Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində inkişaf imkanları müzakirə edilib
Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili […]
UNEC-də yeni rubrika: “Tələbə və məzunlar yazır”
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təşəbbüsə imza ataraq, tələbə və məzunları üçün unec.edu.az saytının xəbər bölməsində (UNECNews) xüsusi rubrika açıb. Yeni rubrika tələbə və məzunlara müxtəlif sahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlı və aktual mövzularla bağlı yazılarını geniş auditoriya ilə paylaşmaq imkanı yaradır. Tələbə və məzunlar yazılarını media@unec.edu.az e-ünvanına göndərə bilərlər. Təqdim edilən […]
COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” layihəsi keçirilib. 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və layihələr üzrə meneceri […]
Ceyhun Məmmədov – Bu gün Ağdam özünün inkişaf dövrünü yaşayır
Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 4-cü ili tamam olur. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə […]
Azərbaycanlı alim onkoloji xəstəliklərin müalicəsində proton terapiyasının əhəmiyyətindən danışıb
Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) onkoloji xəstəliklərin müalicəsi üçün yüksəktəsirli cihazların hazırlanması üzərində iş aparılır. Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində fizika elmləri doktoru, dosent, Nüvə fizikası laboratoriyasının aparıcı elmi işçisi Mətləb Mirzəyev söyləyib. O bildirib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin ilk dəfə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna gəlməsi burada fəaliyyət […]
Qarakənd faciəsindən 33 il ötür
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 33-cü ildönümüdür. Mektebgushesi.az xatırladır ki, 1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi […]
COP29 – “Yer üçün ünsiyyət – uşaq ekoloqun perspektivi”
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Mektebgushesi.az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Konfransın onuncu gününün proqramını təqdim edirik: Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə tədbirlər: 09:00 – 10:30. […]
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib
Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi vəfat edib. Mektebgushesi.az xəbər verir ki,. universitetin İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Məmmədova Məhsəti İsa qızı dünyasını dəyişib. Pedaqoji Universitetin rəhbərliyi və professor-müəllim kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah rəhmət eləsin!
Bu gün Ağdam Şəhəri Günüdür
Ağdamın işğaldan azad edilməsindən 4 il ötür. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə […]
UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və QS Beynəlxalq Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib. Rektor Ədalət Muradov görüşdə UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsas strateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə həyata keçirilən yeniliklərdən və əldə […]
COP29 çərçivəsində gənc müəllimlər üçün beynəlxalq layihə həyata keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə “Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi” layihəsi keçirilib. Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib. Bildirilib ki, 5 gün müddətində həyata keçirilən layihənin ilk günü Azərbaycan Gənc Müəllimlər […]
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə,görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər. Görüş zamanı “TikTok” şirkəti ilə elm […]
AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Rəyasət Heyətində müşavirə keçirilib. AMEA-dan bildirilib ki, müşavirədə AMEA-nın 80 illiyi ilə əlaqədar hazırlanan nəşrlərlə bağlı müzakirə aparılıb. Müşavirədə çıxış edən akademik İsa Həbibbəyli akademiyanın yubileyi ilə bağlı çapı nəzərdə tutulan monoqrafiyalar haqqında ətraflı məlumat verərək diqqətə çatdırıb ki, “Simalar” kitabı artıq son redaktə mərhələsindədir. AMEA rəhbəri, […]
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru Luis Benveniste ilə görüşüb. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib. Qeyd edək ki, Luis […]
Azərbaycanın 7 universiteti “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub
İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən reytinqdə ilk […]