Tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüşlər təşkil olunub
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçiriləcək diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər təşkil olunub. Görüşlərdə paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Nizami və Qaradağ rayonları üzrə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim və metodistləri iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov və […]
BANM ilə ACCA əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbi (BANM) ilə İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyası (ACCA) arasında anlaşma memorandumu imzalanıb. BANM-dən bildirilib ki, memorandumu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının Türkiyə, Azərbaycan və Gürcüstan Regional Mərkəzinin meneceri Ülgen Coşkun imzalayıblar. Sənəd Bakı Ali Neft Məktəbi ilə adıçəkilən institut arasında peşəkar mühasibatlıq sahəsində kadr potensialının […]
Bağça müəllimləri üçün diaqnostik qiymətləndirmədə salınacaq suallar
Məlum olduğu kimi 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçiriləcək. Mektebgushesi.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, Təhsil İnstitutu tərəfindən hazırlanan qiymətləndirmə çərçivəsinə istinadən xəbər verir ki, test imtahanı mərhələsinin sualları məzmun və metodika, təhlükəsizlik, pedaqoji […]
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək. DİM-dən bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi […]
Doktorantura təhsili ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin yanında keçirilən müşavirədə doktorantura təhsilinin müasir vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə akademiyadan məlumat verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli doktorantura təhsilinə marağın artdığını, bu il aspiranturaya sənəd təqdim edənlərin sayının çoxaldığını və istedadlı gənclərin akademiyaya müraciət etmələrini müsbət hal kimi qiymətləndirib. Müşavirədə 2024-cü ildə akademiyada […]
BDU Qranada Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) ilə İspaniyanın Qranada Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb. Universitetdən bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. Qranada Universitetinin əsası 1531-ci ildə qoyulub. Universitetdə 22 fakültə, 5 məktəb, 14 tədqiqat institutu və 9 mərkəzi fəaliyyət göstərir, 60 minə yaxın tələbə təhsil alır.
UFAZ tələbələri “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yeri tutublar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “ABB Innovation” tərəfindən təşkil olunan “Green Fintech Startup Challenge” müsabiqəsində 2-ci yerə çıxıblar və 3 min manat məbləğində pul mükafatına layiq görülüblər. Bu barədə universitetdən məlumat verilib. Müsabiqənin pre-inkubasiya proqramı çərçivəsində Əziz Zeynallı, Kamal Ağazada və Səyyarə Həsənova istehsalçı şirkətlər üçün məhsul israfını minimuma endirməyə yönəlmiş “Ecomart” adlı süni intellekt əsaslı […]
Bakıda məktəbdə elektrikin verilməsində yaranan fasilə aradan qaldırılıb
182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. “Məktəbdə tədris prosesi normal qaydada davam edəcək” , – idarədən bildirilib.
Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan tələbələri mükafatlanıdırıb. Mektebgushesi.az xəbər verir ki, belə ki, ilk dəfə olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə 200 (iki yüz) manat məbləğində […]
17 Oktyabr – Füzuli Şəhəri Günüdür
Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Mektebgushesi.az xatırladır ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğala məruz qaldığı 27 il ərzində ermənilər […]
Tələbələrin təqaüdündən hər ay niyə pul tutulur?
Hər ay tələbələrə verilən təqaüddən müəyyən məbləğ tutulur. Tələbələr deyirlər ki, bu məbləğin niyə tutulduğunu və hara xərcləndiyini bilmirlər. Bəzi tələbələr isə iddia edirlər ki, onların təqaüdündən kəsilən pul Tələbə Həmkarlar İttifaqının balansına köçürülür. Həqiqətən də, Tələbə Həmkarlar İttifaqı tələbələrin könüllü icazələri olmadan onların təqaüdündən müəyyən məbləğ tuta bilərmi? Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar […]
MDU -da “DIRNA” Erasmus+ layihəsi çərçivəsində növbəti görüş keçirilib
MDU-da “DIRNA” Erasmus+ layihəsi çərçivəsində keçirilən növbəti görüşdə Gəncə Dövlət Universitetində (GDU) baş tutan yay məktəbi və bu məktəbin tələbələr üçün əhəmiyyəti müzakirə olunub. Layihə koordinatoru Samirə Əhmədova “Açıq elmin əhəmiyyəti” və onun əsasında yaradılmış siyasət barədə ətraflı məlumat verərək, açıq elm prinsiplərinin həm tələbələr, həm də tədqiqatçılar üçün tədqiqat işlərinin inkişafında oynadığı mühüm rolu […]
Tibb Universitetində yeni prorektor təyinatı olub – FOTO
Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub. Mektebgushes.az-ın əldə etdiyi məlumata görə, tibb elmləri doktoru, radioloq Məlahət Sultanova ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsinə gətirilib. Məlahət Sultanova indiyə qədər Azərbaycan Tibb Universitetinin Şüa diaqnostika kafedrasının müdiri vəzifəsində çalışıb. Məlumatı Azərbaycan Tibb Universitetindən təsdiq ediblər. Qeyd edək ki, tibb elmləri doktoru, professor, olan […]
Xaçmaz Peşə Liseyinin əməkdaşları qəzaya düşdü – 5 yaralı – Foto
Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mektebgushesi.az “Trend”ə istinadən xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb. Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi […]
BMU-nun rektoru universitetə yüksək balla qəbul olan tələbələrlə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüşüb. Artıq yeni tədris ilinin ilk ayının arxada qaldığını, tələbələrin BMU ilə yaxından tanış olduqlarını önə çəkən rektor onların tədris prosesi ilə bağlı rəy və təkliflərini, eləcə də qayğılarını dinləməyə hazır olduğunu diqqətə çatdırıb. Ali təhsil ocağının rəhbəri builki qəbulda […]