“Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” – forum
Botanika İnstitutunda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bioloji müxtəlifliyin mühafizəsi: botanika, ekologiya və yaşıl şəhərlər” adlı forum keçirilib. Bu barədə Mektebgushesi.az –a institutdan bildirilib. Forumun açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici alim və mütəxəssislər iştirak ediblər. Tədbirdə çıxış edən Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva COP29 çərçivəsində […]
UNEC ilə Mathias Corvinus Kolleci arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) Macarıstanın Mathias Corvinus Kolleci arasında yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı görüş olub. UNEC-dən bildirilib ki, görüşün əsas məqsədi iki universitet arasında əməkdaşlıq imkanlarını araşdırmaq və beynəlxalq akademik tərəfdaşlığı gücləndirmək olub. Qarşılıqlı müzakirələr zamanı beynəlxalq akademik tərəfdaşlıqların inkişaf etdirilməsi, tələbə və müəllim mobilliyinin artırılması, eləcə də təcrübə mübadiləsi […]
Emin Əmrullayev: PISA-ya ətraf mühit savadlılığının ölçülməsini təklif etmişik
Azərbaycan PISA tədqiqatlarına ətraf mühit savadlılığının ölçülməsini təklif edib. Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib. O bildirib ki, noyabrda COP29 çərçivəsində Azərbaycanda keçiriləcək elm və təhsil nazirlərinin görüşündə də bu məsələ müzakirə ediləcək. “PISA-da oxu, riyaziyyat və təbiət elmləri ilə yanaşı, ətraf […]
STEAM Azərbaycan layihəsinin rəhbəri: 900-dən çox yarışmaçı SAF 2024-də iştirak edir
“Builki SAF-da 900-dən çox yarışmaçı iştirak edir”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov Yaşıl STEAM Azərbaycan Festivalında deyib. O qeyd edib ki, builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, ABŞ və Slovakiya da daxil olmaqla 15 ölkəni […]
TKTA -dan müraciət – Diplom tanınması ilə bağlı yalan vədlərə aldanmayın
Son dövrlər sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir. TKTA-dan məsələ ilə bağlı Mektebgushesi.az-a bildirilib ki, agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq […]
Elm və Təhsil Naziri: SAF- da yer alan ölkələrin sayı artıb
“SAF-da heç kim məğlub olmur. Burada hamımız qalibik”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalında deyib. O qeyd edib ki, SAF artıq 4 ildir keçirilir. “SAF regionda təhsil sahəsində ən çox dövləti, şagirdi cəlb etmiş tədbirdir. Hər il bu zalda asılan xarici ölkələrin bayraqlarının sayı artır. […]
Seçilmiş özəl bağçalara qeydiyyata start verilib
Seçilmiş özəl bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və 1 noyabr saat 17:00-dək davam edəcək. Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli, özəl məktəbəqədər […]
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə oktyabrın 27-də imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib. Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin […]
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılışı olub
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Festivala həsr olunan videoçarxın nümayişindən sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bugünkü […]
Çilidə internat məktəbində partlayış nəticəsində 35 şagird xəsarət alıb
Çilinin paytaxtı Santyaqoda internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində azı 35 şagird xəsarət alıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Bio Bio” radiostansiyası məlumat yayıb. Hadisə məktəbin sanitar qovşağında “Molotov kokteyli” hazırlayarkən baş verib. Ehtiyatsız davranma səbəbindən partlayış, ardınca isə yanğın olub. Xəstəxanaya yerləşdirilən 11 şagirdin vəziyyəti ağırdır. Onların yaşı 15-18 arasında dəyişir. Səlahiyyətli orqanlar hadisə […]
Bakı Avrasiya Universiteti “Yaşıl dünya naminə hərməylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib
Oktyabrın 23-də Bakı Avrasiya Universiteti (BAAU) Nərimanov rayonu ərazisində yerləşən parkda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib. Ekoloji davamlılığı təmin etmək, ətraf mühiti qorumaq və yaşıllaşdırmaq məqsədilə keçirilən aksiyada BAAU-nun akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər. Park ərazisində BAAU kollektivi tərəfindən 100 ağac əkilib, suvarılıb və onlara qulluq […]
Şagird təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilir
Paytaxt məktəblərində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə maarifləndirici tədbirlər keçirilir. Tədbirlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi” mövzusunda təlimatına əsasən təşkil olunur. Belə ki, təhlükəsizlik tədbirləri ilə bağlı şagirdlərin, valideynlərin maarifləndirilməsi və onların məsuliyyətinin daha da artırılması üçün “Təhlükəsizlik günü” adlı tədbirlər, valideynlərin iştirakı ilə “Şagird […]
Ceyhun Məmmədov – Qubadlının azad olunmasından 4 il ötür
Artıq qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş günlərini deyil, işğalından azad edilməsi günlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Qubadlı şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən dörd il ötür. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə […]
ADPU SİM “Peşəkar təcrübə proqramı”na start verib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) ADPU-da magistratura və doktorantura səviyyəsində təhsil alan və ya almış şəxslər üçün elan etdiyi könüllü əsaslarla “Peşəkar təcrübə proqramı”nın seçim mərhələsi başa çatıb. 60-a yaxın müraciətin olduğu proqramda uyğun namizədlər müsahibəyə dəvət olunub. Namizədlərdən 7 nəfəri müsahibədən uğurla keçərək təcrübəçi olaraq seçilib və oktyabrın 23-dən etibarən […]
İlahiyyat İnstitutunda “40 ayə” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “40 ayə” yarışması keçirilib. Müsabiqə Aİİ-nin tələbələri arasında baş tutub. Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin müəllimləri – fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru Əmir Kahayev, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə və Əbülfət Vəliyev təmsil olunublar. İnstitutun rektoru, dosent Aqil Şirinov tədbir […]