Elm və təhsil nazirinin müavini Mavritaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Dekabrın 3-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Mavritaniya İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sid Əhməd əl-Bekaye Hamadi ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.
Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb
Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbəri işdən çıxarılıb. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə Regional Kollecinin rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət […]
DİM dekabrın 6-da GRE imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzində dekabrın 6-da GRE imtahanı keçiriləcək. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2024-cü il dekabrın 6-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi […]
Naxçıvan və İqdırdan olan şagirdlər Çanaqqalada şəhid məzarlarını ziyarət ediblər
İqdır Azərbaycan Dil, Tarix ve Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyi (İqdır Azərbaycan Evi) tərəfindən həyata keçirilən layihə çərçivəsində Naxçıvan və İqdırdan olan şagirdlərin Çanaqqalaya səfəri təşkil edilib. AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Qardaşlıq və tarix: Çanaqqala görüşü” başlığı altında keçirilən layihənin açılış mərasimi olub. Tədbirdə çıxış edən dərnəyin sədri Ziya […]
Ucqar yerlərdə məktəbəqədər təhsili təmin edən yeni model yaradılıb
“Çətin əlçatan ərazilərdə məktəbəqədər təhsili təmin edən bir model yaradılıb. Bu model ənənəvi modellərlə müqayisədə 10 dəfə daha ucuz başa gəlir”. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II beynəlxalq konfransda deyib. O bildirib ki, xüsusilə kənd yerlərində bu prosesi genişləndirmək çətindir: “Bakıda və ətraf […]
Botanika elmində olan yeniliklər şagirdlərə tədris olunacaq
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb. İnstitutdan bildirilib ki, memorandum çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji maarifləndirmə nəzərdə tutulub. Həmçinin botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, […]
ADPU-da “İnklüziv təhsil üçün daimi peşəkar inkişaf” mövzusunda interaktiv seminar keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) SABAH qrupları təşkilatının təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İnklüziv təhsil üçün daimi peşəkarinkişaf” layihəsi həyata keçirilib. Layihə çərçivəsində təşkil edilmiş interaktiv seminarda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova “İnklüziv siniflərdə müxtəlif təlim üsulları”, […]
UNEC-in MBA Proqramı nüfuzlu CFA İnstitutunun akkreditasiyasını əldə etdi!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst – CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib. UNEC Biznes Məktəbinin Maliyyə, Qiymətli kağızlar, Risk menecmenti və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış […]
Tural Əhmədov: Bu il 100 bağçada monitorinq aparılıb, yekun hesabat hazırlanır
Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: “Yekun hesabatlar hazırlanaraq aidiyyəti qurumlara verilib. Tövsiyələr verilib”. T.Əhmədov məlumat […]
Xəzər Universitetinin rektoruna qarşı dələduzluq
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Mektebgushesi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur. İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın […]
Şuşada “SİNA – İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib
Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşada “SİNA – İslam ölkələrinin gənc alimlərinin forumu” keçirilib. “Report”un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, tədbirdə AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, […]
İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub
Ərdəbil əyalətinin Mühəqqiq Ərdəbili Universiteti “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təlim seminarının keçirilməsinə məhdudiyyət qoyub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 16 seansdan ibarət bu seminar öyrəncilərə Ana dilinin öyrədilməsi və inkişaf etdirilməsi məqsədilə hazırlanıb, ancaq universitet rəhbərliyi seminarın təşkilinə süni maneələr yaradıb. Universitetin etirazına səbəb Mədəniyyət Mərkəzinin hazırladığı “Anama […]
Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb
“Statcounter” analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər. Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən məlumat verir. Statistikaya görə, “Google Chrome” liderliyi davam etdirir və payını rekord həddə – 66.31%-ə qədər artırıb. Bu, oktyabr ayı ilə müqayisədə 1.09%, ötən illə müqayisədə isə 4.25% çoxdur. İkinci yerdə “Microsoft Edge” qərarlaşıb, onun payı 0.69% azalaraq 12.87%-ə düşüb. İllik […]
ABŞ alimləri beyin dalğalarını skan etmək üçün elektron “döymələr” tətbiq ediblər
Kaliforniya Universiteti və Texas Universitetinin amerikalı tədqiqatçıları müvəqqəti elektron döymələrdən istifadə edərək beyin dalğalarını ölçmək üçün innovativ texnologiya inkişaf etdiriblər. “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Cell Biomaterials” (CBM) jurnalında dərc olunan məqalədə məlumat verilir. Mühəndislər komandası bu yeni araşdırmada baş dərisinin xüsusi sahələrinə keçirici materialdan olan mürəkkəb tətbiq edən robotlaşdırılmış 3D printer yaradıb. […]
Sağlamlıq imkanları məhdud uşaqların məhdudiyyətsiz təhsil imkanları
Hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşdırılır. BMT Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulan Azərbaycanda əlillərin təhsilinə xüsusi diqqət yetirilir. Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin […]