Mektebgushesi

Diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib

Oktyabrın 19-da keçiriləcək diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün simulyasiya keçirilib. Simulyativ test Bakı şəhəri üzrə 8 mərkəzdə təşkil edilib. Simulyasiya zamanı namizədlər diaqnostik qiymətləndirilmə prosesinə uyğun olaraq sistemə giriş edərək təqdim olunan nümunə sualları cavablandırıblar. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə […]

Azərbaycanın müstəqilliyinin yenidən bərpası uğrunda mübarizə aparan tarixçi alim – Əsgər Əhmədin doğum gününə

Doğum günü ilə Azərbaycanın ən önəmli tarixi hadisələrindən birinin üst-üstə düşməsi onun həyatına və elmi fəaliyyətinə əlavə simvolik mənalar qatır. Əsgər Sücayət oğlu Əhməd 18 oktyabr 1958 -ci ildə Ağdam rayonu Zəngişalı kəndində anadan olub.  1964 -1974 cü iilərdə Ağdam rayonu Zəngişalı Kənd orta məktəbində təhsil alıb. 1984 -cü ildə  Bakı Dövlət Universitetinin tarix fakültəsini […]

23 ilin prorektoru işdən çıxarıldı – Yerinə baş stomatoloq gətirildi

2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib. “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub. Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 […]

BDU Türkiyənin Balıkesir Universiteti ilə əməkdaşlığı genişləndirir

  Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, memorandumda hər iki universitetin fakültələrində, onların nəzdində fəaliyyət göstərən institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin […]

Aİİ məzunları təhsillərini Malayziyada davam etdirəcəklər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2023/2024-cü tədris ili məzunları magisturatura səviyyəsi üzrə təhsillərini Malayziyada – paytaxt Kuala-Lumpurda   yerləşən Malayziya Beynəlxalq İslam Universitetində (MBİU) davam etdirəcəklər. MBİU və Aİİ arasında imzalanmış Əməkdaşlıq müqaviləsinə əsasən, məzunlar  Universitetin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Aİİ-nin “Dinşünaslıq”  ixtisası üzrə məzunları – Aqşin Məmmədov MBİU-nun “Tarix və sivilizasiya” (History and  Sivilization), Şahin […]

Ənvər Abbasov və “Komedixana”nın təhsil mesajları – Yazıq repetitorlar

Giriş üçün bir neçə söz: əvvəlcə müəllimlər haqqında Müəllimlər elə həmişə gözlərindəki işığı kitabların, dəftərlərin  arasında xərcləyiblər. Gözlərdəki işıqlar itdikcə beyindəki və ən əsası ürəklərindəki  işıqlar da çoxalıb. O qədər çoxaldı ki, bir gün bu müəllimlər (söhbət əsl müəllimdən gedir) ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və… bir də onu […]

Alimlər yerə düşən meteorların mənşəyi müəyyən ediblər

CNRS, Avropa Cənub Rəsədxanası (ESO) və Karlov Universitetindən olan beynəlxalq alim qrupu müəyyən edib ki, Yerə düşən bütün məlum meteorların 70%-i üç gənc asteroid ailəsindən qaynaqlanır. Mektebgushesi.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir. Kəşf göstərir ki, Yerə düşən meteorlar əksərən əsas asteroid qurşağında baş vermiş son toqquşmalar nəticəsində formalaşan Karin, Koronis və Massalia ailələrindən qaynaqlanır. Bu […]

Uğurlu nəticələr göstərən tələbələrin hərbi xidmət keçmələri ilə bağlı QƏRAR

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər. Yeni yaradılan konsepsiyanın məqsədi təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etmək və onların karyera inkişafına töhfə verməkdir. Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisaslar üzrə 600-dən yuxarı bal toplayanlar və beynəlxalq reytinqli xarici universitetləri uğurla bitirənlər […]

Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir

Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini Ermənistanın işğalından azad etməsindən dörd il keçir. Mektebgushesi.az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyev “X” hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan […]

Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb. Görüşdə uşaqların təhsil hüquqları, məktəblərdə […]

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 33 il ötür

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 33 il keçir. Mektebgushesi.az -ın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və […]

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəblərin işə qəbulu qaydalarında dəyişikliklər edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib. Mektebgushesi.az xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb. Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində […]

BDU Ankara İldırım Bəyazid Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara İldırım Bəyazid Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb. Universitetdən  bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. Ankara İldırım Bəyazid Universitetinin əsası 2010-cu ildə qoyulub. Universitetdə 15 fakültə, 5 institut, 1 kollec, 4 peşə məktəbi, 27 tədqiqat mərkəzi, 1 konservatoriya fəaliyyət göstərir və […]

“Young Learners” imtahanına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanına qeydiyyat elan edib. DİM-dən bildirilib ki, imtahana qeydiyyat noyabrın 6-dək davam edəcək. İmtahan dekabrın 22-də “PreA1 Starters”, “A1 Movers” və “A2 Flyers” kvalifikasiyaları üzrə keçiriləcək. Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə […]