“Coursera” şirkəti Azərbaycan universitetləri ilə əməkdaşlıq edəcək
ABŞ-nin “Coursera” şirkətinin “Coursera for Campus” proqramı ilə bağlı məlumat sessiyası keçirilib. Təhsilin İnkişafı Fondundan bildirilib ki, proqram çərçivəsində “Coursera”nın yerli universitetlərlə tələbələrin rəqəmsal bacarıqlarının inkişafı, məşğulluğunun artırılması və digər sahələr üzrə əməkdaşlıq imkanları təqdim olunub. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin […]
Respublika Elmi-Texniki Kitabxanası 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası X Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib. Agentlikdən bildirilib ki, sərgidə Respublika Elmi-Texniki Kitabxanasının “Nadir fond”unda saxlanılan bir sıra kitablardan ibarət ekspozisiya yaradılıb. Ekspozisiyada üç əsrin kitabları xüsusi qorunma altında sərgilənib. Burada iştirakçılara “Heydər Əliyev 100”,“Memarlıq tarixi”, “Memarlıq sənəti” ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitab […]
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” beynəlxalq elmi-texniki jurnalının növbəti nömrəsi (Cild 16. № 3) çapdan çıxıb. Baş redaktoru akademik Arif Paşayev olan bu jurnal müxtəlif aktual problemləri qabartmaqla elmi mühəndis düşüncəsinin mənbəyini göstərir. Azərbaycan, ingilis və rus dillərində nəşr edilən jurnalın bu nömrəsində oxucular “Aviasiya”, “Mexanika və maşınqayırma”, “Neft və qaz”, “İnformasiya texnologiyaları”, “Geologiya” və “Ekologiya” […]
ADPU tələbələri “Zaman Art Gallery”də ekskursiyada olublar
Oktyabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən “CreArt” mədəniyyət klubunun təşkilatçılığı ilə “Zaman Art Gallery”ə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr müasir dövrün ən vacib çağırışlarından biri olan ekologiyaya həsr olunmuş, COP29 Tərəflər Konfransına dəstək məqsədi ilə təşkil edilən “Təbiətlə harmoniya” adlı qrup sərgisini ziyarət edərək əsərlərlə yaxından […]
UNEC-də şəhid Teymur Məcidzadəyə həsr olunan “Şuşada bitən yuxu” kitabının təqdimatı keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Teymur Məcidzadənin doğum günü münasibətilə şəhidə həsr olunmuş “Şuşada bitən yuxu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov və universitet kollektivi ilə yanaşı, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, millət vəkilləri, şəhidin ailə üzvləri, yaxınları və digər qonaqlar iştirak ediblər. Təqdimatdan öncə iştirakçılar UNEC-in şəhid […]
“Dentons Global Advisors” şirkətinin nümayəndələri ADPU-da olublar
Oktyabr 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Dentons Global Advisors” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Xarici Dillər Mərkəzinin baş müəllimləri Yasəmən Babayeva və Aytən İbrahimova, eləcə də “Dentons Global Advisors” şirkətinin Təhsil və İşçi Qüvvəsi təcrübəsinin rəhbəri […]
BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminarı keçirilib. Universitetdən verilən məlumata görə, kafedra müdiri dosent Xatirə Hüseynova bildirib ki, Anzulə Cəfərova “ABŞ institutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramında iştirak edib. Elmi seminarın mövzusu Arizona Dövlət Universitetində jurnalistika […]
“Mütaliə edən gənclər daha perspektivli olur”- Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə
“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 161 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə olub. Qonaq məktəb xatirələrindən, müəllimlərinin həyatındakı rolundan, məktəb və müəllim nüfuzunun qorunmasının vacibliyindən danışıb, nəsillərdən-nəsillərə ötürülən dəyərlərdən, incəsənətin bəşəriyyətin inkişafına təsirlərindən, sənətinin fərqli özəlliklərindən söz açıb. […]
Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunub
Qazaxıstanın paytaxtı Astanada VIII Mərkəzi Asiya Beynəlxalq Təhsil Keyfiyyətinin Təminatı Forumu keçirilib. Azərbaycandan Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Dövlət İmtahan Mərkəzi və bir sıra universitetlərin nümayəndələrinin qatıldığı forumda Bakı Mühəndislik Universitetini (BMU) Strategiya və Keyfiyyət İdarəetmə Mərkəzinin direktoru Sevil İmanova təmsil edib. BMU-dan bildirilib ki, Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Assosiasiyasının prezidenti Duqlas Bləkstok, Avropa Keyfiyyət […]
Görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunan kitab sərgisi təqdim edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Aida İmanquliyeva – 85” adlı kitab sərgisi istifadəçilərə təqdim edilib. Kitabxanadan bildirilib ki, sərgi görkəmli şərqşünas-alim Aida İmanquliyevanın anadan olmasının 85 illiyi münasibətilə təşkil edilib. MEK-in direktoru Hüseyn Hüseynov, alimlər, ictimaiyyət nümayəndələri, kitabxana oxucuları ilk qadın azərbaycanlı ərəbşünas-alim, elmlər doktoru, professor Aida xanım İmanquliyevanın zəngin elmi yaradıcılığını, […]
ADPU-nun prorektoru Helsinki şəhərində işgüzar səfərdə olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva ötən ay Finlandiyanın Helsinki şəhərində keçirilən “Regional həmkarlarla tədris mükəmməlliyi üzrə öyrənmə seminarı – Təhsilverənlərin təkmilləşdirilməsi” adlı seminarda iştirak edib. Tədbir Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyi, Estoniyanın Təhsil və Tədqiqat Nazirliyi və Avropa Təlim Fondu (ATF) tərəfindən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində birgə təşkil […]
Bakının məşhur məktəbinə direktor təyin edildi
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib. Bu vəzifəyə Aygün Mikayılova gətirilib. Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb. Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir. Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb. Xatırladaq ki, […]
Şuşa, Xankəndi və Xocalı məktəblərində tədris prosesi ilə bağlı fikir mübadiləsi aparılıb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Şuşa şəhəri 1 nömrəli, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli və Xocalı şəhəri 1 nömrəli tam orta məktəblərə baş çəkib. Nazirlikdən bildirilib ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil ocaqlarında yaradılmış şəraitlə tanış olmaq, məktəb kollektivi ilə görüş keçirmək olub. Nazir müavini sözügedən məktəblərdə […]
Füzuli yaradıcılığının məktəblərdə tədrisinə dair yeni kitab nəşr olunub
Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının qərarı ilə “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” adlı dərs vəsaiti nəşr olunub. Yeni nəşrdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının məktəblərdə tədrisinin […]
Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib. İnstitutdan bildirilib ki, görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev rəhbəri olduğu elmi müəssisədə İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və gənclərin elmə cəlb edilməsinin prioritet istiqamətlərdən biri olduğunu söyləyib. “İnformasiya Texnologiyaları İnstitutunda gəncləri […]