Mektebgushesi

Məhkəmə prorektorun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı qərar verib

Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. APA xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Fərid Əyyubovun sədrliyi ilə bu gün keçirilən prosesdə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə […]

Müəllim şagirddən xəbərsiz onun çantasını YOXLAYA BİLƏR? – Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdən birində valideyn müəllimin gizlin edilən əməlindən gileylənib. Valideyn qeyd edib ki, müəllim onun övladından xəbərsiz çantasını yoxlayaraq telefonunu götürüb və ilin sonunda qaytaracağını deyib. Bəs maraqlıdır, müəllimin şagirddən xəbərsiz onun çantasını yoxlamağa ixtiyarı varmı? Bu məsələ nizamnamədə necə tənzimlənir? Sözügedən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

BMU ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında əməkdaşlığa dair saziş imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə İqlim Böhranına Cavab Layihə Qrupu arasında saziş  imzalanıb. “Qlobal iqlim böhranına cavab vermək üçün tərəfdaşlığın yaradılması” haqqında sənədi BMU-nun rektoru Yaqub Piriyev və İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri, Koreya Respublikasının İNHA Universitetinin professoru Jungho Kim imzalayıb. Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev Cənubi Koreya və Azərbaycan arasında münasibətlərin tarixinə toxunub, […]

UNEC-də prorektor vəzifəsinə yeni təyinat olub

UNEC-də növbəti təyinat olub. Bu barədə Mektebgushesi.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib. Universitetdən bildirilib ki, Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub. Qeyd edək ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət təminat şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.

Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ali təhsil sahəsində aktual mövzuların müzakirəsi üçün universitetləri təşəbbüskar olmağa dəvət edib. Təhsil proqramlarından danışan müşavir bildirib […]

Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında verilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, tarix boyu türk mənşəli xalqlar və etnik qruplar Azərbaycandan keçməklə fərqli ərazilərdə yayılmış, öz mədəniyyətlərini qurmuş və inkişaf etdirmişlər. […]

İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu başa çatır

Elm və Təhsil Nazirliyinin elan etdiyi “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu bu gün başa çatır. Nazirlikdən Mektebgushesi.az -a bildirilib ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.  

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan  bildirilib ki, iclasda müzakirə olunan birinci məsələ “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ötən ilin noyabr ayında AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, […]

Azərbaycanlı tələbələr Rumıniya və Tacikistanda təqaüdlə təhsil alacaqlar

  2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində keçirilmiş müsabiqə nəticəsində iki nəfər Azərbaycan Respublikası vətəndaşının namizədliyi Rumıniya tərəfindən müsbət qiymətləndirilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, qaliblər HTP çərçivəsində Rumıniyanın Babeşa-Boyyai Universitetində iqtisadiyyat və idarəetmə və təbiət elmləri sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar. Bununla yanaşı, Tacikistanın Təhsil və […]

BRICS universitetlərinin ilk reytinq cədvəli təqdim olunub

  Reytinqlərin Təşkili Assosiasiyası (RTA) BRICS universitetlərinin ilk pilot reytinq cədvəlini təqdim edib. Reytinqə 10 ölkənin – Braziliya, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Efiopiya, Cənubi Afrika Respublikası, İran, Misir, Birləşmiş Ərəb Əmirliyinin  600 ali təhsil müəssisəsi cəlb olunub. Reytinqdə Çinin 207, Rusiyanın 161, Hindistanın 93, Braziliyanın 55, İranın 27, digər dövlətlərin toplam 20 universiteti iştirak […]

Musa Qasıml Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib

VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsindən azad edilib. Mektebgushesi.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında məlumat verilib. Qeyd olunub ki, institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Direktor vəzifəsinin icrası elmi işlər üzrə direktor […]

BMU ilə Birləşmiş Ərəb Əmirlikləri Universiteti birgə tədqiqatlara başlayır

  Bakı Mühəndislik Universiteti (BMU) Birləşmiş Ərəb Əmirlikləri Universiteti (BƏƏU) ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 3  istiqaməti üzrə ortaq tədqiqatlar aparacaq. Hər iki üniversitetin  müəllim və tələbələrinin işitrakı ilə DİM-in “Təmiz su və sanitariya”, “Sərfəli və təmiz enerji”, “İqlim dəyişikliyinə qarşı mübarizə” istiqamətlərində komanda formalaşdırılacaq və seçilmiş komandalar yaxın günlərdə birlikdə tədqiqata başlayacaqlar. Vurğulamaq vacibdir […]

Bakı Qızlar Universitetində oğlan tələbələr təhsil alırlar?

Bakı Qızlar Universitetində oğlan tələbələrin təhsil aldığı barədə məlumatlar yayılıb. Xezerxeber.az-ın məlumatına görə, bir neçə gündür ki, sosial şəbəkələrdə Qızlar Universitetində oğlanların da təhsil alması ilə bağlı müzakirələr gedir. Kimisi qınayır, kimisi də haqq qazandırır. Məsələyə Bakı Qızlar Universitetinin Tədris işləri üzrə prorektoru Havva Avbullayeva aydınlıq gətirib. O bildirib ki, 33 yaşlı universitetin fəaliyyəti dövründə […]

Bağçalarda işləyən tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi nə vəd edir?

Bəzi valideynlər dövlət bağçalarında fəaliyyət göstərən müəllimlərin pedaqoji və psixoloji olaraq vəzifələrini doğru yerinə yetirə bilməməsindən şikayət edirlər. Ölkədə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmə həyata keçirilib. Maraqlıdır, bağça müəllimlərinin bilik və bacarıqlarının diaqnostik yoxlanması nə dərəcədə məqsədəuyğundur? Həqiqətən, bu […]

Alimlərin qorxulu açıqlaması: Antibiotiklər təsirini itirir, 40 milyon adam ölə bilər

Müasir tibb narahatedici bir tendensiya ilə üzləşib – antibiotiklərin effektivliyi sürətlə azalır. Bunun səbəbi dərmanlara qarşı davamlı olan mikroorqanizmlərin sürətlə artan sayıdır. Oxu.Az-ın “Bild”ə istinadla verdiyi məlumata görə, bu barədə Paul Erlix İnfeksion Terapiya Cəmiyyətinin prezidenti Matias Plets deyib. “Biz müasir tibb nailiyyətlərini itiririk və penisillinin kəşfindən əvvəlki dövrə qayıdırıq”, – deyə ekspert təəssüflənib. Ekspertlər […]