Mektebgushesi

“…Azərbaycan dili dövlət dili olsa da hər yerdə işlənmir…”- Tarix 

“Ona görə rus dilini bilməyən azərbaycanlı gənclərin bir çox işlərdə işləməsi mümkün deyil…” “Maraqlıdır ki, əgər Hacı Zeynalov İsmixan Rəhimovla üzləşmədən və İsmixan müəllimin hər şeyi onun gözü qarşısında etiraf etməsindən sonra danışmağa başlamışdısa, Gülhüseyn müəllimdə bu proses fərqli şəkildə baş vermişdir.  Ehtimal edə bilərik ki, dördüncü istintaqdan sonra ona 1930-cu illər repressiyasında tətbiq edilən […]

Məktəbəhazırlıq qruplarının və birinci siniflərin yerdəyişmə prosesinə start verilir

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə noyabrın 25-dən start verilir. Mektebushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, sözügedən tarixdə, saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə […]

14 yaşlı Məktəbli qızla evlənən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən Namiq Rəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəfiyevə şərti cəza verilib. İttihama görə, hadisə 30 yanvar 2024-cü il tarixdə Astara rayonunun kəndlərindən birində qeydə alınıb. Belə […]

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin […]

Azərbaycanda bu universitetin təmirinə 790 min manat sərf olunacaq

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kompleksində təmir işləri həyata keçiriləcək. “Trend”in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqlara başlayıb.

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

Çinin Sichuan Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov çinli nümayəndə heyətinə universitetin strateji hədəflərindən söz açıb. O, qonaqlara UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyi, əcnəbi tələbələrin universitetə cəlb olunması, fənlərin beynəlxalq akkreditasiyası, xarici universitetlərlə əlaqələrin genişləndirilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar və qarşıda […]

Abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?

Abituriyentlərin buraxılış imtahanlarında Azərbaycan dili fənnindən göstərdikləri nəticələrinin ingilis dilinə nisbətdə zəif olması ilə bağlı müəllimlər arasında sosial mediada müzakirələr edilir. Onların bir qismi bunu Azərbaycan dili fənnindən imtahan suallarının çətin olması, uşaqların ana dilini bilməməsi ilə, digər qismi isə ingilis dilində mövzuların daha az və vahid istiqamətdə olması ilə əlaqələndirir. Maraqlıdır, bəs görəsən, abituriyentlərin […]

İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar

Rusiyanın Kazan şəhərində döyülərək həbs edilən iki iranlı tələbə azadlığa buraxılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib. Səfir İranın Kazandakı baş konsulu Davud Mirzəxani ilə gecə yarısına qədər danışıqlarından sonra bildirib ki, tələbələrin gözlərinin ətrafında qançırlar istisna olmaqla, sağlamlıq durumları yaxşıdır. Səfirin […]

Türkiyədə süni intellekt müəllimləri əvəz etdi

Türkiyənin ilk insanabənzər süni intellekt robotu olan “Ada” məktəblilərə dərs deməyə başladı. Qeyd edilib ki, süni intellektin şagirdlərə dərs keçməsi Türkiyədə tarixi hadisədir. Türkiyənin Balıkesir şəhərində tələbələrini universitet imtahanlarına hazırlayan bir təhsil müəssisəsi süni zəka ilə inteqrasiya olunmuş ilk insanabənzər robotla şagirdlərinə dərs keçməyə başlayıb. “Ada” adlı robot dərslərdə köməkçi müəllim kimi tələbələrin suallarını cavablandırıb. […]

ADPU-da narkomaniya ilə mübarizəyə aid görüş  keçirilib – “Sağlam Gənclik, Parlaq Gələcək”

Noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizəyə dair “Sağlam Gənclik, Parlaq Gələcək” mövzusunda onlayn maarifləndirici görüş keçirilib. Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev gənclər arasında müasir dövrün aktual problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə və bu istiqamətdə […]

Dövlət Xidməti tərəfindən növbəti seminar Dövlət Aqrar Universitetinin tələbələri üçün təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) birgə təşkilatçılığı ilə Aqrar iqtisadaiyyat fakültəsinin bir qrup tələbəsi  üçün seminar keçirilib. Seminarda Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu və bu sahədə görülmüş işlər” mövzusunda təqdimatla çıxış […]

Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib  

Noyabrın 22-də AMEA Lənkəran Regional Elmi Mərkəzi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin birgə təşkilatçılığı ilə “Cənub bölgəsi multikultural dəyərlər sistemində” mövzusunda elmi seminar keçirilib. Tədbirdən əvvəl qonaqlar Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Elmi seminarı giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Qaraxan […]

Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb. Mektebgushesi.az-a xəbər verir ki, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-də olacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən […]

Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq – AÇIQLAMA

“Ötən il hansı model tətbiq olunubsa, yenə də həmin model tətbiq olunacaq”. Mektebgushesi.az xəbər verir ki,bunu İTV-ə müsahibəsi zamanı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağı ilə bağlı fikirlərə cavab verərkən deyib. O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini […]

Neft və Sənaye Universitetinin startapları COP29-da təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub. ADNSU-dan  bildirilib ki, akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günündə […]