Mehriban Vəliyeva: “Psixoloqların da sertifikasiyasının keçirilməsi vacibdir”
“Azərbaycanda psixoloji xidmətlərin təşkili islahatlar tələb edir. Buna görə psixoloqların da sertifikasiyasının həyata keçirilməsi vacib amillərdəndir. Psixoloji xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı islahatlara məhz sertifikasiya prosesindən başlamaq uğurlu olar”. Bunu “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyib. O bildirib ki, sertifikasiyanın […]
ADPU-nun prorektoru Ankarada keçirilən “Zəka və Bacarıq Konqresi”ndə iştirak edib
Orta Doğu Texniki Universitetinin (ODTU) Mədəniyyət və Konqres Mərkəzində Türkiyə Zəka Vəqfinin təşkilatçılığı ilə X Zəka və Bacarıq Konqresi keçirilib. Tədbir Türkiyə İş Bankının baş sponsorluğu və ODTU-nun əməkdaşlığı ilə təşkil olunub. Konqresin açılışında çıxış edən Türkiyə Zəka Vəqfinin sədri Əmrəxan Xalıçı, Türkiyə İş Bankının baş direktoru Hakan Aran və ODTU-nun rektoru professor Əhməd Yozqatlıgil […]
Esmira Ismayılova – Belə yaşamağa dəyər, Abid müəllim!
“Məhəmməd Altunbayın həyatı və yaradıcılığı”. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, prof. Abid Tahirlinin yeni monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının mühacirət dövrü hissəsinin tədqiqində əvəzsiz mənbə sayıla bilər. Xatırladaq ki, Azərbaycanda repressiya dalğasının gücləndiyi illərdə xaricə mühacirət edən Məhəmməd Altunbay M.Ə.Rəsulzadənin rəhbərliyi ilə 1949-cu ildə Ankarada təsis […]
ATU “Zəyəm Texnologiyalar Parkı” ilə əməkdaşlığa başlayıb
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Zəyəm Texnologiyalar Parkı” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov və “Zəyəm Texnologiyalar Parkı” ASC-nin direktoru Elnur İbrahimov imzalayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis edilməsi, birgə konfrans, seminar və təlimlərin təşkili və s. […]
“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib
“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib. Mektebgushesi.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında […]
Bakalavriat səviyyəsi üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib
Ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, eyni zamanda “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” […]
SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu keçirilib
“Dünyada ali təhsildə differensiallaşma həyata keçirilir”. Mektebgushesi.az xəbər verir ki, bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində UNEC rektoru Ədalət Muradov bildirib. “Hesab edirəm ki, bu çox uğurlu iddeadır. Həmçinin, Azərbaycanda ali təhsilin keyfiyətinin atırılması ilə bağlı uğurlara imza atılır. UNEC-də ilk vaxtlarda 9 ixtisas üzrə SABAH qrupalarına başladıq. Biz […]
İdris İsayev: Ali təhsil müəssisələrində karyera inkişafı mərkəzləri təkmilləşdirilməlidir
Qlobal meyillər təhsil sistemində yeni çağırışları formalaşdırır. Yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı təhsil proqramları ortaya qoyulmalı, əmək bazarının tələblərinə cavab verməlidir. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev SABAH tələbə-məzun forumu və karyera sərgisində deyib. Onun sözlərinə görə, təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə olunmalıdır: “Əmək bazarı da bu […]
Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 267 ümumi təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar”, 215 ümumi təhsil müəssisəsində STEAM layihəsi tətbiq edilir. “Rəqəmsal bacarıqlar” layihəsinin həyata keçirildiyi məktəblərdə 8 885 sinif üzrə 246 565 şagird, STEAM layihəsinin əhatə etdiyi məktəblərdə isə 6 043 sinif üzrə 168 530 şagird tədrisə cəlb edilib. Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi […]
BMU-nun rektoru beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev III Beynəlxalq Kimya Olimpiadasında II yeri qazanan tələbələrlə görüşüb. Rektor Türkmənistan Respublikasının Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada Azərbaycanı yeganə komanda kimi uğurla təmsil edən BMU tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov və onları yarışa hazırlayan professor Namiq Şıxaliyevi qələbə münasibətilə təbrik […]
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib. UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İnklüziv Təhsil Mərkəzi və “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslər Dövlət Himnini […]
Həkimi bioloqa, hüquqşünası tarixçiyə, tarixçini kitabxanaçıya çevirən İXTİSAS SEÇİMİ
Bəzi ixtisaslar var ki, abituriyentlər seçim zamanı onlara üstünlük vermir. Qısacası, hamı demək olar ki, eyni ixtisasları seçir. Səbəb tələbələrin tələbat olmayan ixtisaslarla gələcəkdə iş tapmaqda problemlərlə üzləşmə qorxusudur. Lakin seçim zamanı üstünlük təşkil edən ixtisasları bitirən kadrların sayının çox olması da iş tapmağı qəlizləşdirir. Çünki kütləvi olaraq eyni ixtisası bitirənlər, eyni işi axtarırlar. Bu […]
ADU-da “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib
Dekabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilib. Mektebgushesi.az xəbər verir ki, forumun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, forumu mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq […]
İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanılıb. İnstitutdan bildirilib ki, iclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd şöbələrin illik fəaliyyətinin və institut əməkdaşlarının əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsi, struktur bölmələrdə yerinə yetirilən elmi […]
ADNSU ilə Latviyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Latviyanın aparıcı ali təhsil ocaqları sayılan Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Həyat Elmləri və Texnologiyaları Universiteti və Nəqliyyat və Telekommunikasiya İnstitutunda görüşlər keçirilib, dəyirmi masa təşkil olunub, habelə yeni […]