Mektebgushesi

BMU tələbəsi: “Şadam ki, COP29-un bir parçası da biz könüllülər olduq”

  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) ölkəmizin çox sayda gənci könüllü olaraq iştirak etdi. Onların arasında Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də var idi. BMU-nun “Kimya-biologiya müəllimliyi” ixtisasının 4-cü kurs tələbəsi Günel Məmmədli artıq başa çatan beynəlxalq tədbirlə bağlı təəssüratlarını bizimlə bölüşüb. O bildirib ki, “Protokol Könüllüləri”nə […]

Məktəbəqədər təhsillə bağlı müzakirələr aparılıb

  Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) məktəbəqədər təhsil müəssisələrinin koordinatorları ilə görüş keçirilib. Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Əsaslı Tikinti və Təchizat İdarəsinin məktəbəqədər təhsil müəssisələrində apardığı monitorinqlərin nəticələri,  idarəetmədə səmərəliliyin artırılması, təlim-tərbiyə prosesinin təşkili, qida təhlükəsizliyi və digər vacib məsələlərdən […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmi saytı istifadəyə verilib. Mektebgushesi.az xəbər verir ki, saytda elmi-tədqiqat, ali və orta ixtisas təhsili ilə bağlı məlumatlar, beynəlxalq layihələr və təhsil imkanlarına dair faydalı resurslar, normativ sənədlər və Agentliyin fəaliyyət istiqamətlərinə aid digər mövzular yer alır. Sayt ilkin mərhələdə Azərbaycan dilində istifadəyə verilib və tezliklə ingilis və rus […]

Azərbaycanlı alim beynəlxalq konqresdə informasiya məkanında türk xalqlarının birliyindən danışıb

  AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Türkiyənin Antalya şəhərində Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş Türk Dünyasının V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresində iştirak edib. İnstitutdan bildirilib ki, azərbaycanlı alim konqresdə “Türk dünyası yeni geosiyasi konyunkturada” adlı məruzə ilə çıxış edib. Professor məruzəsində qeyd edib ki, informasiya […]

Pakistan nümayəndə heyəti BDU-da olub

  Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetinin qonağı olublar. Universitetdən bildirilib ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Rektor bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük universitetidir. BDU-nun 16 […]

Azərbaycan Universitetində Sent-Luis Vaşinqton Universitetinin nümayəndələri ilə görüş olub

Azərbaycan Universitetində ABŞ-ın Sent-Luis Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru professor Maykl Şerraden və mərkəzin əməkdaşı Aytəkin Hüseynli ilə görüş olub. Azərbaycan Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Səadət Əliyeva Sent-Luis Vaşinqton Universiteti ilə qurulmuş əlaqələrdən məmnun olduğunu bildirib və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bu əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu vurğulayıb. […]

Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb

Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb. Mektebgushesi.az xəbər verir ki, altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər noyabrın 23-dən, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-dən başlayıb. Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin […]

Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

Kəlbəcərin işğaldan azad edilməsindən 4 il ötür. Mektebgushesi.az -ın məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də […]

Deputat: Bu gün tarixi günlərdən daha birini yaşayırıq!

Kəlbəcərin azadlığa qovuşmasından dörd il ötür. Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir. Bu gün Kəlbəcər də qələbənin qızılı rənglərinə boyanıb bayram edir! Bu münasibətlə bütün Kəlbəcərliləri, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik! Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri […]

NASA-nın azərbaycanlı alimi: “Fəaliyyətim başa çatdıqdan sonra geri dönməyi düşünürəm”

Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb. 2005-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geofizika ixtisasına qəbul olub. Bakalavr pilləsində təhsil aldığı dövrdən Geologiya və Geofizika İnstitutunda böyük laborant olaraq fəaliyyətə başlayıb. 2011-ci ildə BDU-nun Seysmologiya və seysmometriya ixtisaslaşması üzrə magistr adını qazanıb. Magistraturanın sonuncu tədris ilində DAAD mübadilə […]

Uşaq bağçaları özəlləşdiriləcək?

Uşaq bağçalarının saxlanması olduqca böyük vəsait tələb edir. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, uşaq bağçaları əsas şəhərlərdə, şəhər mərkəzlərində təmin olunacaq: “Təhsil konsepsiyasında uşaq bağçaları erkən təhsildə məktəbə hazırlıq kimi […]

“…Azərbaycan dili dövlət dili olsa da hər yerdə işlənmir…”- Tarix 

“Ona görə rus dilini bilməyən azərbaycanlı gənclərin bir çox işlərdə işləməsi mümkün deyil…” “Maraqlıdır ki, əgər Hacı Zeynalov İsmixan Rəhimovla üzləşmədən və İsmixan müəllimin hər şeyi onun gözü qarşısında etiraf etməsindən sonra danışmağa başlamışdısa, Gülhüseyn müəllimdə bu proses fərqli şəkildə baş vermişdir.  Ehtimal edə bilərik ki, dördüncü istintaqdan sonra ona 1930-cu illər repressiyasında tətbiq edilən […]

Məktəbəhazırlıq qruplarının və birinci siniflərin yerdəyişmə prosesinə start verilir

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə noyabrın 25-dən start verilir. Mektebushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, sözügedən tarixdə, saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə […]

14 yaşlı Məktəbli qızla evlənən şəxsin məhkəmə istintaqı yekunlaşıb

Astara Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmada təqsirləndirilən Namiq Rəfiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Rəfiyevə şərti cəza verilib. İttihama görə, hadisə 30 yanvar 2024-cü il tarixdə Astara rayonunun kəndlərindən birində qeydə alınıb. Belə […]

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin […]