Mektebgushesi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Code8 Hakatonu keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil edilən Code8 Hakatonu böyük maraqla qarşılanıb. Tədbir texnologiya və yaradıcılığın birləşdiyi, həm universitet tələbələri, həm də proqramlaşdırma sahəsində olan peşəkarları bir araya gətirən bir platforma olub. Hakatonun əsas məqsədi gələcəyin proqramçıları olan gəncləri peşəkar mütəxəssislərlə bir araya gətirərək onların təcrübə qazanmalarını və sahəyə aid biliklərini artırmalarını təmin […]

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Dekabrın 9-da 27 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 81 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 5-i inzibati vəzifələrin dördüncü təsnifatına, 15-i beşinci təsnifatına, 15-i altıncı təsnifatına və 46-sı yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə […]

Peşə və ixtisas seçimini abituriyentlər deyil, digər şərtlər müəyyən edir

Azərbaycan təhsil sistemində xeyli problemlər var və bunun həlli ciddi islahatlar tələb edir. Məsələ burasındadır ki, təhsil iqtisadi sistemə uyğun qurulmalıdır. Bizdə isə hələ də eksperimentlər aparılır və ciddi nəticələr əldə olunmayıb. Bəzi peşələrə marağın azalması, bəzi peşələrin arxa plana keçməsinin müxtəlif səbəbləri var. Təhsil üzrə ekspert Nadir İsrafilov KONKRET.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik. […]

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və EDU Company Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Xəmsə” Bilik Yarışı – 2024 tədbiri baş tutub. Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək və onun mübariz, məqsədyönlü həyat yolunu iştirakçılara örnək olaraq təqdim […]

Akademik Rasim Əliquliyev: “Müasir dövrdə mühəndis kadrların hazırlanmasında riyazi biliklərin tədrisinə xüsusi diqqət vermək lazımdır”

Elm və təhsil müəssisələrinin qarşısında süni intellekt texnologiyaları, data-mühəndislik, data analitika, kibertəhlükəsizlik və bu kimi sahələrdə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı mühüm vəzifələr dayanır. www.science.gov.az saytı xəbər verir ki, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfransının açılış mərasimində çıxışı zamanı bu […]

“Fundamental Astronomiya” kitabının təqdimatı keçirilib

Tusi-Bohm Planetariumda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində dünyaca məşhur “Springer Nature” nəşriyyatının çap etdirdiyi “Fundamental astronomy” (Hannu Karttunen, Pekka Kröger, Heikki Oja, Markku Poutanen, Karl Johan Donner) kitabının azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib. Təqdimat mərasiminin açılışında ilk olaraq Həvəskar Astronomlar Cəmiyyəti İctimai […]

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

9 dekabr 2024-cü il tarixində 27 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 81 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. Daxili müsahibə elan edilən vəzifələrin 5-i inzibati vəzifələrin dördüncü təsnifatına, 15-i beşinci təsnifatına, 15-i altıncı təsnifatına və 46-sı yeddinci təsnifatına aiddir. Qeyd edək ki, daxili müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan […]

Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə vakansiya elan olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə vakansiya elan olunur. Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul müsabiqəsində (11-24 sentyabr 2024-cü il tarixində keçirilmiş) uğur qazanmış, müsahibə balı 2 və daha çox olan namizədlər yeni vakant yerlər üçün ehtiyat […]

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin finalçıları təlimlərə cəlb olunub

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin final mərhələsində iştirak etmək hüququnu qazanan komandalar üçün təlimlər keçirilib. Təlimlərin əsas məqsədi şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqənin final mərhələsinə hazırlığının təmin olunmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsində və Məktəb-Lisey Kompleksində keçirilən təlimlər zamanı vəkil Rəhim Həsənzadə və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin mətbuat katibi Aydan İsmayılova “Cinayət hüququ” […]

Sumqayıt Dövlət Texniki Kollecində debat keçirildi

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Publik Hüquqi Şəxsin kitabxanasında 6 dekabr tarixində “Kitab oxumaq niyə vacibdir?” mövzusunda müzakirə-debat keçirildi. Müzakirədə kollecin tələbələri, kitabsevərlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan kitabxana müdiri, yazıçı Günel Eyvazlı (Əlizadə) dünya yazarları, Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat verdi. Düzgün mütaliə bacarığının, musiqi zövqünün, oxu vərdişinin formalaşması, […]

Hindistanda iki məktəb bomba təhdidləri alıb

Hindistanın paytaxtı Yeni Dehlidə iki məktəbə bomba qoyulması barədə xəbərlər yayılıb. Mektebgushesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Təhsil müəssisələrinə bombalarla bağlı xəbərdarlıq məktubları elektron poçt vasitəsilə göndərilib. Məktəb əraziləri mühasirəyə alınıb və bazar ertəsi dərslər ləğv edilib. Təhlükəsizlik yoxlamasından sonra heç bir şübhəli əşya aşkar edilməyib. Son aylarda Hindistanda […]

AMEA-nın prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında illik hesabat iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, hesabat iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, vitse-prezident akademik İradə Hüseynova, akademik-katib akademik Arif Həşimov, elmi ictimaiyyətin nümayəndələri və Elmi Mərkəzin kollektivi iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət […]

ADPU-da tələbələrin fərdi inkişafına dəstək verən layihələr davam edir

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin intellektual və yaradıcı potensiallarının dəstəklənməsi, şəxsi inkişaf və dil biliklərinin təkmillşdirilməsinə yönəlmiş silsilə layihələrin növbəti mərhələsi baş tutub. ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) nəzdində fəaliyyət göstərən Dil və Musiqi dərnəklərinin növbəti dərsləri təşkil edilib. Dərnəklər çərçivəsində Məktəbəqədər təhsil fakültəsinin tələbəsi Aydan Süleymanlı tərəfindən piano, İncəsənət və […]

ADA Universitetinin 3-cü Məzun Forumu İtaliyada keçirilib

ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib. AZƏRTAC xəbər verir ki, “İlhamlandır. Təsir et. Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA […]

Pedaqoji Universitetdə keçirilən “Zəfər Turniri” yekunlaşıb

Dekabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Turniri”nin final mərhələsi keçirilib. Turnir 44 günlük Vətən müharibəsi şahidlərinin xatirəsinə ithaf olunub. 36 komandada 210 nəfərdən çox tələbənin iştirakı ilə başlanan turnirin final mərhələsində 8 komanda 4 mərhələdə […]