Mektebgushesi

BDU ilk dəfə “GreenMetric” reytinqində yer alıb

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinqlərindən biri olan “GreenMetric Ranking 2024”də ilk dəfə olaraq yer alıb. Universitetdən AZƏRTAC-a bildirilib ki, “BDU 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksələrək, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib. “GreenMetric” reytinqi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməyi, universitetlərdə davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etməyi əsas […]

Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

15 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. İmtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə […]

“Azərbaycan məktəbi” jurnalının yeni sayı işıq üzü görüb

Azərbaycan təhsilinin inkişaf yolunu əks etdirən “Azərbaycan məktəbi” jurnalının 2024-cü il üçün 4-cü sayı işıq üzü görüb. Mektebgushesi.az xəbər verir ki, jurnalın baş redaktoru Arzu Soltan oxuculara ünvanladığı müraciətdə 100 yaşlı “Azərbaycan məktəbi”nin  həmin tarixi tədqiq edənlər, öyrənənlər, yazanlar üçün etibarlı və əvəzolunmaz mənbə olduğunu qeyd edib: “Burada bir əsr boyu Azərbaycan təhsilində baş verən bütün […]

“Haber Global”: Azərbaycanlı alim tarixi nailiyyətə imza atıb

Türkiyənin İğdır Universitetində işləyən riyaziyyat elmləri doktoru, azərbaycanlı professor Kamal Soltanov minillərlə həlli tapılmayan “Navier Stokes” tənliyini həll edib. Bununla da professor tarixi bir nailiyyətə imza atıb. Oxu.Az xəbər verir ki, onun bu bacarığı haqqında Türkiyənin “Haber Global” telekanalında geniş reportaj hazırlanıb. 120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı danışıb. […]

ADPU ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. İnstitutdan  bildirilib ki, memorandumda elmi-tədqiqat və kadr hazırlığı sahəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və ADPU-nun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə edilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm […]

Məktəblilərimiz Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadasında (IJSO 2024) uğur qazanıblar

  2-12 dekabr tarixlərində Rumıniyanın Buxarest şəhərində Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2024) təşkil edilib. 6 nəfərdən ibarət milli komandamız sözügedən olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal qazanıb. Belə ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Bəxtiyar Ağayev, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin X sinif şagirdi […]

Rusiyada təhsil alacaq tələbələrin adları açıqlanıb

Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Rusiyada təhsil alacaq tələbələrin adları açıqlanıb. 2024-2025-ci tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (“MGIMO University”) qəbul üçün keçirilmiş müsabiqə nəticəsində 5 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq imkanı qazanıb. Seçim turları Dövlət İmtahan Mərkəzi və “MGIMO University” tərəfindən aparılıb. Tələbələrdən 3-ü bakalavriat, 2-si isə magistratura səviyyəsinə “Humanitar […]

Azərbaycan nümayəndə heyəti N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub

Moskvaya işgüzar səfəri çərçivəsində Baş nazir Əli Əsədov və MDB-yə üzv ölkələrin digər nümayəndə heyətlərinin rəhbərləri N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin kampusunda olublar. Oxu.Azxəbər verir ki, burada hökumət başçılarına MDB ölkələrindən Moskva universitetlərində təhsil alan tələbələrin birgə mühəndis layihələrinin təqdimatı keçirilib. Azərbaycanlı tələbə Vüsal Məhərrəmovun da daxil olduğu qrup “Xəzərin orbiti” layihəsini təqdim edib. […]

Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsasları işlənilib

  Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya Şurasının elmi seminarının iclası keçirilib. Bu barədə  institutdan məlumat verilib. Seminar institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunub. Ə.Qurbanova dissertasiya işini təqdim edərək, […]

“Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi” kitabının 3-cü cildi nəşr olunub

  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının 3-cü cildi çapdan çıxıb. İnstitutdan  bildirilib ki, kitabın elmi redaktorları professor Rafail Əhmədli, dosent Zeynəddin Şabanov, rəyçiləri isə professorlar Əlikram Tağıyev və Sakit Hüseynov, dosent […]

Heydər Əliyevin xatirəsi LDU-da   ehtiramla yad olunub

  Lənkəran Dövlət Universitetində (LDU)  Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi  keçirilib. Mərasim iştirakçıları ilk öncə  H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi  ziyarət edərək önünə gül-çiçək  dəstələri qoyublar. Anım mərasimi LDU-nun I saylı tədris korpusunda Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev […]

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı uğurla davam edir. Proqram çərçivəsində onlayn təlimlərdən sonra artıq əyani təlimlərə də başlanılıb. “Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması və liderlik” modulu üzrə keçirilən ilk əyani təlimdə Bakı, Sumqayıt şəhərləri və Abşeron […]

AzMiU müəllimlərinin yazdığı kitab Türkiyə Universitetlərində tədris vasitəsi kimi istifadə olunacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının əməkdaşları – professor Məhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla Əlizadə Türkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kul ilə birgə “Yönetim Biliminin Əsasları” adlı dərslik hazırlayıb. 450 səhifədən ibarət olan bu dərslik İzmir Eğitim Yayınevi tərəfindən nəşr edilib. Dərslik, nəzəri biliklərlə yanaşı, idarəetmə sahəsində […]

Təhsil müəssisələrində anım tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub. Anım tədbirlərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirlərdə Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlardan bəhs olunub. Ulu […]

Nazir məktəblərdə zorakılıq hallarına münasibət bildirib

“Bir milyon yarım şagirdi olan sistemdə gün ərzində hansısa şagirdlərin, valideynlərin və ya müəllimlərin arasında münaqişə tipli halların olması qaçılmazdır”. Mektebgushesi.az APA -ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib. “Biz bir milyon yarım şagird, onların valideynləri və iki yüz minə yaxın müəllimdən danışırıq. Baş verən bütün […]