Mektebgushesi

Qarabağ Universitetinə yeni təyinatlar olub – FOTO

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Vəli Universitetinin professorları Evrən Güçər və Metexan Tolon 2024/2025-ci tədris ilində Qarabağ Universitetində fəaliyyət göstərəcəklər. Bu barədə Qarabağ Universitetindən Mektebgushesi.az-a məlumat verilib. Bilirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov hər iki professorla görüşərək onları təbrik edib. Rektor professorlarla tədris, tədqiqat və idarəetmə sahəsində fəal iştirakları […]

Rusiyada məktəblinin atəş açması ilə bağlı daha bir insident yaşanıb

Rusiyada məktəblinin atəş açması ilə bağlı daha bir insident yaşanıb. Nəticədə bir uşaq xəsarət alıb. Hadisə Yamalda qeydə alınıb. Tənəffüs zamanı şagird sinif yoldaşları ilə tualetə gedib və orada şagirdlərdən birinin ayağına atəş açıb. Zərərçəkənə yerində yardım göstərilib, yaralanma ciddi olmayıb. Qeyd olunub ki, yeniyetmənin pnevmatik tapançanı məktəbə keçirə bilməsinə səbəb metal detektorların plastik korpusa […]

BAAU-da “Gələcəyə mən sahibəm” mövzusunda maarifləndirici diskussiya keçirilib  

Oktyabrın 22-də Bakı Avrasiya Universitetində (BAAU) BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) həsr edilmiş “Gələcəyə mən sahibəm” mövzusunda maarifləndirici diskussiya keçirilib. Universitetin Tərcümə kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə BAAU-nun akademik və inzibati heyət üzvləri, həmçinin “Tərcümə (fransız dili)” ixtisasının IV kurs tələbələri iştirak ediblər. Diskussiya […]

AzMİU-nun Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlanma imkanları müzakirə edilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Koreyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib. Görüş Elm və Təhsil Nazirliyinin tabeliyində olan Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə baş tutub. AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova koreyalı qonaqları qəbul edərək universitet haqqında məlumat verib və birgə əməkdaşlıq perspektivlərindən söhbət açıb. Görüşdə Deltatech – KOREA şirkətinin rəhbəri Seong Ho […]

Təhlükəsiz məktəb mühitinin qorunmasına dair monitorinq

Paytaxtda 188 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyinin gücləndirilməsi və daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması məqsədilə aparılan monitorinqlər çərçivəsində növbəti görüş keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildirilib ki, görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, “Məktəblinin […]

BANM-da Gənclərin Ekoloji Sinerji Mərkəzi təsis olunub

Bakı Ali Neft Məktəbində (BANM) Gənclərin Ekoloji Sinerji Mərkəzi (YES! Center – Youth Ecological Synergy Center) təsis edilib. Bu barədə  BANM-dən məlumat verilib. Mərkəzin açılış mərasimində rektor Elmar Qasımov gənclərin ekoloji maarifləndirilməsinin və davamlı inkişafın əhəmiyyətindən bəhs edərək, Mərkəzin bu istiqamətdə böyük rol oynayacağını vurğulayıb. Sonra Mərkəzin baş mentoru və elmi rəhbəri, professor Fuad Vəliyev […]

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarusda işgüzar səfərdə olub

21 oktyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub. 21 oktyabr 2024-cü il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub. Mektebgushesi.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Səfər çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Turizm və […]

Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər

Böyük Britaniya Lordlar Palatasından iki lord – uzun müddət Mühafizəkarlar Partiyasının sədri vəzifəsini icra etmiş Lord Darren Mott və 7 il İşçi Partiyasının Baş Katibi vəzifəsini icra etmiş Lord Iain McNicol ADA Universitetində təşkil edilmiş “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış etmək üçün “Qarabağ” Futbol Klubunun prezidenti, iş adamı Tahir Gözelin qonağı olaraq Bakıya […]

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. DİM-dən bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil ediləcək. Sentyabrın 11-dən oktyabrın 7-dək imtahana qeydiyyat aparılıb və bu müddət ərzində 143 namizəd qeydiyyatdan keçib. Saat 11:00-da başlanacaq imtahan bir […]

UNEC-də Səadət Qəndilova və Arif Şəkərəliyevin yubiley tədbiri keçirilib

  UNEC-in tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, dosent Səadət Qəndilovanın və Əməkdar elm xadimi, UNEC-in professoru, “Şöhrət” ordenli Arif Şəkərəliyevin 75 illik yubileylərinə həsr olunan tədbir keçirilib. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov həyatını UNEC-lə bağlayan hər iki yubilyarın səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Sonra UNEC-in Elmi Şurasının qərarı ilə universitetin tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, […]

“BilBacar” müsabiqəsində iştirak etmək üçün 150 min şagird qeydiyyatdan keçib

  Hazırda 987 ümumi təhsil müəssisəsi üzrə 150 min şagird “BilBacar” müsabiqəsindən qeydiyyatdan keçərək hazırlıq mərhələsinə başlayıb. Təhsil İnstitutundan Mektebgushesi.az -a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları praktik vəziyyətlərdə tətbiqetmə qabiliyyətlərini qiymətləndirməkdir.

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

  İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb, onları qazandıqları uğur münasibətilə təbrik edib. Nazirlikdən bildirilib ki, müsabiqənin əməkdaşların bilik və bacarıqlarının, liderlik və strateji düşünmə xüsusiyyətlərinin aşkarlanması üçün yaxşı fürsət olduğunu vurğulayan nazir müavini karyera yüksəlişi ilə bağlı şəxsi təcrübəsini bölüşüb, iştirakçıların fəaliyyəti, peşəkar hədəfləri ilə maraqlanıb. […]

İmtahanlarda istifadə edilən qiymətləndirmə materiallarının işlənməsinə dair hazırlıq kursları təşkil olunacaq

  Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kursları təşkil edir. DİM-dən bildirilib ki, hazırlıq kursları Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənlərini əhatə edir. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji […]

İranın Ərdəbil əyalətində qar yağması səbəbindən məktəblər bağlanıb

  İranın Ərdəbil əyalətində qar yağması səbəbindən bir sıra şəhərlərin səhər növbələrində məktəblər bağlanıb. Mektebgushesi.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Ərdəbil əyalətinin İctimaiyyətlə əlaqələr və təhsildə informasiya üzrə idarənin başçısı Həsən İsgəndərzadə bildirib. Onun sözlərinə görə, əyalətin Ərdəbil, Xalxal, Səreyn və Meşginşəhr şəhərlərində məktəbəqədər və ibtidai məktəblər qısa müddətə bağlanıb. Həsən İsgəndərzadə bildirib ki, yuxarı […]

Avropa Azərbaycan Məktəbinin direktoru BDU tələbələrinə təlim keçib

Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini Bakı Dövlət Universitetində (BDU) “Gənclərin liderlik bacarıqlarının gücləndirilməsi” mövzusunda təlimi keçirib. Təlimdə BDU-nun tələbə və magistrantları iştirak ediblər. BDU-dan bildirilib ki, Françesko Bançini “Lider kimdir?”, “Liderin keyfiyyətləri” və “Liderlik bacarıqlarını inkişaf etdirməyin metodları” mövzularında təqdimat edib. O, liderlik anlayışı və onun başlıca xüsusiyyətləri, bu bacarıqların inkişaf etdirilməsi yolları, məqsəd […]