Mektebgushesi

Ucqar yerlərdə məktəbəqədər təhsili təmin edən yeni model yaradılıb

  “Çətin əlçatan ərazilərdə məktəbəqədər təhsili təmin edən bir model yaradılıb. Bu model ənənəvi modellərlə müqayisədə 10 dəfə daha ucuz başa gəlir”. Mektebgushesi.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda deyib. O bildirib ki, xüsusilə kənd yerlərində bu prosesi genişləndirmək çətindir: “Bakıda və ətraf […]

Botanika elmində olan yeniliklər şagirdlərə tədris olunacaq

  Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb. İnstitutdan  bildirilib ki, memorandum çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji maarifləndirmə nəzərdə tutulub. Həmçinin botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, […]

ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) SABAH qrupları təşkilatının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İnklüziv təhsil üçün daimi peşəkarinkişaf” layihəsi həyata keçirilib. Layihə çərçivəsində təşkil edilmiş interaktiv seminarda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova “İnklüziv siniflərdə müxtəlif təlim üsulları”, […]

UNEC-in MBA Proqramı nüfuzlu CFA İnstitutunun akkreditasiyasını əldə etdi!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst – CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib. UNEC Biznes Məktəbinin Maliyyə, Qiymətli kağızlar, Risk menecmenti və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış […]

Tural Əhmədov: Bu il 100 bağçada monitorinq aparılıb, yekun hesabat hazırlanır

Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: “Yekun hesabatlar hazırlanaraq aidiyyəti qurumlara verilib. Tövsiyələr verilib”. T.Əhmədov məlumat […]

Xəzər Universitetinin rektoruna qarşı dələduzluq

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Mektebgushesi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur. İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın […]

Şuşada “SİNA – İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada “SİNA – İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, […]

İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub

Ərdəbil əyalətinin Mühəqqiq Ərdəbili Universiteti “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təlim seminarının keçirilməsinə məhdudiyyət qoyub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 16 seansdan ibarət bu seminar öyrəncilərə Ana dilinin öyrədilməsi və inkişaf etdirilməsi məqsədilə hazırlanıb, ancaq universitet rəhbərliyi seminarın təşkilinə süni maneələr yaradıb. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı “Anama […]

Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb

“Statcounter” analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər. Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən məlumat verir. Statistikaya görə, “Google Chrome” liderliyi davam etdirir və payını rekord həddə – 66.31%-ə qədər artırıb. Bu, oktyabr ayı ilə müqayisədə 1.09%, ötən illə müqayisədə isə 4.25% çoxdur. İkinci yerdə “Microsoft Edge” qərarlaşıb, onun payı 0.69% azalaraq 12.87%-ə düşüb. İllik […]

ABŞ alimləri beyin dalğalarını skan etmək üçün elektron “döymələr” tətbiq ediblər

Kaliforniya Universiteti və Texas Universitetinin amerikalı tədqiqatçıları müvəqqəti elektron döymələrdən istifadə edərək beyin dalğalarını ölçmək üçün innovativ texnologiya inkişaf etdiriblər. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Cell Biomaterials” (CBM) jurnalında dərc olunan məqalədə məlumat verilir. Mühəndislər komandası bu yeni araşdırmada baş dərisinin xüsusi sahələrinə keçirici materialdan olan mürəkkəb tətbiq edən robotlaşdırılmış 3D printer yaradıb. […]

Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları 

Hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur.  Azərbaycanda bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşdırılır. BMT Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulan Azərbaycanda əlillərin təhsilinə xüsusi diqqət yetirilir. Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin […]

III Beynəlxalq Türkoloji Konqresə yekun vurulub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin bağlanış mərasimi olub. AMEA-dan bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə əvvəlcə Çankırı Karatekin Universitetinin rektoru professor Harun Çiftçinin videoçıxışı konqres iştirakçılarının diqqətinə çatdırılıb. […]

“Məktəbəqədər təhsildə liderlik” proqramı uğurla davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı uğurla davam edir. Belə ki, onlayn təlimlərlə start götürən proqram üzrə artıq əyani təlimlərin də tədrisinə başlanılıb. “Məktəbəqədər təhsil müəssisələrinin (MTM) idarə olunması və liderlik” modulu üzrə keçirilən […]

AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir. Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək. […]

Naxçıvanda Təhsil Nazirliyinə yeni təyinatlar olub

  Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub. Mektebgushesi.az Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən xəbərə əsasən, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar. Belə […]