Mektebgushesi

Tələbə təqaüdləri nə vaxtdan artırılacaq?

Gələn ilin əvvəlindən tələbə təqaüdlərinin artırılacağı gözlənilir. Xezerxeber.az-ın məlumatına görə, “Təhsil haqqında” Qanuna əsasən əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlər təyin edilir. Lakin tələbələr bildirirlər ki, təyin edilən təqaüdün məbləği kirayə, nəqliyyat, eyni zamanda tədris üçün lazım olan ləvazimatların xərclərini ödəmir. Bu səbəbdən də bəzi […]

Alimlər iqlim dəyişikliyinin gələcəyini proqnozlaşdırmaq üçün Yerin “rəqəmsal əkizini” hazırlayıblar

  Kompleks kompüter modeli hava və iqlim sistemlərini, eləcə də planetə təsirimizi nəzərə alır. Alimlər ekstremal hava və iqlim dəyişikliyi haqqında etibarlı məlumat əldə etmək üçün Yer planetinin yüksək dəqiqlikli rəqəmsal simulyasiyasını qurublar. Süni intellektlə işləyən bu “rəqəmsal əkiz” su, qida və enerji sistemləri kimi sahələrə təsiri proqnozlaşdırmaq üçün təbii hadisələr və insan fəaliyyətləri arasında […]

2 kollecə yeni direktor müavinləri təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət […]

Təbiət fənlərini hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası adlı təlim keçirilib

Oktyabrın 14-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən “Təbiət fənlərini hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası” mövzusunda təlimlərə başlanılıb. İlk təlim Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) təşkilatının təlimçiləri Şəhanə İsgəndərova və Gülçin Şıxməmmədova tərəfindən keçirilib. 48 saatlıq təlim proqramı Fizika və […]

Yeni qəbul olunmuş tələbələr ADPU-nun Heydər Əliyev Mərkəzində

Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib. Dərsdə iştirak edən Tarix və coğrafiya fakültəsinin I tədris ili  tələbələri ilk olaraq mərkəzin müdiri Tahir Süleymanovun “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusundakı mühazirəsini dinləyib, görkəmli  dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirlərdən ibarət təqdimatı izləyiblər. Mərkəzin mütəxəssisi Tərlan […]

ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium keçirilib  

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümümdünya standratlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktiki simpozium öz işinə başlayıb. “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və Ulu Öndər Heydər […]

ADPU-da ailə planlaşdırılması ilə bağlı tədbir keçirilib

Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tələbə poliklinikası (4 nömrəli Tələbə Poliklinikası) və 1 nömrəli Qadın Məsləhətxanasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının tibbi-sosial-iqtisadi cəhətdən əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə çıxış edən ADPU-nun tələbə poliklinikasının baş həkimi Şəfəq Teymurova qeyd edib ki, gənclərin reproduktiv sağlamlıq və ailə planlanması […]

Elnur Nəsibov: “Zərif mühəndislər təqaüd proqramına 215 qız cəlb edilib”

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində onlar təkcə təqaüd deyil, həm də təcrübə və təlim proqramlarından yararlanmaq imkanı qazanır. Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. Ümumilikdə 4 belə proqram həyata keçirilib. Proqramlarda iştirak edənlərdən 5 nəfər şəhid xanımıdır”. Mektebgushesi.az “Azərbaycan müəllimi” -nə istinadən xəbər verir ki, bunu “Gənc Qızların Təhsilinə […]

Elm və Təhsil Nazirliyi əlavə dərs vəsaitləri ilə bağlı məktəblərə məlumat göndərib

“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması […]

BMU-da elmmetrik bazalara çıxış mövzusunda təlim

  Bakı Mühəndislik Universitetində (BMU) “Elmmetrik bazalar və platformaların yaradılması” mövzusunda təlim keçirilib. Universitetin Elm və innovasiya şöbəsinin müdiri, dosent Mayis Əzizov professor-müəllim heyəti üçün təşkil edilən təlimin əhəmiyyətindən danışıb. Bildirib ki, elmmetrik bazalarda olmaq, profilləri təkmilləşdirmək universitetlərin, tədqiqatçıların elmi fəaliyyətə əlçatanlığını artırır, dünyanın elmi qurum və alimləri ilə əməkdaşlıq körpüsü yaradır, eləcə də elmi […]

BDU alimləri qarşıdakı 50 ildə gözlənilən yeddi əsas astronomik hadisəni açıqlayıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası qarşıdakı 50 ildə gözlənilən yeddi əsas astronomik hadisəni açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, həmin hadisələr aşağıdakılardır: 1. 2027-ci il: Əsrin ikinci ən uzun Günəş tutulması Əsrin ikinci ən uzun Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək və tam qaranlıq təxminən 6 dəqiqə 24 saniyə davam edəcək. Şimali […]

Ötən ay Azərbaycanda qızılca xəstəliyi qeydə alınıb?

Sentyabr ayından Azərbaycanda tək-tək qızılca xəstəliyi halları qeydə alınır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir.

Yardımlı rayonunun Abasabad kəndinin abad olmayan məktəbi – MÜRACİƏT

Yardımlı rayonunun Abasabad kənd sakinləri  redaksiyamıla əlaqə saxlayaraq kənd məktəblərindəki acınacaqlı durum barədə həyacanla məlumat verərək bu məsələnin ictimailəşməsinə köməyimizi xahiş etdilər. Onlar uşaqlarının savadsız yetişməsindən, məktəbdə təhsilin keyfyyətinin acınacaqlı durumundan ürək ağrısıyla bəhs etdilər. Mektebgushesi.az  məsələnin aktuallığını nəzərə alaraq sizlərə paylaşırıq. Əminin ki, cənub regional Təhsil İdarəsi kənd sakinlərinin harayına biganə qalmayacaq. Abasabad kəndinin […]

AzMİU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib

  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education – AASHE) tamhüquqlu üzvü seçilib. Mektebgushesi.az xəbər verir ki, bu üzvlük AzMİU-ya beynəlxalq arenada mövqeyini gücləndirmək, qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etmək imkanı verəcək, eləcə də universitetə davamlılıq sahəsində aparıcı beynəlxalq təcrübələrə çıxış imkanı […]

Emin Əmrullayev: Dövlət Proqramının əsas istiqamətlərindən biri işə qəbul komponentidir

Azərbaycanda təhsilin əlçatanlığı istiqamətində xeyli iş görülüb. On beş il bundan əvvəlki dövrlə müqayisədə təhsil alanların sayı ikiqat artıb. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, cari ildə bakalavriat səviyyəsinə 60 minə yaxın tələbə qəbul olub: “Oxşar statistika […]