Oxuyub və dinləyib-anlama niyə təhsilin problemi olaraq qalır
Mütəxəsislər oxuyub və dinləyib anlamada müşahidə olunan problemləri araşdırarkən yalnız qarşı tərəfin səhvlərinə baxmırlar, öncə mətnin və nitqin strukturunun düzgünlüyünü yoxlayırlar. Doğrudur, biz təhsilalanları, eləcə də bu istiqamətdə ehtiyacı olan hər kəsi oxuyub-anlamanın təməl bilgiləri ilə tanış etməliyik, amma bununla yanaşı, təqdim etdiyimiz mətnlərin, şifahi təqdimatların, çıxışların də məzmununa, strukturuna nəzər salmalıyıq. Həyatımızda bir […]
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
Məktəbəqədər təhsil müəssisələrinə (Bağçalara) müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başlayır. Mektebgushesi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək. Qeyd edilib ki, Müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 […]
Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Politologiya və sosiologiya kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Fazil Vahidov vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Bildirilib ki, o, 83 yaşında dünyasını dəyişib. Qeyd edək ki, F. Vahidov 1941-ci ilin martında Ağsu rayonunun Nuran kəndində anadan olub. 1958-ci ildə Ağsu qəsəbə orta məktəbini bitirib. 1958-1963-cü illərdə […]
“Soft Computing” jurnalı azərbaycanlı alimin elmi ekspertiza fəaliyyətini yüksək qiymətləndirib
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Springer Nature” akademik nəşriyyatının “Soft Computing” jurnalının redaksiyasına daxil olmuş son 3 məqaləyə rəy verdiyinə görə rəyçi sertifikatı təqdim olunub. İnstitutdan bildirilib ki, “Web of Science” elmi bazasına daxil olan jurnal təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar […]
“Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi nəşr olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb. İnstitutdan bildirilib ki, jurnalın akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş rubrikasında akademik Gövhər Baxşəliyevanın “Zaman anlamının fövqündə duran böyük alim” və özbəkistanlı professor Həmidulla Boltaboyevin “Mərkəzi Asiyanın mədəniyyət tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında” adlı məqalələri, […]
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı
Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul elan edilir. Bu barədə Təhsilin İnkişafı Fondundan məlumat verilib. Bildirilib ki, proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kurs tələbələri müraciət edə bilərlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüd qazanmaq imkanı əldə edəcəklər. Təqaüd proqramında […]
Nazir müavini: Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq mövcuddur
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Mektebgushesi.az xəbər verir ki, rektor Vilayət Vəliyev əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadr hazırlığı istiqamətində AzTU-da müasir tədris və təhsilin təşkili ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini Hidayət Əzimov müdafiə sənayesi sahəsində ixtisaslı kadr hazırlığı, mütəxəssislərin […]
LDU kollektivi “Tanrı quşu gəlmədi” tamaşasını izləyib
Lənkəran Dövlət Universitetinin (LDU) kollektivinin Lənkəran Dövlət Dram Teatrının səhnəsində izlədiyi yeni tamaşa belə adlanır. Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji dram janrında olan tamaşa günah, qisas və yalan haqqındadır, xeyirlə şərin mübarizəsini əks etdirir. Tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, artistlərdən Qızılgül […]
Gənc müəllimlərin COP 29-un qarşıya qoyduğu vəzifələrlə bağlı toplantısı keçirilib
ADPU-nun Quba filialının Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində filialın gənc müəllimləri üçün “COP29-un qarşıya qoyduğu vəzifələr Quba filialının gənc müəllimləri üçün prioritetdir” mövzusunda toplantı keçirilib. Giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam […]
ADPU-nun Quba filialında “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə karyerasını pedaqoji sahədə qurmaq istəyən gənclər üçün “Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar” mövzusunda panel müzakirə aparılıb. ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev çıxış edərək qeyd edib ki, “CareerLAB” şəbəkəsi […]
ADNSU-nun rektor əvəzi Misirdə beynəlxalq konfransda iştirak edib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov noyabrın 23-24-də Misirin Delta Elm və Texnologiya Universitetində keçirilən II Beynəlxalq Mühəndislik Tədqiqat və İnnovasiya Konfransında (DU-IECRI 2024) iştirak edib. Konfrans davamlı inkişaf strategiyası və Misir 2030 Vizyonu çərçivəsində mühəndislik sahəsində aparıcı tədqiqat və innovasiyaların təqdimatına həsr olunub. Tədbir akademik dairələri, […]
ADPU rektoru Azərbaycanlı Elm Adamları Dərnəyinin İstanbul görüşündə iştirak edib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə İstanbul şəhərində Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk iclası keçirilib. İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanlı Elm Adamları Dərnəyinin sədri, Türkiyənin Bilkent Universitetinin professoru Əmirulla Məmmədov, Türkiyə parlamentinin müşahidə missiyasının […]
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2024-cü il Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adı dəyişdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb. Sərəncamdan irəli gələn məsələləri həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
UNEC təhsil ixracını genişləndirir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Yunanıstanın Patras Universitetində (UPATRAS) olub. Patras Universitetinin rektoru prof. Kristos Bouras ilə görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələrin sonunda QS beynəlxalq reytinqində Yunanıstanın 3-cü, dünyanın 761-770-ci ən yaxşı universiteti olan və 30 minə yaxın tələbənin təhsil aldığı Patras Universiteti ilə UNEC arasında […]
BMU tələbələri Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edirlər
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəblər arasında keçirilən III Beynəlxalq Kimya Olimpiadasında iştirak edirlər. Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadaya 11 ölkədən 24 universitet və 211 tələbə qatılıb. BMU tələbələri (Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov) universitetin professor Namiq Şıxaliyevin rəhbərliyilə Azərbaycanı bu olimpiadada yeganə təmsil edən […]