Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
Dekabrın 20-də Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrində çalışan gənc tərbiyəçi-müəllimlərin iştirakı ilə Təhsil Forumu keçirilib. Forumda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər. Agentliyin direktoru Eşqi Bağırov çıxışında məktəbəqədər təhsil […]
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib
Dekabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev Tərtər şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, daimiləşmə, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. […]
Bakıda bağça müdiri işdən QOVULDU
Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar tapılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində sözügedən uşaq bağçasında aşkarlanan nöqsanlar nəticəsində agentliyin sədrinin müvafiq əmrinə əsasən, bağça müdiri işindən azad edilib.
Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSU-da olub
Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.Rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu ADNSU-da olmaqdan məmnunluğunu bildirib. Bir neçə gün öncə Türkiyədə – Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıqmemorandumundan söz açan rektor, […]
Agentlik direktoru: İmtahanla 100-ə yaxın bağçaya müdir təyin edilib
“İki ildir ki, bağça müdiri vəzifəsində işləmək arzusunda olan şəxslər üçün imtahan təşkil edilir. Artıq 100-ə yaxın təyinatımız olub və növbəti imtahanın keçirilməsi ərəfəsindəyik”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. Onun sözlərinə görə, əsas vəzifələrindən biri təhsilverənlərin peşəkar inkişafı ilə bağlıdır: […]
Məktəblilər arasında II Kimya-Biologiya olimpiadası keçiriləcək
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan diyarının görkəmli oğlu, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadası keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri […]
Eşqi Bağırov: Məktəbəqədər təhsilə cəlb olunanların sayı arzu etdiyimiz səviyyədə deyil
“Məktəbəqədər təhsil deyəndə biz, ilk növbədə, bu təhsil səviyyəsinin ölkə üzrə əhatəliliyindən danışmalıyıq”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən Gənc tərbiyəçi-müəllimlər üçün təhsil forumunda deyib. O bildirib ki, məktəbəqədər yaşlı uşaqların yalnız 30 faizə yaxını bu təhsil xidməti ilə əhatə olunub. “Təbii ki, […]
AzMİU və Qarabağ Universitetinin tələbələri arasında “Eko-Debat” keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qarabağ Universitetinin tələbələrinin iştirakı ilə “Dostluq çərçivəsində ingilis dilində universitetlərarası Eko-Debat” təşkil olunub. Tədbir AzMİU Əcnəbi dillər kafedrasının ingilis dili müəllimi Leyla Cumayevanın təşəbbüsü və ideya müəllifliyi, kafedranın müdiri Aygün Məmmədova və Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müdiri Ramil Hacıyevin dəstəyi ilə onlayn formatda təşkil olunub. Debatın […]
MDU-da “Müasir əmək bazarında əsas çağırışlar və qeyri formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirililib. Bu barədə MDU-dan Məktəb Guşəsinə məlumat verilib. Mingəçevir Dövlət Universiteti (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “Müasir əmək bazarında əsas çağırışlar və qeyri-formal məşğulluqla mübarizə” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun […]
31 məktəbdə keçirilən keyfiyyət monitorinqin nəticələri təhlil edilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən paytaxtın 31 ümumi təhsil müəssisəsində keçirilən keyfiyyət monitorinqinin hesabatları meyar cədvəli üzrə təhlil olunub və nəticələr təhsil müəssisələrinə təqdim edilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Məktəb Guşəsinə məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilə bağlı keçirilən 22 monitorinqin nəticələri də təhsil müəssisələrinə […]
ADA Universiteti gələn ildən doktorant hazırlığına başlayır
ADA Universiteti ilk doktorantura proqramını və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə magistratura və doktorantura proqramlarını təqdim edib. Dekabrın 19-da keçirilən tədbirdə ADA və Corc Vaşinqton Universitetlərinin nümayəndələri, qonaqlar və tələbələr iştirak ediblər. Tədbirdə yeni proqramların ADA Universiteti tarixində əlamətdar hadisə olduğu vurğulanıb. ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd qeyd edib ki, bu təşəbbüslər […]
DİM imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırır
Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda əsas məsələlərdən biri də imtahan prosesini müvafiq qaydalara uyğun və şəffaf şəkildə təşkil etməkdir. İştirakçıların bərabər şərtlər altında imtahan verməsi, davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin bilikləri qiymətləndirilərkən ədalətli seçimin təmin edilməsinə yönəldilir. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi imtahan […]
Xüsusi güzəşt kartlarının müəllimlərə veriləcəyi vaxt açıqlandı
Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək”. Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib. O bildirib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: “Təhsil kart”ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, – deyə qurum rəhbəri […]
Qiyabi oxuyanlara da təhsil tələbə krediti veriləcəkmi?
“Hazırda qiyabi təhsil forması üzrə oxuyanların xüsusi çəkisi az, eyni zamanda onların əmək fəaliyyəti ilə məşğul olmaq imkanları mövcud olduğuna görə bu tələbələrə təhsil kreditinin ayrılması hələ ki, planda yoxdur”. Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib. O bildirib […]
Təhsil tələbə krediti alanların çoxu qadındır
“Üç il ərzində kredit götürmüş tələbələrin 39 faizi kişi, 61 faiz qadın olub”. Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov bu gün media üçün təşkil edilmiş brifinqdə deyib. O bildirib ki, ölkə üzrə ən ucqar bölgələrdən olan şəxslər belə təhsil tələbə kreditindən yararlanıb.