Səfir paytaxt məktəbində olub
Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed paytaxtdakı 335 nömrəli tam orta məktəbdə olub, müəllim və şagirdlərlə görüşüb. Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər. Görüşün əsas məqsədi STEAM layihəsinin tətbiq olunduğu məktəbdə fənnin tədrisi vəziyyəti, STEAM […]
MDU “IELTS imtahanına təşviq” və “TələbəPlus” layihələrinə qoşulub
Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrlə görüş keçirib. TİF-dən Mektebgushesi.az-a bildirilib ki, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov universitetdə təhsilin modernləşdirilməsi istiqamətində son illərdə görülən çoxşaxəli işləri qonaqların diqqətinə çatdırıb. Ü.Zeynalov Təhsilin İnkişafı Fondu ilə […]
Elm və Təhsil Naziri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edib
Dekabrın 5-də “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi keçirilib. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub. Mektebgushesi.az xəbər verir ki, forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik […]
Kurasiya üzrə məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
Paytaxtın Nizami rayonundakı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşu keçirilib. Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdrəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər. Paytaxtdakı 59 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən görüşdə BŞTİ-nin müdir müavini X.Əhmədzadə məktəbəqədər təhsil müəssisələrində idarəetmənin […]
ADU-nun Konfutsi İnstitutu elmi əlaqələrini genişləndirir
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa və Mərkəzi Asiya şöbəsinin nümayəndəsi Kan Jie ilə görüş keçirilib. Bu barədə ADU-nun Konfutsi İnstitutundan bildirilib. Görüşdə qonağa Konfutsi İnstitutunun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verilib. İnstitutun direktoru Rafiq Abbasov İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi […]
BMU-da qrup nümayəndələri ilə görüşlər keçirilir
Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıqla bağlı fakültələrin qrup nümayəndələri ilə məlumatlandırıcı görüşlər keçirilir. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, mühəndislik fakültəsinin qrup nümayəndələri ilə təşkil olunan görüşdə dekan Asif Quliyev, dekan müavinləri Osman Mirzəyev və Vurğun Qəhrəmanov qış imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şərait […]
ADAU-da əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüş keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılır. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, bu fikirləri 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibəti ilə əlillik dərəcəsi olan bir qrup əməkdaşla görüşdə Universitetin rektoru Zəfər Qurbanov deyib. Rektor bildirib ki, […]
BAAU ilə İzmir Yüksek Teknoloji İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb
Dekabrın 5-də Bakı Avrasiya Universiteti (BAAU) ilə İzmir Yüksek Teknoloji İnstitutu (İYTE) arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimindən öncə görüş keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavş Qasımov, elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, İYTE-nin rektoru, professor Yusuf Baran və […]
ADPU-da IQAinAR layihəsinin yekun konfransı keçirilib
Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi (IQAinAR)” layihəsinin yekun konfransı keçirilib. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor […]
AzMİU-da EBSCO Elmmetrik Məlumat Bazası üzrə Seminar Keçirildi
2024-cü il 3 dekabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) I korpusunun akt zalında müəllim və tələbələrin iştirakı ilə EBSCO elmi məlumat bazasına dair seminar keçirildi. Tədbir dünyanın ən nüfuzlu elmi məlumat bazalarından biri olan EBSCO-nun geniş imkanlarının təqdim olunmasına və ondan effektiv istifadənin yollarının izahına həsr edilmişdi. Universitetdən Mektebgushesi.az-a bildirilib ki, seminarda EBSCO-nun nümayəndələri […]
BDU ilə Rumıniya Universiteti arasında elmi layihələrin həyata keçirilməsi müzakirə olunub
Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Fizika fakültələrində olub, iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparıblar. BDU-dan AZƏRTAC-a bildirilib ki, Coğrafiya fakültəsində keçirilən görüşdə Yassı Universitetinin professoru Mihai Bulainiyə buradakı tədris prosesi, elmi fəaliyyətin təşkili, kadr hazırlığı aparılan ixtisaslar barədə məlumat verilib. […]
Nizami rayon 10 nömrəli məktəbin qəhrəman məzunu: Ələkbərli İbrahim Gündüz oğlu
Nizami rayonunda yerləşən 10 nömrəli məktəbin məzunları arasında öz həyat yoluyla örnək olan və məktəbimizin adını şərəfləndirən şəxsiyyətlərdən biri də Ələkbərli İbrahim Gündüz oğludur. Ələkbərli İbrahim 1994-cü il aprelin 14-də Gəncə şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhəri Nizami rayon 10 nömrəli məktəbin birinci sinfinə qəbul olunub. Ənənəvi dəyərlər və elmin ön planda olduğu […]
“UNEC Könüllülük Həftəsi”nə start verilib
Dekabrın 5-dən Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllülük Həftəsi”nə start verilib. Dekabrın 11-dək davam edəcək olan layihənin məqsədi tələbələrdə könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onlara sosial məsuliyyət anlayışını aşılamaq və ictimai fəallığı artırmaqdır. UNEC Könüllülük Həftəsi, həmçinin, gənc nəslin sosial məsələlərə, cəmiyyətin inkişafına və ümumi rifaha xidmət edən məsələlərə daha çox diqqət yetirməsini hədəfləyir. […]
Qafqazşünaslıq İnstitutu 2024-cü ilin hesabatını təqdim edib
AMEA-nın Qafqazşünaslıq İnstitutu 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını təqdim edib. İnstitutdan bildirilib ki, direktor vəzifəsini icra edən dosent Ramilə Dadaşova elmi müəssisədə bu il 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 tədqiqat işi aparıldığını bildirib. Diqqətə çatdırıb ki, araşdırılan mövzular Qafqaz dövlətlərinin daxili siyasi və sosial-iqtisadi problemlərini, Qafqazda dövlətlərarası […]
Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə – seminar
Audiovizual Şura Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün “Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə” mövzusunda təlim təşkil edib. Təlim BDU, Audiovizual Şura və Medianın İnkişafı Agentliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq keçirilib. BDU-dan bildirilib ki, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova bu cür təlimlərin tələbələrin audiovizual media və […]