Təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir
Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət verilməsi müddətləri dəyişir. Mektebgushesi.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə […]
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib
13 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün təlim keçirilib. Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və […]
Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib
Dekabrın 13-də Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb. Görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil […]
ADNSU-da “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib
Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq kitabın İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətləri haqqında […]
Kurasiya üzrə məktəb direktorları ilə növbəti görüş
Paytaxtın Xətai rayonundakı ümumi təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşü keçirilib. Görüşdə BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Qədiməliyev, sektor müdirləri Tural Mahmudov və Bəşarət Məmmədov, həmçinin məktəb direktorları iştirak ediblər. İdarənin müdir müavini X.Əhmədzadə tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, valideynlərlə iş və digər müvafiq məsələlərdən bəhs edib, […]
ADPU -nun Kimya və biologiya fakültəsində “Heydər Əliyev dərsləri” keçirilib
Dekabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev dərsləri”nin sayca 25-ci məşğələsi keçirilib. Budəfəki tədbirdə Kimya və biologiya fakültəsinin 2 qrupu iştirak edib. Bir akademik saat davam edən dərsdə tələbələr öncə mərkəzin əməkdaşı Aynurə Əsgərovanın müşayiəti ilə Heydər Əliyev Muzeyində nümayiş olunan, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini […]
Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II Beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilib
2024-cü il dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti […]
“Bir kitab dünyanı dəyişdirə bilər”- Yazıçı Rövşən Abdullaoğlu
“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı-publisist Rövşən Abdullaoğlu olub. Qonaq məktəb illərindən, müəllimlərinin həyatında oynadığı roldan, yeniyetmə və gənclərin daha çox maariflənməyə ehtiyacı olduğu sahələrdən söz açıb. Sosial şəbəkə istifadəçisi olan gənclərin diqqət yetirməli olduğu məqamlardan, informasiya bolluğu içərisində […]
Bakı Avrasiya Universiteti ilk dəfə “UI GreenMetric 2024” dünya universitetləri reytinqində yer alıb
Bakı Avrasiya Universiteti (BAAU) ilk dəfə olaraq “UI GreenMetric 2024” dünya universitetləri reytinqinə daxil olmaqla dayanıqlı inkişaf sahəsində mühüm uğura imza atıb. 95 ölkənin ali təhsil müəssisələrinin iştirak etdiyi reytinq siyahısında BAAU “dayanıqlılıq” istiqamətində göstərdiyi fəaliyyətləri ilə beynəlxalq reytinqdə təmsil olunub. Reytinqin əsas meyarları arasında elm və təhsil fəaliyyətləri, istehlak və enerjiyə qənaət göstəriciləri, su […]
AzMİU-da rəqəmsallaşmaya doğru növbəti addım: Əməkdaşlara kibertəhlükəsizlik üzrə təlim keçirildi
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) universitetin İKT Mərkəzinin Treyninq və Sertifikatlaşdırma Şöbəsinin təşkilatçılığı ilə kibertəhlükəsizlik mövzusunda maarifləndirici və praktik təlim keçirilib. Universitetin əməkdaşları üçün təşkil edilən təlim kibertəhlükəsizlik və kibergigiyena mövzularına həsr olunub. Kibertəhlükəsizlik üzrə mütəxəssis, ekspert Rövşən Məlikovun təqdimatı ilə keçirilən təlimdə müasir dövrün ən vacib məsələlərindən biri olan virtual təhlükəsizlik ön plana […]
AzMİU “UI GreenMetric” reytinq sistemində nüfuzlu yerdə qərarlaşıb
Dünyanın nüfuzlu reytinqlərindən olan “UI GreenMetric” reytinq sisteminin 2024-cü il üzrə nəticələri açıqlanıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu siyahıda böyük nailiyyət əldə edərək əvvəlki mövqeyini yaxşılaşdırıb. Universitetimiz 813-cü yerdən 632-ci yerə yüksələrək 8-ci dəfə bu siyahıda qərarlaşıb. Bu uğur AzMİU-nun ekoloji dayanıqlılıq, yaşıl kampus prinsipləri və davamlı inkişaf sahəsindəki ardıcıl fəaliyyətlərinin nəticəsidir. Universitet […]
“Gənc istedadlar” liseyinin şagirdi Rumıniyada keçirilmiş olimpiadanın bürünc mükafatçısı olub
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Rumıniyada keçirilmiş Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının (IJSO 2024) bürünc mükafatçısı olub. Universitetdən AZƏRTAC-a verilən məlumata görə, olimpiadada milli komandamızın heyətində çıxış edən “Gənc istedadlar” liseyinin X sinif şagirdi Cabir Abbasov bürünc medala layiq görülüb. Altı nəfərdən ibarət milli komandamız olimpiadada uğurla çıxış edərək ümumilikdə 6 bürünc medal […]
Nazir müavini Firudin Qurbanov Qusarda vətəndaşları qəbul edib
Dekabrın 13-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Quba, Qusar və Xaçmaz rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar. Nazir müavini vətəndaşları […]
ADPU XXVII NASCO konfransında 15 doktorantla təmsil olunub
10-11 dekabr tarixlərində Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyi(ETN) , Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Sumqayıt DövlətUniversitetinin (SDU) birgə təşkilatçılığı, “SOCAR Polymer” MMC-nin başsponsorluğu, “bp” və “Nobel Energy” şirkətlərinin sponsorluğu ilə “Yaşıl dünyanaminə həmrəylik ili”nə həsr edilmiş Doktorantların və Gənc TədqiqatçılarınXXVII Respublika Elmi Konfransı (NASCO XXVII) keçirilib. Konfransın plenar iclasında […]
Sən həmişə mənimləsən…
Sən həmişə mənimləsən… Şəhid baş leytenant Vüsal Kazımovun doğum gününə elegiya… Sən həmişə mənimləsən…Bu, nə nakam sevgi etirafıdır, nə də yazıçı İlyas Əfəndiyevin məşhur pyesinin adı. Bu bir şəhid atasının-filologiya elmləri doktoru, prof. Kamran Kazımovun 44 günlük Vətən müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan yeganə oğlu Vüsalla bağlı etdiyi gündəlik paylaşımların dəyişməyən başlığıdır.Yazını […]