin final mərhələsi keçirilib. “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən gerçəkləşdirilən müsabiqəyə müxtəlif yaş qruplarına […]

Aİİ-də “İnsan hüquqları və dünya dinləri” mövzusunda seminar təşkil olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İnsan hüquqları və   dünya dinləri” mövzusunda seminar keçirilib. Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub. İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov çıxışında sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, məruzəsində insan hüquqlarının inkişafında dinin yeri və rolunu beynəlxalq konvensiyalarda necə əks olunduğunu qeyd edib. Daha sonra müxtəlif  dinlərdə insan […]

Qarabağ Universitetinin dekanı: İncəsənət fakültəsində 130 tələbə təhsil alır

Qarabağ Universitetinin İncəsənət fakültəsində 130 tələbə təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu universitetin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə deyib. O bildirib ki, fakültədə musiqi müəllimliyi, dekorativ-tətbiqi sənət, dizayn, instrumental ifaçılıq və vokal sənəti ixtisasları tədris olunur. “Məqsədimiz müasir, dünya standartlarına uyğun məzmunlu tədrisi həyata keçirməkdir. Yeni metodologiyalar, yeni dərsliklər, nəzəriyyə, texnologiya üstünlüklü yanaşmalar tədrisimiz […]

Texnologiya Universitetində 2 auditoriya əsaslı təmirdən sonra istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində (ATU) “Azəralüminium” MMC-nin dəstəyi ilə əsaslı təmir olunan 2 auditoriya istifadəyə verilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, bu auditoriyalar Azərbaycan Texnologiya Universitetinin I tədris korpusunda yerləşir. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin müasir auditoriyaları zəruri avadanlıqlarla təchiz olunub.

Şərqi Finlandiya Universitetinin əməkdaşı ADAU tələbələri üçün mühazirələr keçəcək

Şərqi Finlandiya Universitetinin müəllimi Sahib Xan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün mühazirələr keçəcək. Mektebgushesi.az xəbər verir ki, ilk mühazirədə çıxış edən ADAU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə mühazirələrin “Erasmus+” layihəsi çərçivəsində həyata keçirildiyini diqqətə çatdırıb. Baytarlıq təbabəti fakültəsinin tələbələri üçün nəzərdə tutulan seminarlar oktyabr ayının ikinci yarısına qədər […]

Nazir müavini: Bu il ətraf mühitlə bağlı ixtisaslar üzrə bakalavriat səviyyəsinə 1700-ə yaxın tələbə qəbul olub

İqlim dəyişmələri dünyamızı narahat edən qlobal problemdir. Onun həllinə bütün ölkələrin birgə səyi lazımdır. Azərbaycan da həmin təşəbbüslərə qoşulub və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirilir. Təbii ki, təhsil iqlim dəyişmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində ən mühüm alətdir. Ümumiyyətlə, təhsil və elmsiz bu problemi həll etmək mümkün deyil. Bu […]