Azərbaycanda direktor işdən AZAD EDİLDİ
Mingəçevir Tarix Muzeyinin direktoru vəzifəsindən azad olunub. “Unikal”ın məlumatına görə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi struktur tabeliyinə aid Mingəçevir Tarix Muzeyinin direktoru Nofər Məmmədəliyev təqaüd yaşının çatması ilə əlaqədar işdən çıxarılıb. Direktor vəzifəsinin müvəqqəti olaraq icrası muzeyin baş elmi işçisi Aygün Yaqub qızı Yusifovaya həvalə edilib. Qeyd edək ki, N.Məmmədəliyev 33 il Tarix Muzeyinə rəhbərlik […]
“Trappist-1” planet sistemində sivilizasiya axtarışı
SETI və Penn Dövlət institutlarının tədqiqat qrupu “Trappist-1” ulduz sistemində hər hansı sivilizasiyanın mövcudluğunu göstərən texnoloji fəallıq əlamətləri axtarmaq məqsədilə “Allen Telescope Array” radioteleskopu vasitəsilə 28 saat ardıcıl olaraq monitorinq aparıb. Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Yerdən 41 işıq ili məsafədə yerləşən “Trappist-1” M8 spektral sinifli qırmızı […]
Dövlət qulluqçuları üçün təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət […]
Dünya üzrə 9813 şagirdin iştirak etdiyi 2024 TR – YÖS/2 imtahanında azərbaycanlı şagird 1-ci yeri tutub
Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR – YÖS/2 imtahanında azərbaycanlı şagird Gülcan Niftəli 1-ci yeri tutub. O, 500 tam bal toplayıb. Gülcan Niftəli Bakı Türk Liseyinin 11-ci sinif şagirdidir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu bildirib. Qeyd edək ki, Gülcan Niftəli ASAN xidmət-in […]
İmişlidə gənc məktəb direktoru avtomobil qəzası nəticəsində dünyasını dəyişib – FOTO
İmişlidə məktəb direktoru vəfat etdi. Mektebgushesi.az xəbər verir ki, İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru Əlidursun İsayev bu gün avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Allah rəhmət etsin.
ADNSU ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları – Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov və xarici tərəfdaşlarla əməkdaşlıq üzrə mütəxəssis Çingiz Qarayev Türkiyənin aparıcı universitetləri ilə yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün qardaş ölkədə ezamiyyətdə olublar. ADNSU-dan bildirilib ki, səfər çərçivəsində Türkiyənin Ege Universitet, Dokuz Eylül Universitet, İzmir İqtisadiyyat Universiteti, İzmir Yüksək Texnologiya […]
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
2023-2024-cü tədris ili ərzində ABŞ-da 1 130 azərbaycanlı təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29 İnformasiya Məntəqəsində azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək üçün xüsusi təşkil edilən tədbirdə bildirib. O qeyd edib ki, bu, əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir. “Birləşmiş Ştatlarda təhsil almağı qarşısına məqsəd qoyan azərbaycanlılar getdikcə […]
BANM-də təhsil alan konqolu tələbələrlə görüş olub
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso COP29 çərçivəsində Azərbaycanda səfərdə olub. O, həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu” çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan konqolu tələbələrlə görüşüb. BANM-dən bildirilib ki, görüşdə Konqo Respublikasının Prezidenti bu sənədin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və təhsil sahəsində […]
Əminağa Sadıqov: Təəssüf ki, özəl sektor elmi fəaliyyətə lazımi səviyyədə investisiya qoymaq istəmir
“Özəl şirkətə kadr lazımdırsa, onlar həmin kadrın hazırlanmasına maliyyə ayırmalıdırlar” Dünyada gedən qloballaşma prosesi doktorantura səviyyəsində də təhsilin məzmununun təkmilləşdirilməsini, kadrların daha müasir, beynəlxalq rəqabətə uyğun şəkildə hazırlanmasını zəruri edir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində doktorantura təhsili ilə bağlı olan bəzi vacib məsələlər barəsində danışıb. […]
Bakıda 16 yaşlı qız itkin düşüb
Bakıda yeniyetmə qız itkin düşüb. Mektebgushesi.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Məhəmməd Hadi küçəsində yaşayan İ.Zərbiyev Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə müraciət edərək onunla eyni ünvanda yaşayan 2008-ci il təvəllüdlü dayısı qızı J.Abuşovanın itkin düşdüyünü bildirib. Şikayətçi qeyd edib ki, qohumu noyabrın 20-si səhər saatlarında evi tərk edib və geri qayıtmayıb. […]
Dayanıqlı İnkişaf Məqsədləri və universitetlərin beynəlxalq əməkdaşlıq təcrübəsi müzakirə edilib
COP29 çərçivəsində Yaşıl zonada Bakı Dövlət Universiteti və EkoSfera Ekoloji Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib. Universitetdən bildirilib ki, tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri […]
Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin artan xətt üzrə inkişaf etdiyini, xüsusilə təhsil sahəsində aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlığın töhfələrini diqqətə çatdırıb. Burada yaşayan soydaşlarımızın təhsilinə dəstək məqsədilə Azərbaycan tərəfindən aparılan dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda […]
Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi bp-dən qrant qazanıb
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə bp şirkətinə təhsilin inkişafına dəstək istiqaməti üzrə təqdim etdiyi “İnklüziv təhsil üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının inkişafı” layihəsi təxminən 50000 AZN miqdarında qrant qazanıb. Layihənin əsas məqsədi inklüziv təhsil üzrə tədris infrastrukturunun və tədrisin keyfiyyətinin artırılması, “İnklüziv təhsil”, “Sosial […]
Tarix Muzeyinin eksponatları COP29-a gələn qonaqların diqqət mərkəzində olub
Milli Azərbaycan Tarixi Muzeyinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycan mədəniyyətinə dair nümayiş etdirilən eksponatlar qonaqların marağına səbəb olub. Muzeydən bildirilib ki, təqdim olunan stenddə xalqın tarixi, ənənələri və mədəniyyətini əks etdirən nadir nümunələr yer alıb. Bu eksponatlar təkcə keçmişin izlərini deyil, həmçinin davamlılıq və mədəni irsin qorunmasının vacibliyini vurğulayan […]
Ceyhun Məmmədov: Elm və təhsil birləşdirildiyi kimi Elm və Təhsil fondunu da birləşdirmək olar
Ötən gün Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı 2025-ci il üçün elmə 244 milyon manat ayrıldığı qeyd edilib. Eyni zamanda müzakirə əsnasında Elm və Təhsil Fondunun birləşdirilməsi də təkllif edildi. Maraqlıdır, elm və təhsil fondunun birləşdirilməsi gələcəkdə mümkün ola bilərmi? Mektebgushesi.az xəbər […]