Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI
Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb. Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib. Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə […]
Ölkəmizdə dayə xidməti necədir? – VIDEO
Son günlər sosial şəbəkələrdə azyaşlıların valideynləri tərəfindən şiddət hallarını əks etdirən paylaşımlar yer alır. Bəzi valideynlər dünyaya gətirdiyi və ya himayəsində olan azyaşlının psixi və fiziki sağlamlığını ikinci plana atırlar. Nəticədə isə həmin uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşması da sual doğurur. Bu kimi hallarda isə köməyə dayələr çata bilər. Onlar günün stressindən, məişət qayğısından və […]
Təhsil işçiləri təltif edilib – FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib. Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, İdarənin müdir müavinləri, məktəb direktorları, direktor müavinləri iştirak ediblər. Tədbir iştirakçılarını […]
Pedaqoji Universitetə yeni mətbuat katibi təyin edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərovun imzaladığı əmrə əsasən Taleh Əlizamin oğlu Mirzəyev universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, T.Mirzəyev 2021-ci ildən ADPU-da çalışır. O, 2021-2024-cü illərdə İctimaiyyətlə əlaqələr və marketinq şöbəsində redaktor vəzifəsinfə fəaliyyət göstərib. 2024-cü ilin avqustundan müvafiq əmrə qədər şöbə müdiri səlahiyyətlərini […]
Füyuzatçılar: Əli bəy Hüseynzadə — 160, yaxud o ömrün içindəki 60
Kitab sərgi-yarmarkaları mütaliəyə marağı artırmaq, kitaba diqqət və qayğıyla yanaşmaq baxımından ən vacib üsul və ən uğurlu addımdır. Bu mənada Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi öz əhəmiyyətliliyi ilə seçilir. Təsadüfi deyil ki, yubiley sərgisi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Bu məqamda tarixi xronometrajı 30 il […]
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
“Azərbaycan-Türkiyə qardaşlığının təməlini təhsil müəssisələrimizlə daha da möhkəmləndirməyi hədəfləmişik”. Mektebgushesi.az xəbər verir ki, bunu oktyabrın 7-si Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri professor doktor Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun ikinci filialının açılışı zamanı çıxışında deyib. “Bu gün başqa bir gündür, biz başqa bir sevinc içindəyik. Bir neçə ildir üzərində çalışdığımız bu müəssisənin açılışında iştirak etməkdən […]
Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub
Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub. Mektebgushesi.az “Nobelprize.org”a istinadən xəbər verir ki, Victor Ambros və Gary Ruvkun sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib. Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki rolunun öyrənilməsinə görə layiq görülüblər. Viktor Ambors 1953-cü ildə Nyu-Hempşir ştatının Hannover şəhərində anadan olub. MikroRNT-i […]
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
Abşeronda həyat yoldaşı ilə qızını qətlə yetirməkdə təqsirləndirilən Qobu qəsəbə sakini Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mektebgushesi.az-ın məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilənə hökm oxunaraq ömürlük azadlıqdan məhrum edilib. Qeyd edək ki, dəhşətli hadisə 2023-cü ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində baş […]
“Mərkəzi Arandan Qarabağa: Gənc Müəllim Aytac Cavadovanın Uğur Hekayəsi və Təhsil Missiyası”
Azərbaycan müəllimi qəzeti üçün müsahibə: Sual: Aytac xanım, ilk növbədə sizi Böyük mütəxəssis vəzifəsinə təyin edilməyiniz münasibətilə təbrik edirik! Bu uğurunuz sizin üçün hansı mənanı ifadə edir? Aytac Cavadova: Çox sağ olun! Bu vəzifəyə təyin olunmaq mənim üçün böyük məsuliyyət və eyni zamanda yeni imkanlar deməkdir. Mən öz sahəmdə biliklərimi genişləndirmək və təhsil sahəsinə daha […]
ADPU-da təhsil almaq üçün 42 əcnəbi müraciət edib
2024/2025-ci tədris ilində ADPU-da təhsil almaq üçün 42 nəfər əcnəbi vətəndaş müraciət edib. Bu haqda Pedaqoji Universitetin Elmi Şurasının yeni tədris ili üçün ilk iclasında məlumat verilib.
Tələbə memarlar Bakının urbanistik dizaynı üzrə vörkşopu tamamlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMiU) Memarlıq fakültəsinin iştirakı ilə “Şəhər analizi təsviri” mövzusuna həsr olunan onlayn vörkşop yekunlaşıb. Memarlıq fakültəsi ilə Yuta Dövlət Universitetinin Landşaft Memarlığı və İqtisadi Planlaşdırma Departamenti arasında uğurla həyata keçirilən vörkşopun bir mövzusu Bakı şəhərinin urbanistik dizaynının araşdırılmasına həsr olunub. Bu mərhələdə Yuta Dövlət Universitetinin nümayəndələri AzMİU-nun gənc memarları ilə […]
Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək” adlı seminar keçirilib
Seminarın moderatoru, Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və İnnovasiyalar şöbəsinin müdiri narkotik maddələrin insan sağlamlığına və mənəviyyatına vurduğu zərərlər, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün hüquqi tədbirlərin və vətəndaşların rolu, eləcə də narkotik asılılıqdan çıxış yolları haqqında danışıb, cəmiyyətin bu bəla ilə mübarizədə birgə səylərinin vacibliyini vurğulayıb. Sonra məruzələr dinlənilib MDU-nun hüquq üzrə fəlsəfə […]
Mingəçevir Dövlət Universitetində (MDU) ətraf mühitin mühafizəsi günü qeyd edilib
Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və universitetin “Bir Könüllülər” adlı gənc komandası ətraf mühitin mühafizəsi günü münasibətilə Mingəçevir su anbarında yerləşən çimərliyə ekskursiya təşkil edib. Bu ekskursiyanın əsas məqsədi təbiətin qorunması və ekologiya problemlərinə dair atılan addımlara diqqət çəkmək idi. Ekskursiya çərçivəsində universitetin gənc könüllüləri təbiətə atılan plastik tullantıları və […]
Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir missiyadır
Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir missiyadır. Hər bir şagirdimin uğuru mənim üçün ən böyük mükafatdır. Təhsilli bir gələcək isə sağlam və güclü bir cəmiyyət deməkdir. Mən, Elçin İsgəndərov, bir müəllim olaraq, əldə etdiyim yüksək və uğurlu nəticələrə baxmayaraq, hər zaman ucqar kənd məktəblərində qalıb çalışmağı özümə borc bilmişəm. Şəhər məktəblərində şagirdlərin nəticələri yüksək […]
bp məktəblilər üçün yeni onlayn bilik mənbəyi təqdim edib
bp Azərbaycanda orta məktəb şagirdləri üçün yeni onlayn təhsil məzmunu və öyrənmə imkanları təklif edən sosial investisiya layihəsini uğurla başa çatdırıb. Şagirdlərin riyaziyyat fənni üzrə fəallığını və motivasiyasını artırmağı hədəfləyən bu təşəbbüsün məqsədi məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan, əlilliyi olan, xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin etməkdir. Layihə çərçivəsində […]