Mektebgushesi

Pedaqoji Kollecdə “Allaha salam” filmi təqdim edilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Allaha salam” filminin təqdimatı keçirilib. Təqdimatda filialın rəhbərliyi,  müəllim və tələbə heyəti, kollecin məzunu olmuş şəhidlərin ailə üzvləri, qazilər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva və filmin yaradıcı heyəti iştirak ediblər. Filmin təqdimatından sonra ADPK-nın direktoru dosent İsrayil İsgəndərov yaradıcı […]

Pedaqoji Universitet Hacettepe və Hacı Bayram Veli universitetləri ilə əməkdaşlığı genişləndirir

    Dekabrın 5-də Türkiyənin Hacettepe Universitetinin Təhsil fakültəsinin dekanı professor Şəfiqə Şule Ərçətin və Hacı Bayram Veli Universitetinin dosenti Şuay Nilhan Açıqalın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar. Qonaqlarla görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işlər üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Beynəlxalq əlaqələr şöbəsinin […]

ADPU-da IQAinAR layihəsi çərçivəsində təlim səfəri yekunlaşıb

    2-6 dekabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) adlı Erasmus + layihəsi çərçivəsində yekun görüşlər keçirilib. Layihənin yekun tədbirlərində layihə konsorsiumunun üzvü olan 8 […]

Paytaxtda yeni uşaq bağçası istifadəyə verilib 

    Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli uşaq bağçası istifadəyə verilib. Açılış tədbirində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, İdarənin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin […]

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün mühazirələr təşkil olunub

    Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün mühazirələr keçirilib. Mühazirələr Gürcüstanda fəaliyyət göstərən Biliklərin İnteqrasiyası İnstitutu Tədqiqatlar və qrantlar şöbəsinin direktoru, professor Elmira Ahmedova tərəfindən Aİİ-də təşkil olunub. Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını səmimi salamladıqdan sonra, məruzələr üçün qonağa təşəkkürünü bildirib. Rektor silsilə mühazirələrin tələbələrin dünyagörüşlərinə, təhsillərinə müsbət təsir göstərəcəyini qeyd edib, […]

ADPU-da magistrantların Milli Məclisin deputatı MehribanVəliyeva ilə görüşü keçirilib

  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva ilə görüş və açıq dərs keçirilib. “Müasir təhsil və elmi idarəetmə məsələləri” mövzusunda təşkil edilən görüşdə ADPU-nun Təhsilin təşkili və idarə edilməsi (MBA) və Təhsil üzrə marketinqin təşkili və idarə olunması (MBA) ixtisaslaşması üzrə təhsil alan […]

ADPU-da Beynəlxalq Könüllülər Günü qeyd olunub

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılğı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr edilmiş “ KönüllüSƏN, ən öndəSƏN” adlı bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qeyd edib ki, Birləmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1985-ci ildən […]

“Kiçik Akademiya”ların hesabat konfransı keçirilib

Xətai rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransı keçirilib. Paytaxtdakı 27 və 86 nömrəli tam orta məktəblərin təşkilatçılığı ilə keçirilən konfransda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş […]

UNEC proqramları FIBAA akkreditasiyasından keçdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura üzrə 3 ixtisas proqramı və 10 ixtisaslaşması – İqtisadiyyat (İqtisadi nəzəriyyə, İqtisadi siyasət, Qiymətqoyma, Ekonometrika, Turizmin iqtisadiyyatı), Maliyyə (Bankçılıq, Vergitutma, Maliyyə nəzarəti, Maliyyə bazarları), Biznesin idarə edilməsi (Biznesin təşkili və idarəedilməsi) – FIBAA-nın (Almaniya) beynəlxalq akkreditasiyasını qazanıb. Xüsusilə sevindiricidir ki, FIBAA Akkreditasiya Sertifikasiya Şurasının Qərarı ilə akkreditasiya şərtsiz və 5 il müddətinə verilib. […]

Musiqi məktəblərinin müəllimləri attestasiyadan keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə attestasiyanın keçirilməsi nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, bu barədə dekabrın 6-da Muzey Mərkəzində keçirilən mətbuat konfransında bildirilib. Mətbuat konfransında attestasiyanın hansı müddət ərzində və hansı mərhələlərlə keçirilməsi məsələsinə Mədəniyyət […]

Hikmət Əlizadə: “Alimlərimizin impakt faktorlu jurnallara çıxışı üçün dəstək göstərilməlidir” 

“Elm və ali təhsil müəssisələrində çalışan elm adamlarının impakt faktorlu jurnallarda məqalələrinin çap edilməsi ilə bağlı dəstəyə və düzgün istiqamətləndirməyə ehtiyac var”. “Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində keçirilən görüşdə deyib. Şura sədri həmçinin təhsilalanlara etika və plagiarizmdən […]

Ülkər Səttarova: İlk dəfə 13 ali təhsil müəssisəsinin büdcə əsaslı Fəaliyyət Planı təsdiq edilib

“İlk dəfə olaraq 13 ali təhsil müəssisəsinin büdcə əsaslı Fəaliyyət Planları Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla təsdiq edilib”. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşdə deyib. O bildirib ki, bu addım ali təhsil müəssisələrində […]

“Hər bir akademik uğurun əsası riyaziyyatdır” layihəsinin icrasına başlanılıb

“Hər bir akademik uğurun əsası riyaziyyatdır” layihəsinin icrasına başlanılıb. Mektebgushesi.az xəbər verir ki, VIII qrant müsabiqəsində qalib gəlmiş “Hər bir akademik uğurun əsası riyaziyyatdır” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə çərçivəsində Khan Academy materiallarına əsaslanan 4 aylıq dərs proqramı hazırlanacaq və 25 nəfər şagirdə həftədə 2 dəfə, hər dərs […]

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə İctimai Şura arasında görüş keçirilib

Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Mektebgushesi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib. İctimai Şuranın […]

Nazir müavini: Təhsilin bütün pillələrində yaşıl bacarıqların inkişafına xüsusi diqqət yetirilməlidir

  Təhsil cəmiyyətimizin ən güclü alətlərindən biridir. İnsanların düşüncələrini, yanaşmalarını dəyişmək və düzgün qərar qəbulunu təmin etmək üçün təhsil müstəsna rol oynayır. Təhsil vasitəsilə biz gənclərimizə bilik, azad düşüncə və səhvlərə qarşı həssas yanaşma kimi vacib dəyərlər aşılayırıq. İqlim dəyişikliyinə qarşı mübarizədə strateji yanaşmaların formalaşdırılmasında təhsilin rolu danılmazdır. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri elm və […]