Mektebgushesi

Riyaziyyatçı alim Arif Babayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

  Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Arif Babayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. İnstitutdan bildirilib ki, elmi sessiyada baş direktor professor Misir Mərdanov görkəmli alimin elmi fəaliyyətindən danışıb, onun əsərlərinin aktuallığını itirməyən məxsusi inteqral və sinqulyar tənliklərin həllinə həsr olunduğunu […]

Nazir: İstismar müddəti başa çatmış məktəblərlə bağlı işlər davam etdirilir

“Azərbaycanda 4400-ə qədər məktəb binası var”. Mektebgushesi.az  APA – ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, istismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir: “Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda, azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir”.

Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır

Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır. Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, bir ildən artıqdır saxta həkimlərlə bağlı nazirlikdə İşçi qrupu yaradılıb: “Saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət […]

Emin Əmrullayev: “Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur”

“Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur”. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib: “Ucqar kəndlərdə dərs sayları az olmasına görə müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırıq ki, şagirdləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı […]

“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak edib. Açılış nitqi ilə çıxış edən Ülkər Səttarova elm və ali təhsilin beynəlmiləlləşməsi baxımından tədbirin məqsədini və önəmini […]

Bestsellerlər müəllifi məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü dekabrın 13-də paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı bestseller əsərlərin müəllifi, yazıçı-publisist Rövşən Abdullaoğlu olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və […]

Şamaxı Rəsədxanasında il ərzində 8 mövzu üzrə 17 elmi tədqiqat aparılıb

Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında direktor hesabatı keçirilib. Rəsədxanadan  bildirilib ki, baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov il ərzində elmi istiqamətlər proqramına uyğun olaraq 2 problemə aid 8 mövzu üzrə 17 tədqiqat işinin aparıldığını və mühüm elmi nəticələr əldə edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, hesabat ilində 38 məqalə […]

DİM dekabrın 14-də TOEFL iBT imtahanı keçirəcək

  14 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.TOEFL iBT imtahanında iştirak etmək üçün 15 […]

Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib. […]

Alimlərdən Avropa İttifaqına xəbərdarlıq: Günəş şüaları ilə oynamayın!

İstixana qazı emissiyalarını məhdudlaşdırmaq üçün qlobal fəaliyyətin yavaş tempi ilə bağlı artan məyusluq fonunda diqqət günəş işığını planetdən uzaqda əks etdirmək üçün geomühəndisliyə çevrilir. Lakin alimlər xəbərdarlıq edir ki, bu cür işlərin faciəvi və gözlənilməz yan təsirləri ola bilər. “Azərbaycan müəllimi” xəbər verir ki, alimlər heç bir günəş radiasiyasının modifikasiyası (SRM) texnologiyasının təhlükəsiz şəkildə yerləşdirilməsi […]

BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev türkdilli ölkələr arasında əlaqələrin inkişafında TÜRKSOY-un müstəsna xidmətləri olduğunu bildirib. BDU-nun da bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyən rektor diqqətə çatdırıb ki, imzalanan memorandum türkdilli ölkələr […]

14 yaşlı mktəbli oğlan kanalda boğulub

Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb. Mektebgushesi.az xəbər verir ki,  hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb. 2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb. Nəticədə yeniyetmə suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı şagird və tələbələr UNESCO-nun qərargahında qlobal problemləri müzakirə ediblər

  Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  –  COP29 keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platformasında –  Change the World Model United Nations (CWMUN) konfransında ölkəmizi uğurla təmsil ediblər. 2024-cü il noyabrın 21-23-də Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə Change the World […]

ADNSU-da Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

  Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş […]

BMU tələbələri innovativ startapları dəstəkləyən proqram haqda məlumatlandırılıb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və “SUP.VC” MMC-nin birgə təşkilatçılığı ilə “CulTech” İnkubasiya Proqramı haqqında infosessiya keçirilib. Tədbirdə inkubasiya proqramının Mədəniyyət Nazirliyi, həmçinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə adıçəkilən MMC tərəfindən gerçəkləşdirildiyi bildirilib. Qeyd olunub ki, proqram ölkəmizin yaradıcı gənclərinə və startap sahiblərinə öz layihələrinin […]