Mektebgushesi

Ötən ay xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb

Sentyabr ayı üzrə 787 müraciətçinin 554-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 233 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 209, təhsil forması səbəbilə 8, ekvivalenti olmayan ixtisas […]

Biləsuvar və İmişlidə bu ildən etibarən inklüziv siniflər fəaliyyət göstərməyə başlayıb 

Biləsuvar və İmişli rayonlarında bu ildən etibarən inklüziv siniflər fəaliyyət göstərməyə başlayıb. “Report”un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbində, həmçinin İmişli şəhər 7 nömrəli tam orta məktəbində və Muradxanlı kənd tam orta məktəbində bu tədris ilindən inklüziv siniflər fəaliyyət göstərir. Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və […]

Rusiyada 13 yaşlı məktəbli qız iki azyaşlı bacısını vəhşicəsinə öldürdü

Rusiyanın Tolyatti şəhərində iki azyaşlı qız vəhşicəsinə öldürülüb. Cinayəti törətməkdə onların 13 yaşlı ögey bacısı şübhəli bilinir. Mektebgushesi.az xəbər verir ki,  bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib. Qeyd olunur ki, yaşayış binasının mənzillərindən birində eyvanda çoxsaylı bıçaq xəsarətləri olan iki və beş yaşlı qızların meyitləri tapılıb. Bıçaqlanaraq öldürülən qızların cəsədlərini 10 yaşlı başqa bir […]

Yoluxucu xəstəliklər “xasiyyətlərini” dəyişir: Yeni ərazilər təhlükə altında

Yoluxucu xəstəliklər onlar üçün xarakterik olmayan ərazilərdə yayılmağa başlayır. Mektebgushesi.az -ın vesti.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə “Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbərdarlıq edib. Onun sözlərinə görə, bu, təbii, sosial və texnogen amillərin təsiri, həmçinin parazitar sistemlərə antropogen təsir nəticəsində baş verir. “Bir çox […]

“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq

Azərbaycan cari ildən “Məktəblər üçün PISA” tədqiqatına qoşulur. Tədqiqat 15 oktyabr – 7 noyabr 2024-cü il tarixlərində kompüterəsaslı keçiriləcək. Sözügedən tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunur. PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsil müəssisələri […]

Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı birgə görüş keçirib

Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaq müdafiə sistemində ictimai birlik və təşkilatların iştirakçılığının artırılmasıdır. Görüşdə Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm […]

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

  Dövlət İmtahan Mərkəzi  Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2024-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Mektebgushesi.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 309 nəfər qeydiyyatdan keçib. İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə […]

Təhsilin İnkişafı Forumu başa çatıb – FOTO

Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib. Mektebgushesi.az xəbər verir ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum […]

Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

  2024-cü il üzrə Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Nobel Komitəsi oktyabrın 8-də ABŞ-ın Prinston Universitetindən Con Hopfild və Kanadanın Toronto Universitetindən Ceofrey Hintonun 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənməsinə imkan verən kəşflər və […]

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

  Qarabağ Universiteti tələbələri üçün azı bir il bakalavriat səviyyəsində təcrübə proqramının keçirilməsi planlaşdırılır. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumunda deyib. “Bununla bağlı müəllimlərə təklif etmək olar. Proqramın böyük bir hissəsinin praktikadan ibarət olmasını istəyirik. İnanıram ki, bu proqram gələcəkdə özünü doğruldacaq”, – […]

BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”

  Bakı Dövlət Universiteti (BDU) 105 illik yubileyinə həsr olunmuş “105 yaşlı elm və təhsil məbədi” mövzusunda tələbələr arasında esse müsabiqəsi elan edir. Universitetdən bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır. Esselər müəllifin tələbə biletinin surəti ilə […]

ADPU-nun Şəki filialında TGT-nin hesabat-seçki yığıncağı keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda Şəki şəhər Gənclər və İdman İdarəsinin baş mütəxəssisi Səbahət Bağırova, filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, müəllim və tələbələr iştirak ediblər. Filialın TGT-sinin ötən tədris ili ərzində fəaliyyəti haqqında təşkilatın sədr […]

Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır

  Oktyabrın 15-dən Azərbaycanda tələbələrə “Vahid tələbə kartı”nın verilməsinə başlanılır. “Tələbə Plus” kartının ilkin mərhələdə 170 min nəfər – əsasən elm və təhsil nazirliyinə tabe olan müəssisələrin tələbələri üçün nəzərdə tutulub. Növbəti mərhələlərdə isə digər bütün ali təhsil müəssisələrinin tələbələri üçün olacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov jurnalistlərə […]

Mingəçevir Dövlət Universitetində “Narkomaniyaya yox deyək” adlı seminar keçirilib

  Seminarın moderatoru, Mingəçevir Dövlət Universitetinin (MDU)  Elm və İnnovasiyalar şöbəsinin müdiri narkotik maddələrin insan sağlamlığına və mənəviyyatına vurduğu zərərlər, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün hüquqi tədbirlərin və vətəndaşların rolu, eləcə də narkotik asılılıqdan çıxış yolları haqqında danışıb, cəmiyyətin bu bəla ilə mübarizədə birgə səylərinin vacibliyini vurğulayıb. Sonra məruzələr dinlənilib MDU-nun hüquq üzrə […]

Ucqar kənd məktəbinin müəllimi: Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir missiyadır

Müəllimlik mənim üçün sadəcə peşə deyil, bir missiyadır. Hər bir şagirdimin uğuru mənim üçün ən böyük mükafatdır. Təhsilli bir gələcək isə sağlam və güclü bir cəmiyyət deməkdir. Mən, Elçin İsgəndərov, bir müəllim olaraq, əldə etdiyim yüksək və uğurlu nəticələrə baxmayaraq, hər zaman ucqar kənd məktəblərində qalıb çalışmağı özümə borc bilmişəm. Şəhər məktəblərində şagirdlərin nəticələri yüksək […]