Mektebgushesi

Bakalavriat səviyyəsi üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib

  Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” […]

SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu keçirilib

“Dünyada ali təhsildə differensiallaşma həyata keçirilir”. Mektebgushesi.az xəbər verir ki, bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində UNEC rektoru Ədalət Muradov bildirib. “Hesab edirəm ki, bu çox uğurlu iddeadır. Həmçinin, Azərbaycanda ali təhsilin keyfiyətinin atırılması ilə bağlı uğurlara imza atılır. UNEC-də ilk vaxtlarda 9 ixtisas üzrə SABAH qrupalarına başladıq. Biz […]

İdris İsayev: Ali təhsil müəssisələrində karyera inkişafı mərkəzləri təkmilləşdirilməlidir

Qlobal meyillər təhsil sistemində yeni çağırışları formalaşdırır. Yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı təhsil proqramları ortaya qoyulmalı, əmək bazarının tələblərinə cavab verməlidir. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev SABAH tələbə-məzun forumu və karyera sərgisində deyib. Onun sözlərinə görə, təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə olunmalıdır: “Əmək bazarı da bu […]

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 267 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar”, 215 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi məktəblərdə 8 885 sinif üzrə 246 565 şagird, STEAM layihəsinin əhatə etdiyi məktəblərdə isə 6 043 sinif üzrə 168 530 şagird tədrisə cəlb edilib. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi […]

BMU-nun rektoru beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb

  Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev III Beynəlxalq Kimya Olimpiadasında II yeri qazanan tələbələrlə görüşüb. Rektor Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada Azərbaycanı yeganə komanda kimi uğurla təmsil edən BMU tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov və onları yarışa hazırlayan professor Namiq Şıxaliyevi qələbə münasibətilə təbrik […]

UNEC-də  Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib. UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İnklüziv Təhsil Mərkəzi və “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslər Dövlət Himnini […]

Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən İXTİSAS SEÇİMİ

Bəzi ixtisaslar var ki, abituriyentlər seçim zamanı onlara üstünlük vermir. Qısacası, hamı demək olar ki, eyni ixtisasları seçir. Səbəb tələbələrin tələbat olmayan ixtisaslarla gələcəkdə iş tapmaqda problemlərlə üzləşmə qorxusudur. Lakin seçim zamanı üstünlük təşkil edən ixtisasları bitirən kadrların sayının çox olması da iş tapmağı qəlizləşdirir. Çünki kütləvi olaraq eyni ixtisası bitirənlər, eyni işi axtarırlar. Bu […]

ADU-da “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib

Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib. Mektebgushesi.az xəbər verir ki, forumun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq […]

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb. İnstitutdan bildirilib ki, iclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin illik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi […]

ADNSU ilə Latviyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Latviyanın aparıcı ali təhsil ocaqları sayılan Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti və Nəqliyyat və Telekommunikasiya İnstitutunda görüşlər keçirilib, dəyirmi masa təşkil olunub, habelə yeni […]

Azərbaycan ilk dəfə IELS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək

2025-ci ildə 2-ci dövrü baş tutacaq IELS beynəlxalq qiymətləndirmə tədqiqatında Azərbaycan ilk dəfə olaraq iştirak edir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, 2018-ci ildən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı (IELS) tədqiqatı beynəlxalq qiymətləndirmə tədqiqatlarından biridir. Bildirilib ki, […]

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olunub

Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən bir qrup vətəndaşın 2021-2022-ci illərdə TKTA-ya təqdim etdiyi diplomların dövlət nümunəli olmadığı (saxta olduğu) aşkarlanıb. Bu barədə  Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Qeyd edilir ki, həmin diplomlar əsasında doqquz şəxsə təqdim edilmiş tanınmaya dair şəhadətnamələr qanunvericiliyə uyğun olaraq ləğv olunub. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması […]

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Dekabrın 4-ü saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start veriləcək. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası […]

Ölkəmizə gələn Qvineya nümayəndə heyətinin 7 üzvü Azərbaycanda təhsil alıbmış

“İndi ən vacib məsələ bizim ikitərəfli əməkdaşlığa başlamaqdır. Nümayəndə heyətimizdə təmsil olunanlardan 7 nəfəri keçmişdə Azərbaycanda təhsil alıb”. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, bunu Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib. “Bizim ölkə təbii resurslarla […]

ADNSU tələbələri Qazaxıstanda ilk üç yerə layiq görülüblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Qazaxıstanın Atırau şəhərində keçirilən Xəzər Texniki Konfransı və Sərgisində və “Tələbə liderlərinin sammiti”ndə iştirak ediblər. Tədbirdə Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) ADNSU tələbə bölməsinin üzvləri olan Qaz-neft-mədən fakültəsinin IV kurs tələbəsi İlham Məmmədxanov, Energetika fakültəsinin III kurs tələbəsi Ayan Novruzova, Kimya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Ruslan Fəzidov, […]