Ağsuda 15 yaşlı məktəblini ilan sancıb
Ağsu rayonunun Sarvan kənd sakini 15 yaşlı Elgün Niftalıyevi ilan sancıb. Mektebgushesi.az xəbər verir ki, hadisədən sonra yeniyetmə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən ilan sancan şəxsə ilkin tibbi yardım göstərilərək, zəhərə qarşı zərdab vurulub. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
“Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusu ilə start götürüb
Azərbaycanın ən böyük hakaton tədbirlərindən biri olan “JunctionX Baku 2024” bu gün “Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusu ilə start götürüb. Bu barədə Mektebgushesi.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib. Elm və Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnkişafı Fondunun dəstəklədiyi və “EESTEC Baku”nun təşkil etdiyi tədbir süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlib. Tədbirdə çıxış edən […]
BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Fizika problemləri Elmi-Tədqiqat İnstitutunda (ETİ) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “E-tarım sulama” mövzusunda elmi seminar keçirilib. Bu barədə institutdan məlumat verilib. İnstitutun direktoru Sədiyar Rəhimov bildirib ki, ETİ-nin Kondensə olunmuş hal fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi və Biofizika şöbəsinin dissertantı Sara Rəhimzadənin üzvü olduğu “ESST-6” […]
BANM-in tələbəsi beynəlxalq tədbirdə Azərbaycan həqiqətləri haqqında məlumat verib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi Maya Kərimova növbəti uğura imza atıb. BANM-dən Mektebgushesi.az – a bildirilib ki, M. Kərimova BMT-nin Baş Qərargahında keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” konfransında iştirak edib. Eləcə də “AFS Youth Assembly” təşkilatının nəzdindəki “International Youth Day Forum”da iştirak edən dörd azərbaycanlıdan biri olub. M. […]
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində silsilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə məktəblilər arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunan silsilə tədbirlər keçirilib. Mektebgushesi.az xəbər verir ki, “Diqqət, uşaqlar!” aylığı çərçivəsində İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Ağdam, Goranboy, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul və paytaxtın Xəzər rayonunda yerləşən ümumtəhsil məktəblərində təşkil olunan […]
Şamaxıda Nəsiminin nəhəng heykəli ucaldılır
Şamaxı şəhərində “Nəsimi bağları” kompleksi yaradılır. “Qafqazinfo”nun məlumatına görə, kompleks ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış heykəli olacaq. Heykəl nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir sıra yerlərindən aydın görünür. Qeyd edək ki, heykəlin gələn il keçirilməsi nəzərdə tutulan Nəsimi festivalı çərçivəsində xüsusi təqdimatı nəzərdə tutulur.
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək? – VİDEO
Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır. Xezerxeber.az xəbər verir ki, 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsinin respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulur. Məktəbəqədər […]
Məktəb direktorluğundan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib. Mektebgushesi.az xəbər verir ki, o, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi gedib. Günay Musayeva “Böyük Qayıdış” prosesində iştirak etməkdən qürur duyduğunu deyib.
Rektordan təklif – Ödənişli təhsil üzrə qəbul planın ləğv edilsin
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov rəsmi facebook səhifəsində “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq bəndində təsbit olunmuş ali təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planın ləğv edilməsini önə çəkərək, təkliflə çıxış edib. “Ali Təhsil: Təklif Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu dövlət sifarişi və ödənişli əsaslarla həyata keçirilir. Dövlət sifarişli təhsil […]
Tələbələrin zəhərləndiyi universitet bufetinin fəaliyyəti məhdudlaşdırıldı
Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələr ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıblar. Bu bərədə Bizim.media-nın yerli bürosuna Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəzrin Əliyeva məlumat verib. Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib. Xəstələrin vəziyyəti […]
İtaliya-Azərbaycan Universitetinin tələbələri gələcəkdə ikili diplom ala biləcəklər – MÜSAHİBƏ
İtaliya-Azərbaycan Universitetinin beş təsisçisindən biri olan İtaliyanın Luiss Hüquq Məktəbinin prezidenti Paola Severino “Report”a müsahibəsində İtaliya-Azərbaycan Universiteti ilə bağlı planlar, həyata keçirilən və keçiriləcək birgə proqramlardan danışıb. Professor bu təhsil müəssisəsini bitirəcək tələbələrin diplomları, açılacaq yeni fakültələr, italiyalı müəllimlərin universitetdə dərs deyib-deməyəcəkləri, Luiss və ADA Universitetləri arasındakı əməkdaşlıq perspektivləri barədə sualları cavablandırıb. – Xanım Severino, ilk […]
313 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib
Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. Mektebgushesi.az xəbər verir ki, bu vəzifəyə Laçın Hüseynli gətirilib. O, bu təyinatadək Bakı şəhəri 195 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Laçın Hüseynli ixtisasca fizika müəllimidir. Qeyd edək ki, məktəbin 79 yaşlı keçmiş direktoru Zakir Bayramov ötən ay vəzifəsindən azad edilib. Azedu.az
Məktəblərin fəaliyyəti müzakirə olunub – FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla görüş keçirilib. Ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və cari məsələlərə həsr olunmuş görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Təminat, təchizat və təsərrüfat sektorunun müdiri Səccət Mahmudov, Təlimə […]
ADNSU-nun daha bir beynəlxalq uğuru – FOTO
Təhsil sahəsində fəaliyyət göstərən “Quacquarelli Symonds” (QS) beynəlxalq analitik agentliyi bu gün dünyanın ən yaxşı universitetlərinin illik fənn reytinqlərini- QS Dünya Universitetləri Reytinqi Fənn üzrə- iki fənn: “Neft və qaz sahəsində mühəndislik ixtisasları”/“Engineering – Petroleum” və “Təhsil və tədris”/ “Education and Teaching” üzrə yenidən dərc edib. Bu reytinqlər 95 ölkə və ərazidə 1500 universitetdə təhsil […]
ADPU-nun Quba filialında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının ev sahibliyi ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda IV Beynəlxalq elmi konfrans oktyabrın 11-də işə başlayıb. Beynəlxalq konfrans Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun Quba filialının […]