Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib. Mektebgushesi.az xəbər verir ki, ölkə prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sənəddə deyilir: “Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin”.
BDU və Çin universitetləri magistratura üzrə ikili diplom proqramı imzalayacaq
Bakı Dövlət Universiteti (BDU) və Çinin Anhui Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib. BDU-dan Mektebgushesi.az-a verilən məlumata görə, görüşdə hər iki universitet arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. BDU-nun Fizika fakültəsi ilə Anhui Universitetinin Materiallar elmi və mühəndisliyi fakültəsi arasında ikili diplom proqramı üzrə ixtisaslaşma istiqamətləri, tədris proqramlarının uyğunlaşdırılması və tələbə mübadiləsi mexanizmləri ilə bağlı ətraflı […]
2024-2025-ci tədris ili üzrə RFO-nun proqramı açıqlanıb
2024-2025-ci tədris ili üzrə respublika fənn olimpiadalarının (RFO) fənlərə uyğun proqramı açıqlanıb. Bu barədə Mektebgushesi.az-a ARTİ-dən məlumat verilib. Daha ətraflı məlumat üçün müvafiq keçidə daxil ola bilərsiniz: Azərbaycan dili və ədəbiyyat Riyaziyyat Fizika Kimya İnformatika Tarix Coğrafiya Biologiya
Ali təhsildə yeni məzmunlu proqram necə formalaşacaq? – Mühüm AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 noyabr 2024-cü ildə “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncam imzalayıb. Bu sərəncam nəyi hədəfləyir? Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov Bizim.Media-ya açıqlamasında bildirib ki, Prezidentin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda […]
Nazir1500 məktəbin bağlanması ilə bağlı məsələyə aydınlıq gətirib
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib. Mektebgushesi.az xəbər verir ki, nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib: “Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq […]
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “Hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “Hədis” yarışması keçirilib. Yarışmanın münsiflər heyətində İnstitutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov, İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar. Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayıb, tələbələrin dini, dünyəvi biliklərə yiyələnməsi istiqamətində Aİİ-nin müsbət fəaliyyətini vurğulayıb. İnstitut rəhbəri bildirib […]
BMU və Əlcəzair universiteti arasında memorandum imzalanıb
Bakı Mühəndislik Universiteti (BMU) ilə Əlcəzair Respublikasının Relizane Universiteti arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. BMU-nun rektoru Yaqub Piriyev və Relizane Universitetinin rektoru Ahmed Bahri tərəfindən imzalanan sənəd tədris və elmi-tədqiqat fəaliyyətinə marağın artırılması, birgə elmi-tədqiqatlar üçün təkliflər hazırlanması, təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə olunması […]
İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi – YENİ TƏYİNAT
Prezident İlham Əliyev Siyavuş Əşrəf oğlu Kəriminin Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
UNEC-də yeni tədqiqat mərkəzi yaradılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin neft sənayesinin inkişafına töhfə vermək məqsədilə yeni tədqiqat mərkəzi yaradılıb. UNEC-dən bildirilib ki, “Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa Qənaət Edən Texnologiyalar” adlanan yeni mərkəzin yaradılmasının əsas məqsədi ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan neft sənayesi üçün innovativ elmi-texniki həllər hazırlamaq və bu sahənin qarşılaşdığı çağırışlara elmi yanaşmalar təqdim […]
Misir-Azərbaycan Dostluq Cəmiyyətində tələbələrə diplomlar təqdim edilib
Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan tələbələrə diplomların təqdim edilməsi mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan tələbələrə 142 diplom və sertifikat təqdim olunub. Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın Misir və digər ərəb ölkələri ilə əlaqələrinin tarixindən və bugünkü yüksək səviyyəsindən […]
Dövlət qulluğu üzrə 76 vakant vəzifə müsahibəyə çıxarılıb
Elan üzrə 40 dövlət orqanında mövcud olan 76 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. DİM-dən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 127 namizədlə 131 müsahibənin keçirilməsi planlaşdırılır. Müsahibələrin 29 noyabr 2024-cü il – 25 dekabr 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə […]
BANM tələbələrı Finlandiyada keçirilən yarışda qalib olub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Evergreen” komandası Finlandiyada keçirilən “Junction 2024” hakatonunda qalib gəlib. Nəticədə tələbələrimiz sayəsində ölkəmiz Finlandiyada ilk dəfə təmsil olunduğu yarışda tarix yazıb. Bu barədə universitetdən məlumat verilib. Komanda üzvləri İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Vüqar Abdullayev və İsmayıl Məmmədzadə, eləcə də İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Gültac Seyiddir. […]
ADNSU-nun rektor əvəzi Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru ilə görüşüb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov Qazaxıstana səfəri çərçivəsində Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru professor Meyram Beqentayev ilə görüşüb. Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunub. İki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq müqaviləsindən irəli gələrək […]
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Kəlağayı Festivalı keçirilib
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən III Kəlağayı Festivalı keçirilib. Fevtivalın keçirilməsində əsas məqsəd maddi-mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir. Festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya (“Müasir geyim obrazında […]
Oxuyub və dinləyib-anlama niyə təhsilin problemi olaraq qalır
Mütəxəsislər oxuyub və dinləyib anlamada müşahidə olunan problemləri araşdırarkən yalnız qarşı tərəfin səhvlərinə baxmırlar, öncə mətnin və nitqin strukturunun düzgünlüyünü yoxlayırlar. Doğrudur, biz təhsilalanları, eləcə də bu istiqamətdə ehtiyacı olan hər kəsi oxuyub-anlamanın təməl bilgiləri ilə tanış etməliyik, amma bununla yanaşı, təqdim etdiyimiz mətnlərin, şifahi təqdimatların, çıxışların də məzmununa, strukturuna nəzər salmalıyıq. Həyatımızda bir […]