ADNSU ilə Latviyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Latviyanın aparıcı ali təhsil ocaqları sayılan Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti və Nəqliyyat və Telekommunikasiya İnstitutunda görüşlər keçirilib, dəyirmi masa təşkil olunub, habelə yeni […]
Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək
2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir. Bildirilib ki, […]
Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub
Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması […]
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır
Dekabrın 4-ü saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start veriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası […]
Ölkəmizə gələn Qvineya nümayəndə heyətinin 7 üzvü Azərbaycanda təhsil alıbmış
“İndi ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığa başlamaqdır. Nümayəndə heyətimizdə təmsil olunanlardan 7 nəfəri keçmişdə Azərbaycanda təhsil alıb”. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, bunu Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib. “Bizim ölkə təbii resurslarla […]
ADNSU tələbələri Qazaxıstanda ilk üç yerə layiq görülüblər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzər Texniki Konfransı və Sərgisində və “Tələbə liderlərinin sammiti”ndə iştirak ediblər. Tədbirdə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) ADNSU tələbə bölməsinin üzvləri olan Qaz-neft-mədən fakültəsinin IV kurs tələbəsi İlham Məmmədxanov, Energetika fakültəsinin III kurs tələbəsi Ayan Novruzova, Kimya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Ruslan Fəzidov, […]
Bakı İlahiyyat Kollecinin nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin (BİK) əməkdaşlarından ibarət nümayəndə heyətinin 24-28 noyabr 2024-cü il tarixlərində Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfəri baş tutub. Nümayəndə heyətinin tərkibində BİK-in direktoru Mehman İsmayılov, kollecin tədris işləri üzrə direktor müavini Əbülfət Vəliyev, tədris hissə […]
Bartın Universitetinin nümayəndələri ADPU-da olub
Dekabrın 2-də Türkiyənin Bartın Universitetinin (BARU) prorektoru professor Mehmet Zahmaqıran, rektorun şəxsi katibi Turqay Delialioğlu, Erasmus Ofisinin koordinatoru Əhməd Yirmibeş və əlaqə koordinatoru Murad Ceylan Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər. Görüşdə ADPU-nu tədris işlər üzrə prorektor dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil ediblər. Görüş zamanı tərəflər […]
ADPU-nun Quba filialında “Level UP” forumu çərçivəsində əmək yarmarkası keçirilib
27-29 noyabr tarixlərində Quba şəhərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “Level Up” karyera forumu keçirilib. 2 mərhələdən ibarət olan forumun I mərhələsində “Şəxsi inkişaf və karyera planlaması” mövzusunda panel müzakirə təşkil edilib. Müzakirələrdə […]
Pedaqoji Universitetdə “Microsoft Sertifikatlı Təlimçi” təlimləri təşkil edilib
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən universitetin professor-müəllim heyəti və əməkdaşları üçün “Microsoft Sertifikatlı Təlimçi” (Microsoft Certified Educator – MCE) imtahanına hazırlıq təlimləri təşkil edilib. Təlimlər p.ü.f.d. Vüsalə Əliyeva, baş müəllim Rumiyyə Camalova, p.ü.f.d. Xalidə Həmidova və baş mütəxəssis Elnarə Allahverdiyeva tərəfindən keçirilib. Qeyd edək ki, “Microsoft Sertifikatlı Təlimçi” […]
Lənkəran Dövlət Universiteti “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub
Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib. Görüşün məqsədi Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində universitetin elmi-pedaqoji heyətinin, tələbələrinin məlumatlandırılması olub. Lənkəran Dövlət Universitetinin rektoru, prof.Natiq İbrahimov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. N.İbrahimov Təhsilin İnkişafı Fondunun gördüyü işləri yüksək qiymətləndirərək, Fond […]
ADPU-nun müəllimləri Bartın Universitetində mobillikdə iştirak ediblər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin müəllimi Qəmər Alxanova, Məkətəbəqədər təhsil faükltəsinin müəllimi Günay Bədəlzadə, İbtidai təhsil fakültəsinin müəllimi Günel Məmmədova və İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi Gülnaz Atakişizadə Erasmus+ mübadilə proqramı çərçivəsində 25-29 noyabr tarixlərində Türkiyənin Bartın Universitetində tədris prosesində iştirak ediblər. 5 gün davam edən mobillikdə müəllimlər öz ixtisasları […]
Universitetimizdə Təmiz Şəhər Konteksində Növbəti Addım: Tullantıların İdarə Edilməsi və Davamlı Şəhərsalma
Gələcəyin Mühəndisləri ilə GörüşAzərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) StratejiPlanlaşdırma Şöbəsinin təşəbbüsü ilə universitetin Təmiz ŞəhərMərkəzində növbəti maarifləndirici seminar keçirilib. Təmiz Şəhər ASC-ninnümayəndəsi Səyyaf Rüstəmli ilə Su Təsərrüfatı və MühəndisKommunikasiya Sistemləri fakültəsinin tələbələrinin görüşü böyük maraqlaqarşılanıb. Tədbir, tullantıların idarə olunması və zərərsizləşdirilməsisahəsində yeniliklərin öyrənilməsi ilə yanaşı, gənclərin ekoloji məsələlərəolan baxışlarını zənginləşdirməyi hədəfləyirdi.Bakı Tullantıların Emalı Zavodu: […]
Noyabrda BŞTİ -yə 12961 müraciət daxil olub
Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 961 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 921 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 388 müraciət daxil olub. BŞTİ-yə 2 295 sənəd (vətəndaşlar tərəfindən 926 ərizə, Elm və Təhsil Nazirliyindən 457, digər qurumlardan 234, tabelikdə olan təhsil müəssisələrindən 332 məktub və 346 kadr ərizəsi) daxil olub və qeydiyyata […]
BANM-in rektoru xaricdə təhsil alacaq tələbələrlə görüşüb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb. BANM-dən bildirilib ki, 13 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı və ya qrantsız əsaslarla) təhsillərini davam etdirmək imkanı qazanıb. Onlar İspaniyanın Alicante Universiteti və Qranada Universiteti, Portuqaliyanın Braqança Texniki Universiteti, Türkiyənin Sabancı Universiteti və Bahçeşehir Universiteti, eləcə […]