Mektebgushesi

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək

3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək. Forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil […]

Agentlik: Məktəblərdə şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır

Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. AZƏRTAC xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, müəssisələrdəki şagird sayı və […]

Bağçalarda sağlam qidalanma ilə bağlı tədbirlər keçirilir

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliği və təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir. Maarifləndirici tədbirlərin əsas məqsədi uşaqları düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi mövzusunu təbliğ etmək, uşaqlara qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaqdan ibarətdir. Tədbirlərdə “Sağlam qidalanaq, sağlam yaşayaq”, “Sağlam həyat, sağlam qida”, […]

51 yaşlı müəllim intihar etdi

Sədərək rayonunda 51 yaşlı müəllim sirkə turşusu içərək intihar edib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Sədərək kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Yusif Rahim oğlu Həsənov yaşadığı evdə sirkə içərək intihar edib. Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək

3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək. Forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır. İki gün davam edəcək forumun ilk günündə “SABAH layihəsinin ali təhsil […]

Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb

Noyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsinin iştirakçıları ilə görüşüb. “Maarifçi”ləri salamlayan nazir müavini proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Firudin Qurbanov bildirib ki, proqram iştirakçılarının hazırda qazandıqları təcrübə onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır. Daha sonra […]

Akkreditasiya Şurasının 4-cü iclası keçirilib

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya […]

UNEC rektorundan kollec təhsilinin təkmilləşdirilməsilə bağlı TƏKLİFLƏR

UNEC nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub. Yubiley tədbirində UNEC rektoru professor Ədalət Muradov kollec təhsilinin təkmilləşdirilməsilə bağlı bir sıra təkliflərlə çıxış edib: UNEC nəzdində kollec statusunun konkretləşdirilməsinə ehtiyac var. UNEC nəzdinə verilən Maliyyə-İqtisad Kollecınin də  publik hüquqi şəxs statusu almasını yüksək qiymətləndiririk. Bununla yanaşı, UNEC-in və onun nəzdində fəaliyyət göstərən kollecin […]

Azərbaycanda orta ixtisas təhsili verən ilk kollecin 90 yaşı qeyd olundu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub. Yubiley tədbirindən öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək,  abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş […]

Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul müsabiqəsində uğur qazanan və müsahibə balı 2,4-2,9 aralığında olan namizədlər 29 noyabr- 5 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər. Namizədlərə paytaxtdakı 36, 127, 177, 300 […]

AzMİU-da Memarlıq Tələbələri Üçün Yeni Layihə: Tanınmış Memarlarla Görüş

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün innovativ və peşəkar inkişafı dəstəkləyən yeni layihə start götürüb. “Tanınmış memarlarla görüşlər” adlanan bu layihə tələbələrə ölkəmizin aparıcı memarları ilə ünsiyyətdə olmaq, onların zəngin təcrübəsindən faydalanmaq və peşəkar dünyanı daha yaxından tanımaq imkanı yaradır.   İlqar Manafsoy: Gənc Memarlarla Uğur Hekayəsini Bölüşdü Layihən […]

Elm və Təhsil Nazirliyi ilə ÜST arasında ikitərəfli əməkdaşlıq

  Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb. “Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı ilə görüşdük. Görüşdə qonağın təmsil etdiyi qurumla ikitərəfli əməkdaşlıq və gələcək […]

Qebreyesus: Dünyada hər yeddi gəncdən birinin psixi sağlamlıq problemlər var

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus, dünyada hər yeddi gəncdən birinin psixi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib. O, sosial media hesabında psixi sağlamlıq problemlərinə dair paylaşımında 15-29 yaş qrupunda intiharın üçüncü ən çox rast gəlinən ölüm səbəbi olduğunu vurğulayıb. Mektebgushesi.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Baş direktor ÜST və Birləşmiş […]

Özbəkistanlı tələbələr Azərbaycan Dövlət Pedaqoji Universitetində mübadilədə iştirak edirlər

Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Tarix fakültəsinin Mənəviyyatın əsasları və hüquqi təhsil ixtisasının III-IV tədris ili tələbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbə mübadiləsində iştirak edirlər. Noyabrın 28-də  tələbələr ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüşüblər. Görüşdə tələbələrə ADPU-nun beynəlxalq fəaliyyətləri haqqında […]

Yeni rektor kollektivə təqdim olunub – FOTO

Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə müəssisə kollektivinə təqdim olunub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, təqdimatı elm və təhsil nazirinin müavini Firudin Qurbanov edib. Nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə […]