Mektebgushesi

Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib

  Dekabrın 21-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), AzEdu Azərbaycan Təhsil Portalının birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Naxçıvan şəhərində “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəyə” adlı konfrans keçirilib. Mektebgushesi.az xəbər verir ki, Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Gimnaziyada təşkil edilən konfransın məqsədi təcrübə və yenilik arasındakı tarazlığı təşviq etməkdir. Bu gün gənclərin təcrübəli […]

Oksford Universiteti qəbul tələblərini azaldır

Britaniyanın Oksford Universiteti qəbul tələblərini azaldır. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Times” qəzeti məlumat yayıb. “Oksford müəllimləri universitetin reputasiyasının zədələnə biləcəyindən qorxurlar. Çünki normal qəbul meyarlarına cavab verməyən tələbələr qəbul üçün ayrılan təxminən 10 yerdən birini tuta bilərlər”, – nəşrin materialında deyilir. Universitet əməkdaşlarından biri bəyan edib ki, yeni proqramla qəbul olunan tələbələri şəxsən tanıyır […]

Bağça müdiri vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilib

Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunur. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Müsabiqənin test imtahanı mərhələsinə 480 namizəd dəvət edilib. Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə […]

“Qardaşlaşmış Qarabağ məktəbləri” V Qış Düşərgəsinə start verilib

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib. Mektebgushesi.az xəbər verir ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev […]

AzMİU-da Məzun Assosiasiyası yaradıldı: 50 illik yubiley ərəfəsində tarixi görüş keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində məzunlarla keçirilən görüş universitetin tarixində əlamətdar hadisə ilə yadda qalıb – Məzun Assosiasiyasının yaradılması qərara alınıb. Universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirak etdiyi görüşdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yer alıb. Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, […]

Bu gün gömrük orqanlarına qəbul üzrə test imtahanı keçiriləcək

  21 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər üçün imtahan keçirəcək. DİM-dən  bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və 628 nəfər müraciət edib. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər. İmtahana gələrkən namizədlər […]

Şagirdin ağzını bağladığı deyilən müəllim açıqlama verib

  Bakının Nərimanov rayonunun 178 nömrəli tam orta məktəbin 3 A sinfinin şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının bağlanıldığı iddiası ilə bəzi mətbu orqanlara açıqlama veriblər. Onlar iddia ediblər ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub. Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Xatirə Hüseynova isə […]

Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib

Dekabrın 20-də Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrində çalışan gənc tərbiyəçi-müəllimlərin iştirakı ilə Təhsil Forumu keçirilib. Forumda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər. Agentliyin direktoru Eşqi Bağırov çıxışında məktəbəqədər təhsil […]

Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib

Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev Tərtər şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, daimiləşmə, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. […]

Bakıda bağça müdiri işdən QOVULDU

Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar tapılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində sözügedən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində agentliyin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işindən azad edilib.

Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da olub

Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.Rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu ADNSU-da olmaqdan məmnunluğunu bildirib. Bir neçə gün öncə Türkiyədə – Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıqmemorandumundan söz açan rektor, […]

Agentlik direktoru: İmtahanla 100-ə yaxın bağçaya müdir təyin edilib

“İki ildir ki, bağça müdiri vəzifəsində işləmək arzusunda olan şəxslər üçün imtahan təşkil edilir.  Artıq 100-ə yaxın təyinatımız olub və növbəti imtahanın keçirilməsi ərəfəsindəyik”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. Onun sözlərinə görə, əsas vəzifələrindən biri təhsilverənlərin peşəkar inkişafı ilə bağlıdır: […]

Məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək

  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan diyarının görkəmli oğlu, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadası  keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri […]

Eşqi Bağırov: Məktəbəqədər təhsilə cəlb olunanların sayı arzu etdiyimiz səviyyədə deyil

“Məktəbəqədər təhsil deyəndə biz, ilk növbədə, bu təhsil səviyyəsinin ölkə üzrə əhatəliliyindən danışmalıyıq”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. O bildirib ki, məktəbəqədər yaşlı uşaqların yalnız 30 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub. “Təbii ki, […]

AzMİU və Qarabağ Universitetinin tələbələri arasında “Eko-Debat” keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qarabağ Universitetinin tələbələrinin iştirakı ilə “Dostluq çərçivəsində ingilis dilində universitetlərarası Eko-Debat” təşkil olunub. Tədbir AzMİU Əcnəbi dillər kafedrasının ingilis dili müəllimi Leyla Cumayevanın təşəbbüsü və ideya müəllifliyi, kafedranın müdiri Aygün Məmmədova və Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müdiri Ramil Hacıyevin dəstəyi ilə onlayn formatda təşkil olunub. Debatın […]