Mektebgushesi

Tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyata start verilir

Dekabrın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır. Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Namizədlər 11-17 dekabr tarixlərində saat 14:00-dan […]

Ədəbiyyat Muzeyində görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyinə həsr olunmuş “Maarif ziyasını yayanlar” mövzusunda ədəbi tədbir keçirilib. Mərasimdə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin müəllim-şagird heyəti, muzeyin əməkdaşları və onların övladları, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş nitqi […]

2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır

2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır. AZƏRTAC xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda deyib. O bildirib ki, siyahıda ilk onluqda 4338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u […]

Buraxılış və dissertasiya işləri – Köhnə ənənə, yeni trend 

Ali təhsil müəssisələrində tələbələrin bakalavr və magistratura üzrə buraxılış və dissertasiya işlərini müəyyən məbləğ qarşılığında başqa şəxslərə yazdırmaları halları müşahidə edilir. Belə ki, sosial şəbəkələrdə bu xidmətlərin göstərilməsi üçün tələbələrə xüsusi təkliflər olunur. Bu yolla özlərinə biznes quran şəxslərin, yaxud şirkətlərin müştərisinə çevrilən tələbələrin elmi işlərini başqasına yazdırmaları təhsilin keyfiyyətinə də təsirsiz ötüşmür. Mektebgushesi.az xəbər […]

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi yekunlaşıb

Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayından keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi başa çatıb. Nazirlikdən  bildirilib ki, layihə çərçivəsində iyun ayında Lənkəran rayonu və Şəki şəhərində, oktyabrda Gəncə və Mingəçevir şəhərlərində, Qax, Qazax, Qusar və Ağdam rayonlarında, dekabrda Gəncə, Sumqayıt şəhərlərində, Qazax və Ağdam rayonlarında ümumilikdə 10 […]

BSU-nun magistrantı vəfat edib -FOTO

Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Tərcümə ixtisası üzrə II tədris ilinin magistrantı Təhminə Ocaqlı dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Bakı Slavyan Universitetindən bildirilib. Mərhumun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi qeyd olunub. Allah rəhmət eləsin!  

Ekspert: Peşə və ixtisas seçimini abituriyentlər deyil, digər şərtlər müəyyən edir

Azərbaycan təhsil sistemində xeyli problemlər var və bunun həlli ciddi islahatlar tələb edir. Məsələ burasındadır ki, təhsil iqtisadi sistemə uyğun qurulmalıdır. Bizdə isə hələ də eksperimentlər aparılır və ciddi nəticələr əldə olunmayıb. Bəzi peşələrə marağın azalması, bəzi peşələrin arxa plana keçməsinin müxtəlif səbəbləri var. Təhsil üzrə ekspert Nadir İsrafilov KONKRET.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik. […]

Şamaxıda “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində filialın professor-müəllim heyətinin il ərzindəki elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş “Yaşıl dünya naminə: Elmi tədqiqatlar və təcrübələr” mövzusunda konfrans keçirilib. Konfransın plenar iclasında filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd edib ki, konfrans 2024-cü ilin “Yaşıl dünya naminə […]

ADPU-nun tərəfdaş olduğu daha bir Erasmus+ KA2 layihəsinə start verilir

Dekabrın 9-da Gürcüstanda “Cənubi Qafqazın ali təhsil müəssisələrində dəyərlər təhsilinin təşviqi” (PROVE) layihəsinin ilkin idarəedici görüşü keçirilib. Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Ermənistandan olan ali təhsil müəssisələrində (ATM) “Sülh Təhsili kursları”nın tətbiqi ilə regionda sülhün təşviqinə dəstək olmaqdır. Kurslar həm tələbələrə, həm də müəllimlərə dəyər və bilik təhsili əsasında yeni pedaqoji yanaşmaların öyrədilməsi məqsədi daşıyır. […]

Pedaqoji Universitetdə Bəkir Çobanzadənin 130 illiyi qeyd edilib

Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, şair Bəkir Çobanzadənin 130 illiyinə həsr olunmuş seminar keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, alim və ziyalılar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova  Bəkir Çobanzadənin Azərbaycan filologiyası və türkologiyasının inkişafında əvəzsiz xidmətlərindən bəhs edib. […]

Təhsil menecerləri forumu keçiriləcək

Forumda Türkiyə və Azərbaycanın təhsil müəssisəsi rəhbərləri məruzə ilə çıxış edəcəklər. Forumun məruzəçiləri illərlə qazandıqları təcrübələrə əsasən A-dan Z-yə təhsil menecmentinin incəliklərini dekabrın 14-də sizlər üçün açıqlayacaqlar. Mektebgushesi.az xəbər verir ki, xarici və yerli mütəxəssislərin çıxışların dinləmək, təhsil dünyasının liderləri ilə bir araya gəlmək üçün geri sayım başladı. Ümumilikdə 3 panel və 16 spikerdən ibarət II […]

UNEC-in elmi jurnalı Scopus bazasında indeksləndi!

Azərbaycan Dövlət İqtisad Universitetinin elmi jurnalı olan “UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS) Scopus bazasında indekslənib. Sevindirici haldır ki, jurnal UNEC-in ilk müraciəti əsasında, Scopus tərəfindən heç bir irad olmadan beynəlxalq bazada indekslənib. “UNEC JEAS” jurnalı beynəlxalq standartlara uyğun olaraq, 2023-cü ildən Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyat agentliyi olan Crossref-in rəsmi üzvüdür və […]

BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində yer alıb

Bakı Dövlət Universiteti (BDU) “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb. Belə ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik […]

Nazir: Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının açılması nəzərdə tutulmur

Qarabağ Universitetinin Bakı şəhərində hər hansı bir filialının açılması nəzərdə tutulmur. Bu sözləri mətbuata açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib. “Hazırda Xankəndi şəhəri istiqamətində işlərimiz davam edir. 2025-ci ildən 2026-cı ilin sentyabr ayına qədər Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin, eləcə də Turizm fakültəsinin Şuşa şəhərində fəaliyyətə başlaması planlaşdırılır. Ən yaxşı halda, 2026-cı ilin sentyabr ayında […]

Sumqayıt Dövlət Universitetində NASCO XXVII elmi konfransının plenar iclası keçirilib

Dekabrın 10-da Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası keçirilib. Mektebgushesi.az […]